"Olimpiya Oyunlarının finalında olmaq özü böyük bir şərəfdir"
18.08.2012 [21:06]
Londonda Azərbaycan yığmasına gümüş medal qazandıran qadın güləşçimiz Mariya Stadnikin müsahibəsini təqdim edirik:
- Əvvəla onu deyim ki, Olimpiya Oyunlarının finalında olmaq özü böyük bir şərəfdir. Əslində, Londonda gümüş medal qazanmağı uğurlu nəticə hesab edirəm. Amma bunu qızıla çevirə bilərdim, təəssüf ki, alınmadı. Rəqibim çox güclü idi. Fikrimcə, görüşün taleyi elə ikinci hissədə həll olundu. Bu yarıda 1 xalı qazana bilmədim və nəticədə əlavə vaxtda rəqib gücünü göstərdi. Fikrimcə, final görüşündə mənim sadəcə bəxtim gətirmədi. Bircə səhv etdim ki, o da mənə baha başa gəldi. Amma eybi yoxdur. İkinci övladıma qızıl medal vermək istəyirdim, amma alınmadı. Qalsın, növbəti Olimpiadaya. Mən gümüş medalı qazanmadım, qızıl medalı uduzdum. Finalda heç kim gümüş qazanmır. Bir də qələbənin niyə alınmadığını başa düşmək lazımdı. Belə götürəndə, fiziki və psixoloji cəhətdən özümü yaxşı hiss edirdim. Pekin Olimpiadasında bürünc, Londonda gümüş medal qazandım. Hələ qarşıda Rio-de-Janeyro var. Bir addım da atmaq lazımdır.
-Yaponiyalı rəqibin güclü idimi?
- Bəli. Görüş də hər şeyi göstərdi. O, daha güclü idi. Amma bu, idmandı. Sabah mən bunun revanşını ala da bilərəm. Hesab edirəm ki, Obara ilə yenidən döyüşsəm, bəlkə də qalib gələrəm.
- London və Pekin Olimpiadalarını müqayisə edə bilərsiz?
- Bunu bir dəfə də demişəm. O vaxt mən hələ tam yetişməmişdim. Mənə təzyiq edirdilər. Səs-küy, gurultu, azarkeşlərin təzyiqi... İndi mən bütün bunlardan fikrən qurtulmuşam. Pekində zala daxil olanda səs-küy çox idi. Amma Londonda sakitçilik idi. Deyilən sözləri asanlıqla eşidə bilirdim. ötən yarışda təcrübəsiz idim. Pekində heç kim uğur qazanacağıma inanmırdı. Amma bu dəfə təcrübəm çox idi. Təcrübə toplamışam, dünya və Avropa çempionatlarında qalib gəlmişəm.
- Yarımfinalda İrina Merleni ilə necə döyüşdünüz?
- Bu, final uğrunda mübarizə idi. Mənim üçün rəqibin fərqi yoxdur. Medal uğrunda döyüşürdüm. Kimin nə dediyini eşitmirəm. Mən ayaqları, rəqibin əllərini görürəm və onu yerə yıxmağa çalışıram.
- Sənin çempion olacağın halda hansı ölkənin bayrağını götürəcəyinlə bağlı söhbətər dolaşırdı.
- çempion olsaydım təbii ki, Azərbaycanın bayrağını götürəcəkdim. Bu ölkə məni qəbul elədi, insanlar məni sevir. Başqa cür necə edə bilərəm ki?
- Sonda azarkeşlərinə nə demək istərdin?
- Böyük zəhmət, ağır məşqlər hesabına qazandığım Olimpiya medalına görə Azərbaycanın bütün idman azarkeşlərinə, mənə inanan insanlara təşəkkür edirəm. London Olimpiadasında əldə etdiyim nəticəyə görə Azərbaycanda verilən yüksək qiymət məni hədsiz sevindirir. özümün idman gələcəyini Azərbaycandan kənarda təsəvvür etmirəm. Bundan sonra da məşqləri davam etdirərək daha yaxşı nəticə əldə etməyə çalışacam.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

