/ / Novruz Məmmədov: Düşünürəm ki, bu dəfə Türkiyənin dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıya bilər
Novruz Məmmədov: Düşünürəm ki, bu dəfə Türkiyənin dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıya bilər
19.08.2010 [08:59]
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prezidentlərin Sankt-Peterburq görüşündən sonra ermənilərin ortaya yeni təkliflər olmasına dair məsələ atması prosesdə fasilə yaratdı. Sizcə, bundan sonra sülh danışıqlarının taleyi necə olacaq?
- Bu məsələ Azərbaycan üçün vacib olduğundan, hər zaman Azərbaycan Prezidentinin diqqətindədir. Bütün vacib görüşlərində, bəyanatlarında bu məsələ ətrafında fikir mübadiləsi aparır və mövqeyini bildirir. Elə bu günlərdə Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı da Azərbaycan Prezidenti bununla bağlı qəti mövqeyini bildirdi. O, qeyd etdi ki, bu gün biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı gedən danışıqların son mərhələsindəyik. Doğrudan da, artıq 5-6 ildir ki, danışıqlar gedir, ATƏT-in Minsk qrupunun həmsədrləri də müəyyən qədər çalışıblar ki, nəticə olsun. Eyni zamanda, bu istiqamətdə həmsədr ölkələrin xarici işlər nazirləri, prezidentləri də müəyyən səylər göstəriblər. Həmçinin, Azərbaycan Prezidenti də öz tərəfindən bütün lazımi addımlar atıb və bütün bu işlər nəticəsi kimi Madrid təklifləri ortaya çıxıb. Madrid təklifləri bizim hazırladığımız təkliflər deyil. Həmsədr ölkələrin və onların ATƏT-in Minsk qrupundakı nümayəndələrinin hazırladığı təkliflərdir. Bununla bağlı bir sıra beynəlxalq təşkilatların da mövqeyi olub, həmsədr dövlətlərin prezidentlərinin də bir sıra bəyanatları olub. Bunların hamısı onu göstərir ki, son zamanlar bu məsələyə diqqət həddən artıq artıb və danışıqların indiki mərhələsi beynəlxalq birlik və təşkilatlar tərəfindən dəstək tapır. Bizim özümüzün də ümidlərimiz böyük idi ki, son danışıqlar zamanı bu istiqamətdə mühüm addımlar atıla bilər. Təəssüflər olsun ki, Sankt-Peterburqda olan görüş zamanı Ermənistanın prezidenti bu məsələ ilə bağlı, belə çıxır ki, yeni bir mövqe ortaya qoydu. Bunun da əsas bir səbəbi var. Bunu biz anlamalıyıq. Ən birinci və əsas səbəb odur ki, Ermənistanın indiki rəhbərləri separatçı rəhbərlərdir və avantürist siyasət aparırlar. Onların siyasətlərinin də əsas canı hakimiyyətdə qalmalarını təmin etməkdir. Müəyyən qarşılıqlı razılaşmalar əsasında Madrid təklifləri əsasında münaqişənin həllinə ötən ilin dekabrından bununla bağlı mövqe bildirəcəyinə söz vermiş Ermənistan prezidenti birdən-birə belə başa düşdü ki, ictimaiyyət və ya xalq onun hakimiyyətini arxivə göndərə bilər. Ona görə də onların yenidən müxtəlif təkliflər ortaya atması, sadəcə olaraq, danışıqların yenidən uzadılmasına hesablanmış və yaxud da onun həllinə mane olan bir addımdır. İndi münaqişə ətrafındakı vəziyyət barədə danışanda hamı bilir ki, bu illər ərzində prosesin irəli aparılması üçün müəyyən addımlar atılıb. Ona görə də danışıqlar prosesi daha uzadıla bilməz. Xüsusilə də Ermənistan tərəfi bunu uzada bilməz. Düşünürəm ki, sentyabr ayında həmsədrlərin planlaşdırılan səfəri zamanı geniş müzakirələr aparılacaq. Bu müzakirələrdən sonra konkret bilinəcək ki, hansı addımları atmaq lazımdır.
- Sentyabrda BMT Baş Assambleyasının 65-ci sessiyası da öz işinə başlayacaq və sessiyanın gündəliyində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət”lə bağlı məsələ də var. ötən il Azərbaycan müvəqqəti olaraq müzakirələri təxirə saldı. Danışıqlar ətrafındakı hazırkı vəziyyəti nəzərə alsaq bu sessiya çərçivəsində müzakirələrin keçirilməsi ehtimalı daha real görünmürmü?
- Həm beynəlxalq birliyin bəzi təmsilçiləri, həm də bir sıra təşkilatların nümayəndələri müəyyən dairələrin təsiri altında, əslində, Azərbaycanın bu məsələni BMT-də və onun Baş Assambleyasında müzakirəyə çıxarmasının əleyhinə çıxış edirlər. Daha doğrusu, əleyhinə deyil, daha çox tövsiyə edirlər ki, bunu etmək lazım deyil. Bu müzakirələr danışıqlara mane ola bilər və s. Buna baxmayaraq, bu məsələ həm bizim, həm də BMT-nin Baş Assambleyasının gündəliyindədir. BMT Baş Assambleyasından başqa biz bu məsələni vaxtaşırı olaraq digər mühüm və universal beynəlxalq təşkilatlarda da müzakirəyə çıxararaq bu məsələdə beynəlxalq birliyin dəstəyini qazanmağa çalışırıq.
- Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesiilə bağlı aktivliyi son illər artıb və BMT Baş Assambleyasındakı müzakirələr həm də Türkiyənin BMT TŞ-də ikiillik sədrliyi vaxtına düşür. Sizcə, bunun müzakirələrə nə kimi təsiri ola bilər? Yəni Ermənistana qarşı hansısa sərt qərarların qəbulu və ya digər addımların atılması gözləniləndirmi?
- Bununla bağlı sizin Türkiyənin mövqeyi nöqteyi-nəzərdən dediklərinizlə tamamilə razıyam. Son bir neçə ildə, xüsusilə də son bir-iki ildə beynəlxalq birliyin müəyyən addımları var idi ki, onların qarşısını Azərbaycan və Türkiyə arasında möhkəm fundamenti olan dostluq və qardaşlıq münasibətləri aldı. Düşünürəm ki, Azərbaycan-Türkiyə münasibətləri elə bu istiqamətdə də davam edəcək. çünki son illər ərzində bu münasibətlər çox böyük imtahanlardan, çox böyük sınaqlardan uğurla çıxdı. Baxmayaraq ki, müəyyən təzyiqlər var idi və bunlar da müəyyən mənada Ermənistanın maraqlarına daha çox xidmət edirdi. Bu nöqteyi-nəzərdən əminliklə deyə bilərəm ki, Türkiyə prezidentinin fəaliyyəti bu məsələ ilə bağlı çox güclüdür. Eyni zamanda, burada Azərbaycana çox güclü dəstək göstərilir. Təbii ki, BMT Baş Assambleyasında biz bu məsələni qaldıran zaman Türkiyənin orada olması böyük bir dəstəkdi. Eyni zamanda, Türkiyənin qeyri-daimi üzv olması da, şübhəsiz ki, bizim üçün bir köməkdi. Ancaq orada başqa qurumlar da var ki, belə məsələlər gündəliyə gələndə bir sıra böyük dövlətlər buna qarşı çıxırlar. Belə məsələləri gündəliyə çıxarmağı tövsiyə etmirlər. Bununla belə biz istəyimizə nail oluruq. Düşünürəm ki, bu dəfə Türkiyənin dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıya bilər.
- Türkiyə prezidenti Abdullah Gülün Bakı səfəri zamanı bir sıra mesaj xarakterli bəyanatlar səsləndirildi. Gələn ay Türkiyədə Türkdilli Dövlət Başçılarının Zirvə Toplantısı keçiriləcək. Sizcə, son vaxtlar türkdilli dövlətlərin aktivliyinin artması, tək Türkiyə və Azərbaycan deyil, Qazaxıstanın da proseslərdə fəallaşmasına reaksiyalar necə ola bilər? Türkdilli dövlətlərin mövqe nümayişi münaqişənin nizamlanması prosesinə hansısa şəkildə təsir edə bilərmi?
- Bununla bağlı bir məsələni də vurğulamaq lazımdır ki, son illər ərzində qazandığı nailiyyətlər, Azərbaycanın mövqeyinin güclənməsi müəyyən mənada onun özünün münaqişə ilə bağlı mövqeyini də gücləndirir. Bu isə Ermənistanda çox böyük narahatçılıq yaradır. Digər tərəfdən isə, sizin dediyiniz kimi, əlbəttə, məntiqi bir çağırışdır. Həm Türkiyə Respublikasının, həm başqa türkdilli dövlətlərin, onların içərisində də bu gün ATƏT-də çox mühüm yer tutan Qazaxıstan Respublikasının da mövqeyi mühüm əhəmiyyət daşıyır. Əlbəttə, biz arzu edərdik ki, bu istiqamətdə başqa türkdilli dövlətlərin də mövqeyi çox güclü və möhkəm olsun. Onların güclü mövqeyi sayəsində, şübhəsiz ki, münaqişənin həlli istiqamətində daha yaxşı uğurlar qazanmaq olar. Amma bir məsələ də var ki, burada heç də hər şey bu ölkələrin vəziyyətindən asılı deyil. üç dövlət var ki, ABŞ, Rusiya və Fransa danışıqlarda vasitəçi kimi birbaşa iştirak edirlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də onların mövqeyi çox güclü olduğu üçün bu münaqişənin həllində əsas məsələ onlardan asılı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22

