İrlandiyada müstəqilliyimizə böyük hörmət
04.06.2024 [10:31]
Mübariz ABDULLAYEV
Azərbaycan qısa müstəqillik tarixində həyata keçirdiyi ardıcıl siyasət sayəsində yüksək səviyyəli siyasi-iqtisadi münasibətlər qurduğu çoxlu dostlar qazanıb. Respublikamızla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında formalaşan münasibətlər buna yaxşı nümunədir. Hazırda yüksək səviyyədə
ola iikitərəfli münasibətlər qarşılıqlı maraqlara əsaslanır və artan dinamikaya malikdir.
İrlandiyada Azərbaycan Bayrağı ucaldılıb
Bir neçə gün bundan əvvəl Azərbaycanda Müstəqillik Günü qeyd olundu. Bu, respublikamızın tarixində böyük bayramdır. Düz 106 il bundan əvvəl mayın 28-də Azərbaycan xalqı azad yaşamaq arzularını həyata keçirərək müstəqilliyini bəyan edib və Şərqdə ilk demokratik respublika qurub. Təəssüf ki, AXC-nin ömrü qısa oldu. Tariximizdə qurulan Birinci respublika cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. 1991-ci ildə isə respublikamız yenidən müstəqilliyə qovuşub.
Qısa müstəqillik tarixində Azərbaycan böyük uğurlar qazanıb. Hazırda ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir. Təsadüfi deyildir ki, müstəqilliyimizin 106-cı ildönümü ilə əlaqədar çoxlu sayda xarici ölkənin dövlət və hökumət başçılarından Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlir. Eyni zamanda, Azərbaycanın Müstəqillik Günü respublikamızın hüdudlarından kənarda da yüksək səviyyədə qeyd olundu, bu münasibətlə müxtəlif tədbirlər keçirildi.
Müstəqillik Günündə, həmçinin ölkəmizin müstəqilliyinə böyük hörmətin ifadəsi olaraq İrlandiyada Azərbaycan Bayrağı ucaldılıb. Bu barədə Azərbaycanın Britaniyadakı səfirliyi məlumat yayıb. Bildirlir ki, İrlandiya vətəndaşı Maykl Kortni mayın 28-də ölkəmizin Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Bayrağını dalğalandırıb.
Səfirlik İrlandiya vətəndaşına göstərdiyi təşəbbüsə görə təşəkkür edib, gələcəkdə də bu istiqamətdə onu dəstəkləyəcəklərini bildirib.
Bu günlərdə İrlandiyadan daha bir xoş xəbər gəlib. Belə ki, Azərbaycan Respublikasının İrlandiya Respublikasının Dublin şəhərində ilk fəxri konsulu təyin olunub. “Noyabrda Bakıda keçiriləcək COP29 tədbirini səbirsizliklə gözləyirəm. Azərbaycan Respublikasının bu konfransa ev sahibliyi etməsi böyük nailiyyətdir”, - deyə Azərbaycanın İrlandiya Respublikasının Dublin şəhərində yeni təyin olunmuş ilk fəxri konsulu Terri Leyden KİV-ə eksklüziv müsahibəsində bildirib. O, İrlandiya Respublikasına fəxri konsul təyin olunmaqdan böyük şərəf duyduğunu deyib.
Terri Leyden Azərbaycanın COP29 kimi mühüm beynəlxalq konfransa ev sahibliyi etməsinin önəmindən danışıb. O, bu gün dünyada çoxlu böhranların olduğunu deyib və əlavə edib ki, iqlim dəyişikliyi bütün dünyaya təsir edən böhrandır. Fəxri konsul Azərbaycanın bu böyük böhranın qarşısının alınması istiqamətində çox yaxşı işlər gördüyünü əlavə edib.
O, Azərbaycan və Ermənistan arasında daha sıx münasibətlərin yaranacağını səbirsizliklə gözlədiyini də bildirib. Fəxri konsul iki ölkə arasında davamlı sülhün yaranmasına ümid etdiyini dilə gətirib və qeyd edib ki, buna nail olmaq üçün Azərbaycan və Ermənistanla işləməyi səbirsizliklə gözləyir.
Genişlənən ikitərəfli dialoq
Azərbaycanın Müstəqillik Günü ərəfəsində İrlandiyadan bir-birinin ardınca xoş xəbərlər gəlməsi təsadüfi deyil. Hazırda Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər yüksək dinamikaya malikdir. Birləşmiş Krallıq Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci ildə qurulub.
Həmin tarixdən etibarən hər iki dövlət ikitərəfli platformada müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlıq əlaqələri yaratmağa nail olub. Ölkələrimiz ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılırlar və bunun üçün böyük potensial var. Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir. Ötən il dekabrın 7-də Bakıda Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib. Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulanan tədbirdə qeyd edilib ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,1 faiz artaraq 1 milyard dollar təşkil edib. 2023-cü ilin ilk 10 ayında isə bu göstərici 734 milyon dollar olub. Hazırda Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 662 Britaniya şirkəti fəaliyyət göstərir.
İki ölkə arasında xüsusilə enerji dialoqu yüksək dinamikaya malikdir. Böyük Britaniyanın BP şirkəti respublikamızda uğur hekayəsini inamla davam etdirir. Qeyd edək ki,1995-ci ildən 2023-cü ilin 6 ayına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycanın enerji sektoruna 33 milyard dollar dəyərində investisiya yatırılıb. Böyük Britaniyanın respublikamıza yönəltdiyi ümumi investisiyaların həcmi isə 83 milyard ABŞ dollar? həcmindədir. Öz növbəsində Azərbaycandan Birləşmiş Krallığa 2 milyard ABŞ dolları dəyərində investisiya yönəldilib. Azərbaycanla Böyük Britaniya həmçinin bərpa olunan enerji sahyəsində də əməkdaşlığa başlayıblar. Xatırladaq ki, 2021-ci ilin 3 iyun tarixində Energetika Nazirliyi və BP arasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. 4 iyun 2022-ci il tarixində isə Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.
Xəbər lenti
Hamısına baxMEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03

