Karantin rejiminin uzadılması vətəndaşların sağlamlığının qorunmasına xidmət edir
06.08.2020 [09:22]
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- İlham müəllim, bildiyimiz kimi, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi avqustun 31-dək uzadılıb. Buna münasibətiniz necədir?
- Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejiminin avqustun 31-dək uzadılması zəruridir. Azərbaycan hökuməti tərəfindən bu barədə qərar geniş araşdırılaraq, təhlil edilərək qəbul olunub. Bununla belə, sərt karantin rejimi nisbətən yumşaldılıb. Belə ki, vətəndaşlar avqustun 5-dən sonra evdən çıxmaq üçün sms-lə icazə almayacaq. Bu məhdudiyyət götürülüb. Amma yumşalmalar o demək deyil ki, pandemiya sona çatıb. Xeyr, belə deyil. Bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay müddətinə fövqəladə vəziyyət elan edib. Doğrudur, bu şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə virusun yenidən alovlanmaları baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın təkrar yayılması halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır.
Biz Azərbaycanda da virusun yenidən yayılması təcrübəsinin şahidi olmuşuq. Pandemiyanın yayıldığı ilk dövrlərdə tətbiq olunan xüsusi karantin rejimi sayəsində ölkəmizdə virusa yoluxmaların sayında azalma müşahidə olunurdu. Lakin yumşalmadan sonra yoluxmaların sayı artmağa başladı və hökumət yenidən karantin rejimini sərtləşdirmək məcburiyyətində qaldı. Yenidən bu vəziyyətlə üzləşməmək üçün bir müddət xüsusi karantin şəraitində yaşamağa məcburuq.
- Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə tədbirlərini necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mühüm tədbirlər həyata keçirilib. Bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. Səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Artıq 9 bu tipli xəstəxana istifadəyə verilib. Cənab Prezident bugünlərdə regionlara səfəri zamanı modul tipli xəstəxanaların da açılışını etdi.
Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmcinin, xaricdə təhsil almış həkimlərin, müxtəlif ölkələrin həkimlərinin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işcilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir.
- Cəmiyyətdə karantin rejiminin yenidən uzadılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir həkim kimi vətəndaşlara nə tövsiyə edərdiniz?
- Normal həyata dönmək, koronavirus bəlasından xilas olmaq hər kəsin arzusudur. Bunun üçünsə, bir qədər də səbrli, dözümlü olmaq lazımdır. Virusa yoluxma sayının azalmasından da arxayınlaşmaq olmaz. Çünki arxayınlaşıb qaydalara riayət etməmək virusa yoluxma sayının artmasına səbəb olar ki, bu da arzuolunmaz vəziyyətə gətirib çıxara bilər. Yoluxma sayının azalmasının əsas səbəbi dövlətin həyata keçirdiyi tədbirlər, vətəndaşların karantin rejiminə, sosial izolyasiya qaydalarına əməl etmələri ilə bağlıdır. Bu gün vətəndaşların əksəriyyətində şəxsi refleks, yəni tibbi maskadan istifadə edilməsi, sosial məsafə saxlanması, dezinfeksiya edici vasitələrdən istifadə edilməsi vərdişi formalaşıb. Bunlar müsbət haldır və o deməkdir ki, insanlar indiki şəraitin tələblərilə yaşamağa öyrəşir. Biz qaydalara mütləq şəkildə əməl etməliyik ki, bu bəladan tezliklə xilas ola bilək.
Qarşıdan payız fəsli gəlir. Həmin mövsümdə də infeksion xəstəliklər baş qaldırır. Çalışmaq lazımdır ki, payız mövsümünə qədər maksimum dərəcədə virusun yayılmasının qarşısı alınsın. Bu baxımdan ölkəmizdə xüsusi karantin rejiminin uzadılması doğru addım kimi qiymətləndirilməli və insanlarımız bunu anlayışla qəbul etməlidir.
Hələ ki, dünyada koronavirusa qarşı tam təsdiq olunmuş peyvənd və ya dərman peraparatı tapılmayıb. Bəzi dövlətlər peyvəndlər haqqında məlumatlar verirlər. Azərbaycan dövləti də bu məsələni diqqət mərkəzində saxlayır. Amma bu məsələdə tələsmək lazım deyil.
Qeyd etdiyim kimi, hazırda ölkəmizdə virusa yoluxanların sayının azalması ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalanların sayı yoluxanların sayını xeyli üstələyir. Bu müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir.
Bu baxımdan hər kəs özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün tibbi-profilaktik qaydalara riayət etməli, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməli, sosial məsafəni saxlamalı, qoruyucu tibbi maskalardan istifadə etməlidir. Biz birlikdə mübarizə apararaq bu bəlaya qalib gələ və normal həyatımıza dönə bilərik.
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15

