/ / Xalqımız öz Prezidentinin ətrafında sıx birləşib və 7 noyabr parlament seçkisində bu birliyin sarsılmaz olduğunu bir daha nümayiş etdirəcək
Xalqımız öz Prezidentinin ətrafında sıx birləşib və 7 noyabr parlament seçkisində bu birliyin sarsılmaz olduğunu bir daha nümayiş etdirəcək
29.10.2010 [09:10]
- Məlahət xanım, noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) uğurlu təşviqat kampaniyası davam edir. Partiyanın namizədi olaraq təbliğat prosesi haqqında nə deyə bilərsiniz? YAP-ın seçki proqramının üstünlükləri nədən ibarətdir?
- Bu gün həqiqətən də, ölkəmiz böyük siyasi hadisə ərəfəsindədir. 7 noyabr tarixində dördüncü çağırış Milli Məclisə seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə millət vəkilliyinə mənim namizədliyim irəli sürülüb. Təbii ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın namizədi olmaq böyük etimad və böyük məsuliyyətdir. Mən də bir namizəd kimi çalışacam ki, bütün qüvvəm və bacarığımla partiyamın etimadını doğruldum. ümumiyyətlə, seçki kampaniyasının təbliğat mərhələsi zamanı YAP-ın hər bir namizədinin bütün fəaliyyəti partiyanın ümumi seçki platformasına uyğun olaraq həyata keçirilir. Əgər seçkilərdə qələbə qazanarıqsa, bu platformanın qarşımıza qoyduğu vəzifələri uğurla həyata keçirəcəyimizə əminik. Partiyanın xalqımızın rifahı naminə qarşıya qoyduğu prioritet məsələlərin həlli üçün hər birimiz ciddi şəkildə fəaliyyətimizi davam etdirməliyik.
- Seçicilərlə görüşlərinizdən təəssüratlarınız necədir? İnsanların bu seçki kampaniyasına, eləcə də, partiyamızın seçki platformasına münasibəti haqqında fikirlərinizi bilmək istərdik...
- Millət vəkilliyi uğrunda mübarizəyə qoşulanlar arasında müxtəlif siyasi partiyaları təmsil edən, eləcə də müstəqil namizədlər var. Hesab edirəm ki, seçkilərdə iştirak edən siyasi partiyalar arasında YAP özünün gücü, səviyyəsi ilə xeyli fərqlənir. Partiyamızın həm dövlətimizin güclənməsi, həm də xalqımızın bu günü və işıqlı sabahı yolunda çox böyük xidmətləri var.
Xatırlatmaq istəyirəm ki, 2005-ci il seçkilərində də namizədliyim 99-cu dairədən irəli sürülmüşdü. O zaman insanların qaldırdıqları problemlərın əksəriyyəti artıq həll edilib. 2005-ci il seçkilərində namizədliyim irəli sürülən dairədəki yerlərdə sosial məsələlər, yəni qaz, işıq məsələləri tam həllini tapıb. Məsələn, mənim təmsil olunduğum dairəyə daxil olan 20 kəndin heç birinin beş il əvvəl təbii qazla təchizatı yox idi, indi bu kəndlərin 19-u qazla təmin olunub. 1993-cü ili-Ulu öndərin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycandakı vəziyyəti xatırlayın. Bizə qalan miras həddindən artıq acınacaqlı günə düşmüş ölkə, işğal olunmuş torpaqlar, elan olunmamış müharibənin gətirdiyi bəlalar və qalaq-qalaq sosial problemlər idi. Azərbaycan sanki zülmət içindəydi, iqtisadi tənəzzül, vətəndaş müharibəsi şəraiti, bomboş büdcə, dağılmış infrastruktur mövcud idi. Belə vəziyyətdə hakimiyyətə gələn YAP xalqla birlikdə problemlərin həllində inamlı addımlar atmağa başladı. Ulu öndərin dühası və müdrik siyasəti dağılmış bir ölkəni abad bir yurda çevirdi, dünya dövlətləri sırasına çıxardı. Heydər Əliyev siyasətinin davamçısı, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan bütün dünyanı heyrətdə qoyacaq bir sürətlə inkişaf edir. 2004-cü ildə imzalanmış “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” çərçivəsində aparılan işlər artıq bir çox sosial problemlərin aradan qaldırılması ilə nəticələnib. Yeni Dövlət proqramı çərçivəsində də regionların inkişafı istiqamətində inamlı addımlar atılır. Odur ki, artıq 2010-cu il seçicisinin 2005-ci il seçicisindən gözləntiləri də fərqlidir.
Bir vaxtlar Şəmkir sakinləri evlərini satıb xaricə gedirdilər. Amma ötən il Prezident İlham Əliyev Şəmkirdə üzeyir Hacıbəylinin və görkəmli şairimiz Əhməd Cavadın şərəfinə ucaldılmış abidənin açılışında iştirak edərkən “Şəmkir qonşu ölkələrin paytaxtından da gözəldir” fikrini söyləmişdi. Bu, həqiqətən də belədir. Xalqımız, o cümlədən, Şəmkir seçiciləri də öz Prezidentinin ətrafında sıx birləşiblər və bütün seçkilərdə olduğu kimi, 7 noyabr parlament seçkisində də bu birliyin sarsılmaz olduğunu bir daha nümayiş etdirəcəklər.
- Məlahət xanım, seçki prosesində bəzi namizədlər sağlam rəqabətdən daha çox qara piar aparmağa üstünlük verirlər. Onlar bu “texnologiya” vasitəsilə insanları çaşdırmağa və seçkilərdə hansısa nəticə əldə etməyə çalışırlar. Müxaliflərin bu mövqeyi insanlar tərəfindən necə qarşılanır?
- Açığını desəm, seçicilərlə görüşlərimdə onların bir narahatlıqlarını gördüm. Bu da ondan ibarətdir ki, ölkəmizdə həyata keçirilən böyük quruculuq işləri, Azərbaycan dövlətinin güclənməsi və beynəlxalq müstəvidə nüfuzunun artması müqabilində bəzi müxalifət partiyaları ölkəmizin adına ləkə gətirməyə çalışırlar. Artıq 20 ilə yaxındır ki, bu xalq onlara “yox” deyir. Və sağlam müxalifətə bu cəmiyyətimizin çox ehtiyacı var. Bugünkü müxalifət isə monopolist bir fəaliyyətdə olduğundan yeni sağlam müxalifətin yetişməsini və formalaşmasını əngəlləyir. Hazırda dünyanın inkişaf etmiş sivil ölkələrində bu bir siyasi mədəniyyətdir ki, bir neçə dəfə seçkidə uğur qazanmayan partiya liderləri istefa verir və ya siyasi fəaliyyətlərini dayandırırlar. Bu, sağlam rəqabətin əsas şərtlərindən biridir. İndi təsəvvür edin ki, 1993-cü ildən üzü bu yana heç bir seçkidə qalib ola bilməyən partiya rəhbəri siyasi səhnəni tərk etmirsə, istefa vermək qabiliyyətinə malik deyilsə, bu hərəkətin artıq izahı yoxdur. Artıq dəfələrlə xalqdan “yox” sözü eşitmiş və heç vaxt seçkilərdə qalib gəlmək ümidi olmayan bir partiyanın yenidən seçkilərə qatılması gülüncdür.
Bu, bir reallıqdır ki, 1993-cü ildən müxalifətdə olduqları gündən bu günə qədər onlar dəfələrlə milli maraqlarımıza zidd addımlar atıblar. Belə hərəkətlərdən biri də, Müsavat Partiyasının Almaniyada Ermənistanın siyasi təşkilatı ilə saziş imzalaması oldu. Mən hesab edirəm ki, Müsavat Partiyası rəhbərinin bu hərəkəti bütün Türk dünyasına utanc gətirən bir hadisədir. Bu gün Azərbaycanın 20 faiz torpağını işğal edən, qız-gəlinlərimizin namusunu tapdalayan, uşaqları girov saxlayan, türkləri yalançı soyqırımı aktında suçlayan ermənilərlə anlaşma imzalamaq satqınlıqdan başqa bir şey deyil. Onların müxalifətdə olduqları dövrdə özlərinin vurduğu zərbəni heç kəs onlara vurmayıb. Seçicilərlə görüşdə də insanlar bu hadisəyə kəskin etirazlarını bildirirlər. Artıq onlar müxalifətin fəaliyyətini öz heysiyyatlarına, qürurlarına toxunmaq kimi qiymətləndirirlər. Mən hesab edirəm ki, xalq onların bu addımını heç vaxt bağışlamayacaq.
- Artıq üçüncü çağırış Milli Məclis fəaliyyətini yekunlaşdırıb. ötən beş ildə parlament məhsuldar işləyib. Yenidən deputat seçilsəniz daha hansı qanunların hazırlanması və ya təkmilləşdirilməsi istiqamətində təkliflər verəcəksiniz?
- Azərbaycanın müstəqilliyindən sonra formalaşmış parlamentimiz kifayət qədər güclü qanunvericilik bazası yaradıb. İndiki mərhələdə isə qarşıda duran vəzifə zəruri olan yeni qanun layihələrinin hazırlanması və ehtiyac olduğu halda mövcud qanunvericiliyi təkmilləşdirməkdir. İnsanların tələbatı, baxışları dəyişdikcə, cəmiyyətimiz inkişaf etdikcə qanunlarda da əlavə və dəyişikliklərə, təkmilləşməyə ciddi ehtiyac duyulur. Mən ötən iki çağırış Milli Məclisdə Sosial siyasət komitəsinin üzvü olmuşam və sosial sahədə qanunların işlənib hazırlanmasında əlimdən gələni əsirgəməmişəm. Bu müddətdə ailə, əmək, səhiyyə və digər məsələlərlə bağlı qanunvericilik xeyli təkmilləşdirilib, bütün bunlar isə insanların maraqlarına xidmət edir. Xüsusilə vurğulamaq istəyirəm ki, bu dövrdə səhiyyə sahəsində xeyli inkişaf baş verib. Yenidən millət vəkili seçiləcəyim təqdirdə sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətimi davam etdirəcəm.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

