Konstitusiya dəyişikliyi üçün presedent...
12.06.2024 [10:33]
Rəsmi İrəvan beynəlxalq hüquqi prosedurlardan nümunə götürməlidir
Ermənistan ilə Azərbaycan arasında sülhün imzalanması, münasibətlərin normallaşması region üçün yeni perspektiv vəd etməklə yanaşı, beynəlxalq miqyasda yeni mərhələ formalaşdırır. Uzun illərə söykənən münaqişələrin həlli, anlaşılmazlıqların aradan qaldırılması, mübahisələrin sonlandırılması üçün mühüm presedentə çevrilmə imkanına malik prosesin inkişafı isə asan başa gəlmir - xüsusilə, Ermənistanın artıq 4 ilə yaxındır ki, beynəlxalq hüquqa riayət etməməsi, bir sıra hüquqi prosedurları ləngitmək üçün bəhanələr uydurması müsbət nəticənin əldə olunması üçün əngəl yaradır. Doğrudur, ötən ilin sonundan etibarən ikitərəfli təmasların inkişafı, bu ilin aprelindən isə təxminən 13 kilometrlik ərazidə sərhədlərin delimitasiyasının aparılması müəyyən ümidlər yaradır - amma məsələnin birdəfəlik və beynəlxalq hüquqa əsaslanan həlli yolunun müəyyənləşdirilməsi üçün hələ atılası addımlar var.
Sülh üçün əsas şərtlərdən biri...
Əldə olunan bir sıra razılaşmalar, vasitəçisiz təmaslar, delimitasiya və demarkasiya prosesinin müəyyən bir mərhələsinin icrası sülhün mümkünlüyünə ümid yaradır. Təbii ki, bununla bağlı ən əsas şərtlərdən biri Ermənistanın siyasi iradə nümayiş etdirməsidir. Yəni hələ 2022-ci ildə Azərbaycanın irəli sürdüyü 5 şərtdə göstərildiyi kimi, sülhün davamlı və əbədi xarakter daşıması təmin edilməlidir. İlk növbədə Ermənistan Azərbaycana və Türkiyəyə qarşı əsassız, qondarma iddialarını geri götürməli, özünün yalançı təbliğatına son verməlidir - bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, Azərbaycana qarşı əsassız ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Eyni zamanda, bu addım İrəvanın imzalanacaq sülh üçün münbit zəmin formalaşması üçün çalışmasının göstəricisi kimi xarakterizə oluna bilər. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.
Bunun üçün isə ilkin şərt Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir.
Dəyişiklik zərurəti...
Hər iki dövlətin Ana Yasasına diqqət yetirdikdə bu və ya digər fərqlər açıq şəkildə üzə çıxır - Azərbaycan Konstitusiyasında heç bir ölkəyə qarşı hansısa bir iddia yer almır. Amma Ermənistanın əsas qanunlar toplusunda bu məqam xüsusi xətlə keçir, Azərbaycanın suverenliyinə qarşı təhdid yer alır. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. 2005-ci il noyabrın 27-də dəyişiklik olunub. 2015-ci il iyulun 15-də isə Konstitusiya islahatı üzrə Ermənistan prezidenti yanında xüsusi komissiya 20 il öncə qəbul olunmuş sənədə əlavə və dəyişikliklər edib. Ancaq heç birində Ermənistanın regionda pozuculuq fəaliyyətinə əsas verən məsələlərə diqqət yetirilməyib.
Problem isə ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır.
Beləliklə, Azərbaycan haqlı olaraq Ermənistan Kosntitusiyasının dəyişikliy?nə ehtiyac duyulduğunu önə çəkir. Rəsmi İrəvan isə bu məsələni də yenidən manipulyasiyaya uğratmaqla sülhü gecikdirir.
Presedent mövcuddur...
Halbuki bu problemin çıxış yolu var - beynəlxalq münasibətlər sistemində bunun analogiyası və ya presedenti mövcuddur. Bir müddət öncə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (CAİR) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu məsələ ilə bağlı verdiyi açıqlamasında həll yolu ilə bağlı misalları önə çəkmişdi. O bildirmişdi ki, presedent kimi “Belfast sazişi” götürülə bilər. Bu, 1998-ci ildən bəri ən yaxşı və nisbətən yeni presedentdir - 1998-ci ilin noyabrın 19-da Böyük Britaniya parlamentinin qəbul etdiyi Şimali İrlandiya aktına görə, 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən etdi. Şimali İrlandiyanın Konstitusiyasının 2 və 3-cü maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu.
Beləliklə, Ermənistan da bu presedenti özü üçün əsas götürərək Konstitusiyasında dəyişiklik edə bilər...
Yersiz etiraz....
Ermənistan sülh istəyirsə, bölgədə stabillik və inkişaf, təhlükəsizlik seqmentinin daha da davamlı olmasını arzulayırsa, kənar oyunçuları prosesə qatmamalıdır. Məsələn, 44 günlük müharibə ilə başa çatan “münaqişə” həm də ATƏT-in Minsk qrupunu tarixin arxivinə yollayıb. Artıq tərəflər vasitəçisiz bir ortamda razılaşmanın bir addımlığındadırlar. Son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Azərbaycanın öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyması artıq Ermənistan-Azərbaycan münaqişəsini də tarixə çevirib. Belə bir “münaqişə” olmadığı üçün ATƏT-in Minsk qrupuna da ehtiyac yoxdur - Azərbaycan tərəfi bu məsələni qaldırıb və əslində, Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. Amma təəssüfləndirici haldır ki, Azərbaycan Minsk Qrupunun ləğvi ilə bağlı təklifinə Ermənistan etiraz edir. Bu isə bütövlükdə, sülh prosesinin sürətli və effektiv inkişafına mane olur. Çünki davamlı sülhə gedən yol boş bəyanatlardan deyil, bu sülhə olan təhdidlərin aradan qaldırılmasından keçir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

