Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ağdamda mina partlayıb, iki nəfər xəsarət alıb

Ağdamda mina partlayıb, iki nəfər xəsarət alıb

12.04.2024 [15:41]

Aprelin 12-də Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31