Bayram Səfərov: Azərbaycan hansı yolla olursa olsun, öz ərazi bütövlüyünü bərpa edəcək
23.02.2010 [08:19]
- Bayram müəllim, bu günlərdə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvləri ilə görüşdü. Bu görüş haqqında nə deyə bilərsiniz?
- Bu, tanışlıq xarakterli bir görüş idi. Görüşdə İctimai Birliyin İdarə Heyətinin üzvləri də iştirak edirdilər. Biz Dağlıq Qarabağın azərbaycanlı icmasının fikrini, münaqişə ilə bağlı düşüncələrimizi, tarixi həqiqətləri, Dağlıq Qarabağın Azərbaycan dövlətinin tarixi torpaqları olmasına dair faktları diqqətə çatdırdıq. Həmçinin, qəti şəkildə bildirdik ki, Azərbaycan dövləti Dağlıq Qarabağın azad olunmasına hansı yolla olursa olsun nail olacaq və biz öz torpaqlarımıza gec-tez qayıdacağıq. Qarşı tərəf də müvafiq olaraq, Dağlıq Qarabağla bağlı yetərincə geniş məlumatlara malik olduqlarını, məsələnin beynəlxalq hüquq çərçivəsində həllinə nail olunması üçün köməklərini əsirgəməyəcəklərini, münaqişə ilə bağlı müvafiq dairələr qarşısında məsələ qaldıracaqlarını söylədi.
- Yeri gəlmişkən, bir türk dövləti olan Qazaxıstanın ATƏT-ə rəhbərlik etməsini Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aparılan danışıqların gələcək perspektivləri baxımından necə qiymətləndirirsiniz? Bu amil münaqişənin həllinə kömək edə bilərmi?
- Təbii ki, bir türk dövlətinin ATƏT kimi nüfuzlu bir təşkilata rəhbərlik etməsi bizim üçün sevindirici haldır. Azərbaycan dövləti də ilk andan etibarən Qazaxıstanın sədrliyi məsələsinə dəstək verib. Amma bu faktın münaqişənin həllinə hansısa formada təsir göstərəcəyini indidən söyləmək olmaz. Bunu zaman göstərəcək. Bizim üçün əsas məqam ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bilirsiniz ki, dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda ən vacib məsələlərdən biri, daha dəqiq desək, birincisidir. Bütün digər məsələlər ondan sonra başlayır. Azərbaycanın da qonşu dövlət tərəfindən işğala məruz qalması, torpaqlarının işğal olunması, bu işğal faktının bu gün də davam etməsi, işğal altında olan ərazilərimizdə bütün mədəni abidələrimizin, məscidlərimizin tamamilə məhv edilməsi faktlarını bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bilirlər və etiraf edirlər. Biz bütün digər beynəlxalq təşkilatlar kimi ATƏT-in də istər Qazaxıstanın təşkilata rəhbərliyi dövründə, istərsə də ondan sonrakı dövrlərdə nəinki Dağlıq Qarabağ münaqişəsinin həllində, eləcə də, bütün münaqişələrin həllində ədalətli davranmasını, insanpərvərlik adına doğru addımlar atılmasını gözləyirik.
- Bayram müəllim, bir müddət öncə mətbuata açıqlamanızda Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin real sayının elan olunmuş statistikadan xeyli artıq olduğunu demişdiniz və yaranmış problemin səbəblərini açıqlamışdınız. Hazırda məsələ ilə əlaqədar dəqiqləşdirmə işləri hansı səviyyədə həyata keçirilir?
- Bilirsiniz ki, dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin səmərəli fəaliyyət göstərməsi üçün bir sıra addımlar atılmaqdadır. Cənab Prezidentin diqqət və qayğısı sayəsində işlərimizi yüksək səviyyədə qura bilirik. Hazırda qərargahla bağlı problemimiz demək olar ki, həll edilmək ərəfəsindədir, bizim üçün ayrılmış binada təmir işləri yekunlaşır. Aprel ayının sonuna qədər bütün işləri tamamlamağı planlaşdırırıq. Təbii ki, bu işlər yekunlaşandan sonra qeyd etdiyiniz məsələlərin həlli istiqamətində işlər daha da sürətlənəcək.
Qeyd edim ki, İctimai Birliyin qurultayı ərəfəsində icmanın sayını təxmini müəyyənləşdirmişdik. Onda Dağlıq Qarabağ əhalisinin sayı təxminən 65 min nəfərə qədər göstərilirdi. Amma hazırda bu rəqəm 75 minə yaxındır ki, onun da 29 mindən çoxu Şuşa sakini, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Ağdərə rayonundan məcburi köçkün düşmüş həmvətənlərimizidir. Amma Xankəndinin əhalisinin dəqiq sayı müəyyənləşdirilməyib. Bunun da bəzi obyektiv səbəbləri var. Həmin əhali müxtəlif bölgələrdə məskunlaşıblar. ümumiyyətlə, sayın dəqiq aparılması prosesi çox mürəkkəbdir və vaxt tələb edir. Təsəvvür edin ki, icmanın üzvləri ölkəmizin demək olar ki, bütün rayonlarında məskunlaşıblar. Təkcə, Şuşa rayonunun sakinləri 59 rayonda, 220 yaşayış məntəqəsində məskunlaşıb.
Biz bu məsələni də qaldırmışıq ki, Dağlıq Qarabağ rayonlarının sakinlərinin ailəsində dünyaya gələn körpənin doğum şəhadətnaməsində onun Xocalı, Xocavənd, ya da Şuşa rayonunun sakini olduğu göstərilsin. Düzdür, bir müddət əvvəl bununla bağlı müəyyən problemlər olmuşdu, bəzi ailələr körpənin doğum yeri olaraq, müxtəlif rayonlarımızın adını yazdırırdılar. Amma aparılan işlər nəticəsində demək olar ki, bu məsələ də həllini tapmaqdadır.
- Bir neçə gündən sonra Xocalı soyqırımının 18-ci ildönümü tamam olacaq. Rəhbərlik etdiyiniz İctimai Birlik bu soyqırımla bağlı dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət ünvanlayacaqmı? Təəssüf doğurur ki, əsl soyqırımı ermənilər törətdiyi halda ABŞ Konqresinin Nümayəndələr Palatası uydurma “erməni soyqırımını” müzakirəyə çıxarmağa hazırlaşır. Bununla əlaqədar ABŞ Konqresinə etiraz müraciəti ünvanlamağı nəzərdə tutursunuzmu?
- Xocalı soyqırımı Azərbaycan xalqının ən böyük faciələrindən biridir. Ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri bəlkə də dünya bu günə qədər görməyib, şahidi olmayıb. Elə ailələr var ki, həmin gün tamamilə qətlə yetirilib, bir nəfər üzvü belə sağ qalmayıb. Elə ailələr də var ki, valideynlərinin hər ikisini itirib. Bu soyqırım heç vaxt bizim tariximizdən, yaddaşımızdan silinməyəcək. Hər il fevral ayının 26-da soyqırımın ildönümü bütün respublika səviyyəsində qeyd olunur. Hazırda Azərbaycan dövləti Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində də təqdirəlayiq işlər görür, eyni zamanda, ictimai təşkilatlar, diaspor təşkilatlarımız da dövlətimizin bu istiqamətdəki səylərinə qoşulublar. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi də bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması, əsl həqiqətlər haqqında məlumatların verilməsi istiqamətində aparılan işlərə dəstək verir. Faciə ilə əlaqədar dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatımız qəbul olunacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11

