İdeoloji təhlükəsizlik və dövlətçilik ənənələri: YAP-ın tarixi missiyası
09.10.2026 [16:31]
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın müasir inkişaf mərhələsində ideoloji təhlükəsizliyin, milli həmrəyliyin və dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətini bir daha ön plana çıxardı. Çıxışın əsas məğzi ondan ibarətdir ki, dövlətin gücü yalnız iqtisadi göstəricilər, hərbi potensial və infrastruktur layihələri ilə deyil, həm də milli-mənəvi dəyərlərə bağlılıq, tarixi yaddaş və cəmiyyətin ideoloji dayanıqlılığı ilə ölçülür”. Bu fikirləri yeniazerbaycan.com saytına açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycan tarixinin taleyüklü mərhələsi ilə bağlıdır. 1990-cı illərin əvvəllərindgə ölkə siyasi böhran, iqtisadi tənəzzül, hakimiyyət qarşıdurması və dövlətçiliyin parçalanması təhlükəsi ilə üz-üzə idi. Belə mürəkkəb şəraitdə xalqın çağırışı ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası milli maraqları, güclü dövlət ideyasını və sabit inkişafı öz fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin siyasi irsi dövlətçilik düşüncəsinin formalaşması, milli birliyin möhkəmləndirilməsi və müstəqilliyin real məzmunla təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər ölkədə siyasi sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və iqtisadi inkişafın təməllərinin yaradılmasına xidmət etdi. Bu baxımdan Heydər Əliyev irsi yalnız tarixi xatirə deyil, müasir Azərbaycanın inkişaf modelini anlamaq üçün mühüm siyasi və mənəvi istinad nöqtəsidir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında xüsusi vurğulanan ideoloji təhlükəsizlik məsələsi isə müasir dövrün yeni çağırışları fonunda daha da aktuallaşır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin təsir imkanlarının genişlənməsi və rəqəmsal mühitdə dezinformasiyanın yayılması cəmiyyətin informasiya təhlükəsizliyini dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirir. Belə şəraitdə ideoloji dayanıqlılıq həqiqətə əsaslanan məlumatlandırma, keyfiyyətli təhsil, milli-mənəvi dəyərlərə hörmət və gənc nəslin tənqidi düşüncə qabiliyyətinin inkişafı ilə möhkəmləndirilməlidir.
“Bu istiqamətdə YAP-ın üzərinə düşən vəzifə yalnız təşkilati fəaliyyətlə məhdudlaşmır. Partiyanın ideoloji işi müasir dövrün tələblərinə uyğun qurulmalı, formal tədbirlərdən daha çox məzmunlu maarifləndirməyə, tarixi faktların cəmiyyətə düzgün çatdırılmasına və dövlətçilik düşüncəsinin gücləndirilməsinə əsaslanmalıdır. Milli maraqların qorunması, tarixi yaddaşın yaşadılması və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi ardıcıl və sistemli fəaliyyət tələb edir” – deyən P.Vəliyeva əlavə edib ki, YAP-ın tarixi missiyası, Heydər Əliyevin dövlətçilik irsi və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi müasir çağırışlar bir mühüm həqiqəti ortaya qoyur: güclü dövlət yalnız maddi imkanlarla deyil, möhkəm ideoloji dayaqlar, sağlam milli şüur və gələcəyə inamla formalaşır. İdeoloji təhlükəsizliyin təmin edilməsi, dövlətçilik ənənələrinin qorunması və cəmiyyətin milli həmrəyliyinin gücləndirilməsi Azərbaycanın davamlı inkişafının mühüm şərtlərindən biridir.
Azərbaycanın xarici siyasətinin əsasını dövlət müstəqilliyinin, milli maraqların və suverenliyin qorunması təşkil edir. Ölkəmizin son onilliklərdə keçdiyi inkişaf yolu göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan, balanslı və müstəqil siyasət yürütmək iqtidarında olan dövlətə çevrilib.
Onun sözlərinə görə, müstəqil xarici siyasətin mühüm göstəricilərindən biri Azərbaycanın heç bir siyasi düşərgəyə qoşulmaması və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan müxtəlif qütblərlə geniş təmaslar saxlayır, lakin hər hansı düşərgəyə qoşulmur. Bu yanaşma ölkəmizə həm milli maraqlarını qorumağa, həm də müxtəlif tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyə imkan verir.
Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri daxili işlərə müdaxiləyə yol verməmək və dövlətlərin suverenliyinə hörmət etməkdir: “Xarici siyasət elə qurulmalıdır ki, heç bir xarici qüvvə Azərbaycanın daxili siyasi proseslərinə, inkişaf modelinə və strateji qərarlarına təsir göstərə bilməsin. Bu baxımdan müstəqil xarici siyasət yalnız diplomatik fəaliyyət deyil, həm də milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası da müstəqil xarici siyasətin nəticələrindən biri idi. Azərbaycan müxtəlif beynəlxalq təzyiqlər və siyasi müqavimət şəraitində öz mövqeyindən geri çəkilmədi və nəticədə yeni geosiyasi reallıqlar formalaşdırdı. Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində enerji resursları, xarici investisiyaların cəlb edilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi tərəfdaşlıqlar xüsusi rol oynayır. Prezidentin çıxışında müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial vahid strateji xəttin əsas elementləri kimi qeyd edildi. Azərbaycanın çoxşaxəli diplomatiyası bu siyasətin praktik ifadəsidir”.
Millət vəkili söyləyib ki, ölkəmiz Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşlıq əlaqələri qurmaqla yanaşı, Çin və ABŞ kimi dünyanın aparıcı güc mərkəzləri ilə də strateji münasibətlər inkişaf etdirir: “Bu, Azərbaycanın xarici siyasətinin qarşıdurma deyil, qarşılıqlı maraq, əməkdaşlıq və milli maraqların uzlaşdırılması üzərində qurulduğunu göstərir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı da müstəqil xarici siyasətin mühüm istiqamətidir. Ölkəmiz müxtəlif beynəlxalq və regional formatlarda fəal iştirak edir, yeni əməkdaşlıq platformalarına qoşulur və öz təşəbbüslərini irəli sürür. Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin genişləndirilməsi Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında mühüm tərəfdaşa çevrildiyini nümayiş etdirir. Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri də etibarlı tərəfdaş imicinin formalaşdırılmasıdır. Ölkənin müxtəlif dövlətlərlə eyni vaxtda əməkdaşlıq edə bilməsi və bir-birinə rəqib olan dövlətlərin nümayəndələri üçün dialoq məkanı rolunu oynaması Azərbaycanın beynəlxalq etimadını göstərən amillərdəndir. Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın müxtəlif qütblərlə əlaqələr quran və öz maraqlarını müdafiə edən ölkə olmasını xüsusi vurğuladı. Bu siyasətin əsas xüsusiyyətlərindən biri də praqmatizm və strateji düşüncədir. Azərbaycan xarici siyasətdə emosional yanaşmadan deyil, uzunmüddətli milli maraqlardan çıxış edir. Ermənistanla münasibətlərdə də bu yanaşma özünü göstərir: hərbi qələbədən sonra sülhə üstünlük verilməsi strateji qərarların milli maraqlar əsasında qəbul edilməsinin nümunəsi kimi təqdim olunur”.
“Nəticə etibarilə, Azərbaycanın müstəqil xarici siyasəti bir neçə əsas dayağa söykənir: Milli maraqların prioritetliyi, dövlət suverenliyinin qorunması, heç bir siyasi düşərgəyə qoşulmamaq, bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlıq, güclü iqtisadi və hərbi potensial, praqmatik diplomatiya və beynəlxalq təşkilatlarda fəal iştirak etmək” – deyən P.Vəliyevanın fikrincə, bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini qorumasına, regional və qlobal proseslərdə söz sahibi olmasına imkan yaradır. Bu baxımdan müstəqil xarici siyasət Azərbaycanın yalnız bugünkü diplomatik kursu deyil, dövlətçiliyin və milli müstəqilliyin uzunmüddətli təminat mexanizmidir. Azərbaycan öz tərəfdaşlarını və əməkdaşlıq istiqamətlərini özü müəyyən edir, milli maraqlarını əsas götürür və beynəlxalq münasibətlərdə müstəqil aktor kimi çıxış edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

