Bəhruz Quliyev: Ölkəmizdə keçirilən seçkilərin nəticələri seçicilərin rəyi əsasında formalaşır
06.03.2018 [10:18]
“Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyevin sechki-2018.az saytına müsahibəsi:
- Bəhruz müəllim, aprelin 11-də keçiriləcək prezident seçkilərinin işıqlandırılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. Sizcə, Azərbaycan mediası bu prosesə tam hazırdırmı?
- Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində kifayət qədər peşəkar, beynəlxalq standartlara cavab verən media mövcuddur. Ölkəmizdə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, redaksiyaların maddi-texniki təchizatının yaxşılaşdırılması, media təşkilatlarının müstəqil fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər milli mediamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirib. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan mediası regionun ən güclü mediasıdır. Mediamız ölkəmizin həyatında böyük əhəmiyyət kəsb edən tədbirlərin, mühüm hadisələrin işıqlandırılmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Biz bunu daha əvvəlki seçkilərdə, həmçinin ilk Avropa Oyunlarının, ordumuzun Aprel zəfərinin, Formula-1 yarışlarının və digər mühüm tədbirlərin işıqlandırılmasında aydın şəkildə müşahidə etmişik. Eyni zamanda, mediamızın seçki proseslərinin işıqlandırılmasında böyük təcrübəsi var. Media təmsilçiləri aprelin 11-də keçiriləcək prezident seçkilərinin Azərbaycanın demokratik inkişafı baxımından əhəmiyyətini düzgün qiymətləndirir. Ona görə də hesab edirəm ki, mediamız prosesin yüksək səviyyədə işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş fəaliyyət göstərəcək, xalqımızın bununla bağlı gözləntilərinə layiqincə cavab verəcək.
- Artıq seçkilərə 40 gündən də az vaxt qalır. Bu günə qədər müşahidə olunanlar Azərbaycan dövlətinin bu seçkilərə yüksək hazırlığını göstərir. Siz seçkiöncəsi mühiti və müvafiq qurumların prosesə hazırlığını necə dəyərləndirirsiniz?
- Aprelin 11-də Azərbaycan vətəndaşları növbəti dəfə öz konstitusion hüquqlarından istifadə edərək, ölkəmizin gələcək inkişafı ilə bağlı mühüm qərar verəcəklər. Qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində qanunvericilik bazasının formalaşdırılması Azərbaycanın demokratik inkişafını şərtləndirir. Bu mənada seçkilərin azad və ədalətli, beynəlxalq standartlara uyğun keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Tam əminliklə deyə bilərik ki, ölkəmizdə keçirilən seçkilər və onun nəticələri bilavasitə seçicilərin rəyi əsasında formalaşır. Azərbaycanda sağlam, demokratik tələblərə cavab verən seçki mühiti mövcuddur. Seçki komissiyalarının və müvafiq qurumların da bu sahədə kifayət qədər təcrübələri var. Azərbaycanda “exit-poll”ların təşkili, müşahidəçilik institutunun inkişafı prosesin şəffaflığını təmin edəcək mühüm məqamlardır. Ölkəmizdə hazırda ictimai-siyasi durum sabitdir, inkişaf hədəfləri aydındır və prezident seçkiləri bu hədəflərin reallaşdırılması baxımından böyük önəm daşıyır. Seçicilər öz demokratik hüquqlarından istifadə edərək, aprelin 11-də səsvermə məntəqələrinə gedərək, öz namizədlərinə səs vermək imkanından yararlanacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31

