Radikal qrupların mövcudluğu xaricdəki mərkəzlərin dəstəyi ilə bağlıdır
14.05.2019 [09:30]
YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, son zamanlar ölkəmizə qarşı xaricdəki antiazərbaycançı mərkəzlər tərəfindən qarayaxma kampaniyası aparılır. Sizcə, bunun kökündə hansı amillər dayanır?
- Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən xarici qüvvələr ölkəmizin müstəqil daxili və xarici siyasət həyata keçirməsinin qarşısını almağa, Azərbaycanın təbii sərvətlərinə kənardan nəzarət təşkil etməyə çalışıblar. Bu qüvvələr daxili siyasətimizə qarışmağa cəhd göstəriblər. Amma vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev, bu gün isə Prezidentimiz İlham Əliyev onların planlarını darmadağın edib.
Amma buna baxmayaraq, xaricdən ölkəmizə qasrşı qarayaxma kampaniyası vaxtaşırı olaraq aparılır. Bu proses bu gün də davam edir. Məsələnin kökündə isə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi fikir yaratmaq, ölkəmizi iştirakçısı olduğu mühüm beynəlxalq layihələrdən təcrid etmək, ən əsası isə qazanılan uğurlara kölgə salmaq dayanır.
Bilirsiniz ki, bu ilin əvvəlindən dövlət başçısının qərarları ilə Azərbaycanda sosial sahədə inqilabi addımlar atılır. Əhalinin rifahının daha da yüksəldilməsi istiqamətində bir çox sosial proqramlar həyata keçirilir. Belə ki, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır, şəhid ailələrinə, əlillərə, məcburi köçkünlərə və bütün həssas qruplara göstərilən diqqət daha da gücləndirilir. Bütün bu addımlar təxminən 3 milyon insanı əhatə edir.
Əslində, Azərbaycanın bu müsbət təcrübəsi digər ölkələr üçün nümunə olmalı və bizim təcrübəmiz xaricdə təbliğ edilməlidir. Dünya praktikasında da belədir ki, ayrı-ayrı ölkələrin müxtəlif sahələrdə olan müsbət təcrübəsi öyrənilir, təbliğ və tətbiq olunur. Amma antiazərbaycançı mərkəzlər Azərbaycan haqqında xaricdə müsbət imicin yayılmasına maneçilik törətməyə çalışırlar. Son dövrlərdə isə onların fəallaşması ilk növbədə Azərbaycanda keçirilməsi gözlənilən bir sıra beynəlxalq tədbirlərlə bağlıdır. Bu mənada nüfuzlu idman yarışlarının ölkəmizdə keçirilməsi də ictimai həyatımızın tərkib hissəsinə çevrilib.
Eləcə də, bu ilin payızında Azərbaycanda Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Təxminən 120 ölkənin dövlət və hökumət başçısının sammitdə iştirak etməsi, ölkəmizin bir neçə il bu mötəbər təşkilata sədrlik etməsi mühüm hadisədir. Təbii ki, ölkəmizin qazandığı nüfuz xaricdəki bəzi siyasi və iqtisadi dairələri narahat edir. Onlar Azərbaycanı bəzi müsəlman ölkələri kimi daxili konfliktlərdən əziyyət çəkən, öz təbii sərvətlərinə nəzarətdən kənarda qalan, inkişafın hər hansı formasından məhrum olan ölkə kimi görmək istəyirlər. Bu baş vermədikdə isə onu dünyada mənfi imicdə tanıtmağa cəhd edirlər.
- Bu kampaniyada xaricdə yaşayan bir qrup azərbaycanlı da iştirak edir...
- Xaricdəki bəlli dairələr məqsədlərinə çatmaq üçün müxtəlif çirkin metodlardan, o cümlədən xaricdə yaşayan bəzi mühacir azərbaycanlılardan da istifadə etməyə çalışırlar. Ancaq praktika göstərir ki, onların səyləri əbəsdir. Birincisi, onları ölkəmizin daxilində dəstəkləmirlər, ikincisi isə beynəlxalq aləm kiminsə Azərbaycan haqqında çirkin fikirləri ilə deyil, real vəziyyətlə daha çox maraqlanırlar. Bu gün Azərbaycanın dünyada sülhün möhkəmlənməsinə verdiyi töhfə, həyata keçirdiyi qlobal layihələrdə başqa dövlətlərlə fəal əməkdaşlıq etməsi, onların da fayda qazanması dünyanın gördüyü və qiymət verdiyi məsələlərdəndir. Buna görə də, növbəti anti-Azərbaycan kampaniyasının da heç bir nəticəsi ola bilməz.
- Məlumdur ki, bu kampaniyada ölkə daxilindəki radikal qruplar, o cümlədən AXCP sədri Əli Kərimli və onun ətrafı da “fəal” iştirak edirlər. Sizcə, bu qrupların əməlləri müxalifətçilikdən daha çox satqınlıq deyilmi?
- Əlbəttə ki, bu gün antiazərbaycançı qüvvələrə dəstək verən daxildəki qruplar üçün əsas Azərbaycanın deyil, tapşırıq aldıqları dairələrin maraqlarıdır. Onlar fəaliyyətlərində tapşırıq aldıqları dairələrin dəstəyini qazanmağı əsas götürürlər. Radikal qruplar maddi və siyasi dəstəyi ordan alırlar və mövcudluqları xaricdəki həmin mərkəzlərin dəstəyi ilə bağlıdır. Bunun isə bir adı var: milli satqınlıq və öz xalqına və dövlətinə qarşı “səlib yürüşündə” ön sıralarda getmək. Və bu fəaliyyətin demokratiya, siyasət və müxalifətçiliklə heç bir əlaqəsi yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

