Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müşfiq Məmmədli: Qurultayda səsləndirilən hədəflər və vəzifələr Azərbaycanın müstəqil inkişaf xəttinin möhkəmləndirilməsinə aparan strateji yol xəritəsidir

Müşfiq Məmmədli: Qurultayda səsləndirilən hədəflər və vəzifələr Azərbaycanın müstəqil inkişaf xəttinin möhkəmləndirilməsinə aparan strateji yol xəritəsidir

09.10.2026 [16:23]

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı illərin siyasi, iqtisadi və ictimai gündəliyini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın dəyişən beynəlxalq şəraitdə öz mövqelərini qorumaqla kifayətlənmədiyini, yeni imkanlardan istifadə edərək regional və qlobal proseslərdə rolunu artırmağa çalışdığını göstərir".

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O bildirib ki, bu gün dünya əvvəlki qaydalarla idarə olunmur. Beynəlxalq hüququn prinsiplərinin selektiv tətbiqi, böyük güclər arasında rəqabətin kəskinləşməsi, iqtisadi əlaqələrin siyasi təzyiq vasitəsinə çevrilməsi dövlətlərdən daha çevik və uzaqgörən siyasət tələb edir. Azərbaycan belə şəraitdə öz qərarlarını milli maraqlar əsasında qəbul etməklə müstəqil siyasət yürütməyin mümkünlüyünü nümayiş etdirir: "Biz hərbi gücümüzü artırmalıyıq. Cənab Prezidentimiz qeyd etdi ki, biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. hesab edirəm ki, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması əldə olunan nəticələrin ardıcıl davam etdirilməsindən asılıdır.

Ölkəmizin xarici siyasətində müxtəlif tərəfdaşlarla əməkdaşlığın qorunması, yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması bu yanaşmanın mühüm istiqamətlərindəndir. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat bağlantılarının genişləndirilməsi ölkəmizə tranzit imkanlarından əlavə siyasi və iqtisadi üstünlüklər də qazandırır. Azərbaycan coğrafi mövqeyini real iqtisadi dəyərə çevirməklə regional əməkdaşlığın mühüm iştirakçısı kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın gələcək inkişaf modelinin mühüm tərkib hissəsidir. Burada qurulan infrastruktur, yaradılan istehsal və xidmət imkanları regionların iqtisadi fəallığına yeni məzmun verir".

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev gələcək dövr üçün YAP üzvlərinin qarşısında mühüm vəzifələr müəyyənləşdirib. "Qurultayda səsləndirilən hədəflər və vəzifələr Azərbaycanın müstəqil inkişaf xəttinin möhkəmləndirilməsinə, beynəlxalq mövqelərinin güclənməsinə və yeni iqtisadi imkanların reallaşdırılmasına aparan strateji yol xəritəsidir. Bu məsələlərdə hər birimiz fəal olmalı, ölkəmizin maraqları üçün var gücümüzlə çalışmalıyıq", - deyə M.Məmmədli bildirib.

PƏRVİZ

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31