“Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar”
24.05.2024 [18:40]
Mayın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası, YAP Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü münasibətilə “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yaradılmasının 106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqının XX əsrin əvvəlində Şərqdə ilk demokratik respublika yaratması mühüm tarixi nailiyyətdir.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik ənənələrində özünəməxsus yer tutur. O dövrdə Xalq Cümhuriyyəti müəyyən səbəblərdən süqut etdi. Lakin xalqımız XX əsrin sonunda yenidən azadlığa qovuşdu və dövlət müstəqilliyini bərpa etdi. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın sarsılmaz bünövrəsini yaratdı, dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövləti dünyada böyük nüfuza malikdir.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz ən qüdrətli dövrünü yaşayır: “Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər bir vətəndaşı qürurlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımızın bu gün Şuşada, Xankəndidə dalğalanması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bayrağımızı azad edilmiş bütün ərazilərdə qürurla ucaltması xalq olaraq bizi hədsiz dərəcədə iftixarlandırır. Bu, ölkə başçısının gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.
Bakı Dövlət Universitetinin prorektoru Əliş Ağamirzəyev çıxışında bildirib ki, milli dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti müstəsna yer tutur. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə demokratik ənənələrin formalaşmasına əhəmiyyətli təsir göstərib. Onun sözlərinə görə, Xalq Cümhuriyyətinin uğurlarından biri də 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasıdır. Bu gün milli dövlətçilik ənənələrimizin davam etdiyini deyən Ə.Ağamirzəyev qeyd edib ki, müstəqil Azərbaycan böyük zəfərlər qazanaraq adını tarixə qızıl hərflərlə yazdırıb: “Ən mühüm nailiyyət isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir. O cümlədən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması böyük əhəmiyyət kəsb edir”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. Tarixçi kimi elmi işinin XX əsrin əvvəllərində azərbaycanlı deputatların Rusiya Dumasında fəaliyyəti ilə əlaqədar olduğunu deyən D.Seyidzadə həmin dövrdəki deputatların xalqımız üçün böyük işlər gördüklərini söyləyib: “Onlar əsl vətənpərvər ziyalılar idi. Bu insanların fəaliyyəti Xalq Cümhuriyyətinə gedən yolda böyük rol oynayırdı. Onlar fəaliyyətləri ilə cəmiyyətimizi bu prosesə hazırlayırdılar. Nəticədə 1918-ci ilin mayında Xalq Cümhuriyyəti elan olundu. Cümhuriyyət dövründə ana dilində məktəblər açıldı, qadınlara səsvermə hüququ verildi, bir sıra mühüm qanunlar qəbul olundu və digər önəmli addımlar atıldı. Lakin o dövrdə mürəkkəb geosiyasi proseslər baş verirdi və həmin proseslər fonunda Cümhuriyyət cəmi 23 ay yaşaya bildi”.
YAP Veteranlar Şurasının üzvü deyib ki, müstəqil dövlətimizi qorumaq, onu sevmək hər bir vətəndaşımızın borcudur. Doğma vətəni sevməyin ən böyük nümunəsini Ulu Öndər Heydər Əliyev göstərib. Heydər Əliyev dövlət başçısı kimi xarici səfərlər zamanı Azərbaycanı böyük sevgi ilə dünyaya təqdim edirdi.
“Hər bir xalq öz tarixini dərindən öyrənməlidir. Biz tariximizi öyrəndikcə azərbaycanlı olduğumuz üçün fəxr edirik. Bu gün Prezidentimiz İlham Əliyev öz siyasəti ilə müstəqil dövlətimizi daha da gücləndirir”, - deyə D.Seyidzadə vurğulayıb.
Bakı Dövlət Universitetinin dosenti Xumar Səfərova çıxışında bildirib ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Eləcə də Cümhuriyyətin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atılıb. Parlamentin qəbul etdiyi qanunlar müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Onun sözlərinə görə, Cümhuriyyət qurucularının xidmətləri daim xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, onların əziz xatirəsi hər zaman uca tutulur.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

