Novruz Məmmədov: Azərbaycanın mövqeyi ədalətli və konstruktivdir
12.06.2014 [09:33]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SƏS TV-yə müsahibəsi
- Novruz müəllim, Ermənistanın atəşkəs rejimini pozması və Naxçıvana qarşı təxribatçı hücum planlarına dair mətbuatda mütəmadi yazılar dərc olunur. Sizcə bu məsələlər nədən qaynaqlanır?
- Ermənistan tərəfinin bu cür fəndlərdən istifadə etməsi ilk belə hadisə deyil. Bütün bunların hamısı danışıqlar prosesinə və onunla bağlı indiki vəziyyətə təsir və təzyiq göstərməyə hesablanıb. Bir müddət əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edib. Bununla yanaşı, bir sıra dövlətlərin rəhbərləri, o cümlədən Fransa prezidenti Fransua Olland, Avropa Şurasının yetkililəri qeyd ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün addımlar atmaq lazımdır. Hətta Fransua Olland deyib ki, onun ölkəsi də bu məsələdə çox fəal iştirak etməyə hazırdır. İndi həm Fransa, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı pis-yaxşı müəyyən təkliflər ortaya qoyurlar ki, bu istiqamətdə iş getsin. Bax bu, erməniləri müəyyən qədər təşvişə salır. Azərbaycanın mövqeyi ədalətli və konstruktivdir. Ermənistan isə bundan həmişə qaçır. Məhz buna görə də bu cür provokasiya xarakterli fikirlər səsləndirirlər ki, müəyyən mənada ümumi prosesə mane olsunlar.
- Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın mövqeyini bəyan etməsi Ermənistan rəhbərliyini ciddi təşvişə saldı. Bundan sonra işğalçı ölkənin atacaqları addımlar nədən ibarət ola bilər?
- Təbii ki, bu, Ermənistanda ciddi narahatlıq yaratmalıdır. İşğalçı ölkənin həmişə böyük iştahı olub. Azərbaycan Prezidenti İlham Əliyevin də bu məsələ ilə bağlı atdığı addım onların iştahlarını boğazlarında qoyub. Əvvəlcədən ölkə Prezidenti İlham Əliyev bütün beynəlxalq ictimaiyyətə, o cümlədən Avrasiya İqtisadi İttifaqını yaradan əsas dövlətlərə xəbər göndərərək, ölkəmizin mövqeyini şərh edib. Həmin mövqe də ondan ibarətdir ki, hər hansı bir dövlət hansısa qurumu yarada bilər və bu, onların suverən hüququdur. Amma beynəlxalq hüququn prinsipləri mütləq yerinə yetirilməlidir. Təbii ki, Azərbaycan dövləti də bunu göstərdi və çox yaxşı oldu ki, onların hər biri bundan məlumatlı oldular. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bununla bağlı həm iclas zamanı, həm də ondan sonra Ermənistan tərəfinə mövqeyini bildirdi. Nazarbayev rəsmi İrəvanın diqqətinə çatdırdı ki, Ermənistan başqa beynəlxalq təşkilatlara necə üzv və BMT-yə hansı şərtlərlə daxil olubsa, bu yolu eyni qaydada davam etməlidir. Yəni, bu o deməkdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olduğu zaman Dağlıq Qarabağla heç bir əlaqəsi olmamalıdır.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri gözlənilir. Həmin səfər çərçivəsində ölkəmizdə hansı məsələlər müzakirə olunacaq?
- Bu gün Azərbaycan və Rusiya arasında olan münasibətlər normal inkişaf edir və geniş əlaqələrimiz mövcuddur. Azərbaycan həm Rusiya Federasiyası ilə birbaşa, həm də onun regionları ilə çox geniş şəkildə əməkdaşlıq edir. Bu yaxınlarda Rusiya Federasiyasının ayrı-ayrı subyektlərinin rəhbərləri və nazirləri Azərbaycanda səfərdə oldular. İndi isə Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri gözlənilir. Həmin səfərdə ikitərəfli münasibətlər ətrafında geniş fikir mübadiləsinin aparılması, hazırkı regional və beynəlxalq məsələlər haqqında mövqe bildirilərək ümumi fikrə gəlinməsi planlaşdırılır. Düşünürəm ki, bu səfər uğurlu olacaq.
- Yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfeller “Qafqaza sahib olmağın yolunun Kiçik Asiyadan keçdiyinə” dair fikir səsləndirib. Bu barədə siz nə düşünürsünüz?
- ABŞ və Avropada müxtəlif adamlar var və onların hərəsi də bir fikir yazır. Azərbaycan özünün xarici siyasətini necə qurmalı, inkişaf etdirməli və öz maraqlarını necə saxlamağın yollarını çox yaxşı bilir. Beləcə, kənardan söylənilən fikirlərin hər biri müəyyən məqsədlərə hesablanıb. Düşünürəm ki, onlara bu dərəcədə aludə olmaq lazım deyil. Ümumiyyətlə, bizim mətbuatımız belə şeylərdə daha diqqətli olmalıdır. Təəssüf ki, bizim mediada da belə hallar çox tez-tez olur. Yaxşı olar ki, Rokfeller gedib öz binesi ilə məşğul olsun.
- Son olaraq, Suriyadan ermənilərin Dağlıq Qarabağa köçürülməsi məsələsi ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirədə qaldırılırmı?
- Ümumiyyətlə, bu məsələ tək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə deyil, eləcə də beynəlxalq münasibətlərdə Azərbaycan rəhbərliyi tərəfindən müxtəlif görüşlərdə müxtəlif tərəflərlə fikir mübadiləsində ortaya qoyulur. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bu sahədə iş aparır. Bu hadisələrlə bağlı Azərbaycanın mövqeyi qəti və konkretdir. Burada başqa söz ola bilməz.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43

