Zurabişvili yenidən prezident seçiləcəkmi?
13.06.2024 [10:50]
MÜBARİZ
Qonşu Gürcüstanda böyük ajiotaja səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edildikdən sonra cəmiyyət və siyasi müxalifət gələn il keçiriləcək parlament seçkilərinə fokuslanıb. O cümlədən Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, o, ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etmir, lakin bunun üçün ilk növbədə müxalifətin 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gəlməsi lazımdır.
Dövlət başçısı bu barədə gənclərlə görüşündə bildirib. “Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, işimizi sona çatdırmaq üçün lazım olan yerdə olacağam . ...Nəticəni (parlament seçkilərinin nəticəsi - red.) müdafiə edəcək, onu Brüsselə çatdıracaq və danışıqların aparılacağına dair təsdiqi alacaq şəxs olmaq istəyirəm. Bu prezident rolunda olacaq, ya yox, gələcək göstərəcək. Hər şeyə hazıram”, - deyə Zurabişvili vurğulayıb.
Qeyd edək ki, Salome Zurabişvili 2018-ci ildə Gürcüstanın Prezidenti seçilib. Gürcüstanın növbəti prezidenti isə ümumi, ümumxalq səsverməsi ilə deyil, 300 seçici tərəfindən seçiləcək. Onların arasında parlament üzvləri və yerli hökumət nümayəndələri də olacaq. Növbəti prezident seçkiləri parlament seçkilərindən sonra baş tutacaq.
İndiki reallıqlar fonunda S. Zurabişvilinin yenidən prezident seçilməsi perspektivi asan görünmür. Məsələ burasındadır ki, hazırda Gürcüstanda bir növ Qərb-Rusiya qarşıdurması yaşanır. 2018-ci illə müqayisədə indi bu ölkədə cəmiyyətdə qütbləşmə meylləri artıb. Ötən onilliyin siyasi mənzərəsini göz önündə canlandırsaq, deyə bilərik ki, o dövrdə bu ölkəyə bir Qərb eyforiyası hakim kəsilmişdi. 2008-ci il müharibəsindən sonra Gürcüstan separatizmin baş qaldırdığı Şimali Osetiyanı və Abxaziyanı de-fakto itirdi. Gürcüstan cəmiyyəti bunun günahını Rusiyada görür. Öz növbəsində hakimiyyət də siyasətində cəmiyyətin ovqatını nəzərə almaya bilməzdi. Buna görə də hakimiyyət tərəfindən Rusiyaya münasibətdə və səsləndirilən bəyanatlarda xüsusi bir ehtiyatlılıq dərhal nəzərə çarpırdı. Rusiyadan qopmağa çalışan Gürcüstan cəmiyyəti bütünlüklə bu ölkəyə şirin vədlər verən, o cümlədən də vizasız rejimə şərait yaradan Qərbə istiqamətlənmişdi. Belə bir şəraitdə S.Zurabişvilinin 2018-ci il seçkilərində səs çoxluğu ilə qalib gəlməsi çətin olmadı.
Ancaq Qərbin dəstəyi və vədləri Gürcüstana gözlənilən xoşbəxtliyi gətirmədi. Əksinə, Qərbin təsirlərinin bu ölkənin milli maraqlarına daha ciddi təhdidlər yaratdığı üzə çıxdı. Əvvəla, onu qeyd edək ki, Avropa ölkələrinə vizasız rejimin tətbiqi Gürcüstandan əmək qabiliyyətli əhalinin, xüsusilə də gənclərin ölkədən kütləvi axınına səbəb oldu. Digər tərəfdən, Qərb dairələri yaranmış fürsətdən sui-istifadə etməklə ölkə üzrə öz agentura şəbəkəsini qurmağa nail oldu. Verilən məlumatlara görə, hazırda Gürcüstan kimi kiçik bir ölkədə təxminən on min qeyri-hökumət təşkilatı (QHT) fəaliyyət göstərir. Həmin QHT-lərə maliyyə axını isə Qərb dairələrindən gəlir. Lakin həmin dairələr Gürcüstana yalnız maliyyə vəsaitləri yönəltmir, bu vəsaitlər çoxsaylı QHT-lərə müəyyən şərtlər və tapşırıqlar qarşılığında verilir. Gürcüstan hakimiyyəti hesab edir ki, həmin şərtlər və tapşırıqlar əksər hallarda ölkənin milli maraqlarına təhdidlər yaradır. Hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyası da məhz yaranmış reallıqlardan çıxış etməklə parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” müvafiq qanunun qəbul edilməsini təkid edib və uzun mübarizədən sonra buna nail olub. Siyasi hakimiyyət ciddi nəzarət mexanizmini işə salmaqla, o cümlədən də cərimələr tətbiq etməklə Gürcüstanın milli təhlükəsizliyinə təhdidlər yaradan xarici təsirlərin qarşısını almağı hədəfləyib. Qeyd edək ki, bəhs olunan qanun layihəsinin parlamentdə müzakirələrə çıxarılması hakimiyyət daxilində də parçalanmaya yol açdı. O cümlədən Prezident S.Zurabişvili qəbul olunan qanuna veto qoydu. Ancaq sonradan parlament çoxluğu səsvermə yolu ilə Prezidentin vetosunun ləğvinnə nail oldu.
Gələn il keçiriləcək seçkilərin S.Zurabişvili üçün asan olmayacağını şərtləndirən digər bir mühüm amil isə İvanişvili komandasının cəmiyyətdə Rusiyaya yönəlik sərt ritorikanı yumşaltmağa nail olmasıdır. İndi bu ölkədə Rusiya ilə ənənəvi əlaqələrin daha geniş miqyasda bərpa edilməsinin tərəfdarları kifayət qədər çoxdur. Bu isə parlament seçkilərində siyasi müxalifətin üstünlük qazanması, son nəticədə isə S.Zurabişvilinin yenidən prezident seçilmək şanslarına təsirsiz ötüşməyəcək.
Xəbər lenti
Hamısına baxMEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03

