/ / Arzuxan Əlizadə: Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların aparılması təqdirəlayiqdir
Arzuxan Əlizadə: Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların aparılması təqdirəlayiqdir
16.03.2021 [09:27]
Müsahibimiz Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadədir:
- Arzuxan müəllim, bir ildən artıqdır ki, ölkəmizdə yaranmış yeni siyasi konfiqurasiya partiyalararası münasibətlərin inkişafında hansı rolu oynayıb?
- Ötən ilin əvvəlindən başlayaraq ölkədə yeni siyasi konfiqurasiyanın yaranması, həqiqətən də, siyasi partiyalar və təşkilatlar arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Ölkə başçısının nümayiş etdirdiyi siyasi iradə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi. O cümlədən bir sıra partiyaların qeydiyyata alınması, qərargahla təmin olunması ölkənin siyasi sisteminin inkişafına təkan verir.
- Bu həmrəylik, siyasi birlik 44 günlük Vətən müharibəsi dövründə özünü daha qabarıq göstərdi. Həmin dövrdə siyasi partiyaların birgə bəyanat imzalamasının, birlik nümayiş etdirməsinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhədə düşmənlə mübarizə apardığı bir zamanda ölkə daxilində siyasi həmrəyliyin daha da gücləndirilməsi zəruri şərtə çevrilmişdi və bu mənada, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı olduqca mühüm əhəmiyyət daşıdı. Bu, bir daha onu sübut etdi ki, ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, hər bir siyasi partiya və ya vətəndaş yalnız bir hədəf - Qarabağın azad olunması üçün bütün gücünü səfərbər etməyə hazırdır.
- Həyata keçirilən islahatlar, dialoq mühitinin genişləndirilməsi ölkəmizdə yeni siyasi presedentlərə yol açmaqdadır. Məhz bunların fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasını necə dəyərləndirərdiniz?
- Ölkəmizdəki yeni dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olmaqdadır. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul etməsi də belə bir xarakter daşıyır. Ümumiyyətlə, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların aparılması təqdirəlayiqdir. Bu, ölkənin siyasi mühitində yeni ab-havanın yaranmasına səbəb olub. Vurğuladığımız kimi, aparılan dialoq nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümummilli məsələlərdə vahid mövqe yaranıb. Ümumiyyətlə, siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır.
- YAP-ın VII qurultayında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Sizcə, siyasi dialoqun dərinləşdirilməsi ölkəmizin inkişafında hansı rolu oynayacaq?
- Siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi münasibətlərin inkişafında əsaslı yer tutur. Bir məqama diqqət çəkmək istərdim ki, 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirilən milli birlik, siyasi həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasını şərtləndirdi. O cümlədən bu birlik və həmrəylik Azərbaycana qarşı ikili standartlardan çıxış edən bəzi xarici qüvvələrə də layiqli cavab oldu. Dialoq mühitinin inkişafı, milli həmrəyliyin gücləndirilməsi bəzi xarici qüvvələrin cəmiyyət içində ayrı-seçkilik yaradabilmə imkanlarını puça çıxarır. Sədri olduğum Milli İstiqlal Partiyası istər müharibədən əvvəlki, istər müharibə, istərsə də postmüharibə dövründə öz mövqeyini açıq şəkildə ortaya qoydu. Siyasi dialoqun inkişaf etdirilməsi, siyasi partiyalar arasındakı münasibətlərin müsbət məcra alması gələcək dinamik inkişafımıza müstəsna xidmət göstərəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20

