"Qağayı" tamaşasındakı Ninanın həyatını yaşamaq üçün Rusiyaya getdim"...
21.06.2024 [09:30]
"Yeni Azərbaycan" gənc aktrisa Səbinə Məmmədzadə ilə müsahibəni təqdim edir
- Səbinə xanım, niyə aktyorlar teatrı serial və filmlərdən daha üstün tuturlar?
- Əslində aktyorlar 2 yerə bölünür. Elə aktyor var sırf kinoda rol oynayır. Elə aktyor da var həm kino, həm teatrda fəaliyyət göstərir. Lakin kinoda rol alan bəzi aktyorlar teatrda oynamağa qorxurlar sanki. Sənətə kino ilə başlasam da, mənim üçün birinci yerdə hər zaman teatr durub. Kino çəkilişlərində də yer alıram. Çətinliyə gəldikdə isə teatr daha çətindir.
- Qeyd etdiniz ki, filmdə çəkilən aktyorlar teatra gəlməkdən qorxurlar, nəyə əsasən bu fikirdəsiniz?
- Bəzi aktyorlar var ki, kinoda gözəl rol oynayırlar, lakin bunu teatrda edə bilməyəcəklərini düşünürlər. Dil qüsuru olan aktyorlar var, kinoda səsləndirmə etmək olur, teatrda yox. Amma hər iki sahədə imzanı qoyan gözəl aktrisalarımız da var. Məsələn, çox sevilən aktrisamız Həmidə Ömərovanın adını çəkə bilərəm. İlk dəfə teatr tamaşasını onunla oynamışam. O, həm kinoda, həm də teatrda ciddi şəkildə imzasını qoyub.
- Bəs Səbinə Məmmədzadə aktrisa olmasaydı, hansı sahəni seçərdi?
- Ağlıma heç nə gəlmir. 12 il sırf bu sənət üçün təhsil almışam. Anam fransız dili müəlliməsi, atam isə xoreoqraf olmağımı istəyirdi. Lakin rejissorluğu seçdim. Kiçik yaşlarımdan pərəstişkarlıq etdiyim müğənni Aygün Kazımova idi.
- Bəs indi necə?
- İndi də pərəstəşkarıyam.
- Bəs serial çəkilişi üçün ilk təklifi necə aldınız?
- Birinci kursda oxuyurdum. İlk çəkildiyim film "Ultionis”oldu. Orada ssenarist, rejissor rolumu çox bəyəndi. Baş rol vermişdir mənə. Ondan sonra Varis Yolçuyevin "Bir ovuc torpaq" filmində oynadım. Əvvəllər indiki kimi həyəcanlanmırdım film çəkilişlərində. Sonra ard-arda təkliflər çox gəldi. Artıq ikinci rejissor kimi fəaliyyət göstərməyə başladım. Teatra sevgim sonsuzdur. Hətta 8-ci sinifdən başlayaraq teatrlara gedirdim. Teatrda bir neçə ay ödənişsiz işlədim. İndiki gənclər də teatra çox həvəslidirlər. Az maaşla başlasam da, teatrdan kənara çıxmırdım.
- Sizcə əsl aktyor necə olmalıdır?
- Məhəmməd Füzulinin bir əsərini tamaşada oynamaq üçün Bağdada getmək istədim, imkanım olmadı. Lakin həmin tamaşaya görə bütün həyat tərzimi dəyişdim, hətta əks cinsin nümayəndələrinə salam belə vermirdim. Müəyyən müddətdə bütün həyatıma təsir etdi. "Mən öləndə ağlama" tamaşasına görə icazə alıb ruhi dispanserə getdik. Bir gün xəstələrlə ünsiyyətdə oldum. Və ondan sonra 6 ay depressiya yaşadım. "Qağayı" tamaşasına görə isə Rusiyaya getməyə qərara aldım. Çünki o tamaşadakı Ninanın həyatını az da olsa yaşamalıydım. Hətta bu səfər üçün kreditə girdim... O əsərdə Nina kəndli kişilərlə birlikdə qatara minib yola düşür. Rusiyaya gedib, həmin qatarı tapdım və Ninanın mindiyi 3-cü vaqona mindim. Eynən mənim geyim və tərzimdə olan bir qadın portreti də tapmışdım. Mənə elə gəlir ki, aktyor belə də olmalıdır. Nina Zareçnaya kimi əsas qəhrəman mənə həvalə olunubsa onun haqqını verməliydim.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

