“Freedom House”un ənənəvi “yolu” və “balı”...
14.06.2024 [10:53]
Təşkilat Azərbaycana münasibətdə yenə ermənipərəst mövqedən çıxış etdi
Azərbaycanın yürütdüyü sabit və davamlı inkişaf xətti, dövlət maraqlarını özündə ehtiva edən siyasət kursu xarici anti-Azərbaycan dairələrini, ermənipərəst mərkəzləri açıq şəkildə narahat etməkdədir. Bunun nəticəsidir ki, “hüquq müdafiəsi” amilini özünə pərdə edərək korporativ maraqlara xidmətçilik edən bir sıra qurumlar zaman-zaman qərəzli və əsassız açıqlamaları və ya “hesabatları” ilə gündəmə gəlməyə çalışırlar. Ölkəmiz son 4 ildə bölgədə yeni siyasi-iqtisadi mənzərə yaradıb, o cümlədən, beynəlxalq aləmdə tolerantlıq məkanı kimi tanınır, mühüm beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib, ən əsası isə beynəlxalq hüquqa və demokratik prinsiplərə sədaqət nümayiş etdirir - bu fakt ermənilərin havadarı qismində çıxış edən “Freedom House” kimi özünü “demokratiya keşikçisi” qismində təqdim edən, əslində isə milli dövlətlərə qarşı səlib yürüşü aparanların “ürəyincə deyil”. Bu “hüquqçu təsisat” ölkəmizə münasibətdə hər zaman “ermənipərəst standart”dan çıxış edir. Bu dəfə də ənənəvi qərəzli yanaşmanın şahidiyik...
Təhrif, yalan, böhtan...
Belə ki, faktiki olaraq Dövlət Departamentinin strukturu sayılan “Freedom House” 100 ballıq saxta cədvəlində Azərbaycana 7 bal verib. Bunu STM-in İcra Aparatının rəhbəri Sahib Məmmədov açıqlayıb. O əlavə edib: “Bu, təxminən ölkəsində internetin, bütün sosial şəbəkələrin, alternativ medianın qadağan edildiyi ölkələrə bərabər bir reytinqdir. O ölkələrə ki, cəmi bir rəsmi dövlət tv-si var və bir neçə rəsmi qəzeti. Bu öz yerində. Bu barədə şərh vermirəm. Bu şərəfsiz təşkilat yenə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir. “Dağlıq Qarabağ” adlı subyekt göstərir və onu ayrıca qiymətləndirir. Onların qənaəti belədir ki, “Azərbaycan Dağlıq Qarabağı işğal edəndən sonra orada da vəziyyət pisləşib”.
Bəli, həm mövqe, həm yanaşma, həm də qənaət ortadadır. “Freedom House”un bu dəfəki yanaşması da şər-böhtandan uzağa getmir. Hər zaman olduğu kimi, bu dəfə də subyektivliyə, və qərəzə söykənən “hesabat”da əsl həqiqət təhrif olunur, yalan, böhtan önə çıxarılır. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi bu təşkilatı niyə bu qədər incidir - əsl sual budur...Bu barədə az sonra...
“Freedom House” öz ampluasında...
Hələlik isə bu bədnam təşkilatın Azərbaycana yaxmağa çalışdığı ləkələrin qərəzliyi və əsassızlığı məsələsinə toxunaq. Azərbaycan bütün azadlıqların təmin edildiyi, vətəndaşların hüquqlarının ən ali şəkildə qorunduğu, vətəndaş cəmiyyətinin, mətbuatın inkişafının diqqətdə saxlanıldığı azsaylı ölkələrdəndir. Azərbaycan dövlət Konstitusiyasında insan hüquq və azadlıqlarının təsbitinə ən çox yer vermiş ali sənədlər arasındadır - bizim Ana Yasamızda “Freedom House”un ciddi cəhdlə qoruduğu başqa dövlətlər kimi əsassız iddialar, təxribatçı məsələlər yer almır. Hüquqi, demokratik, dünyəvi, bir sözlə, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verilir - dövlət tərəfindən QHT-lərə, gənclər təşkilatlarına və digər qurumlara hər il maliyyə vəsaitləri ayrılır.
Qondarma “bal vermə əməliyyatı” Azərbaycana qarşı qarayaxma kampaniyalarının iflasının bariz sübutudur - çünki, Azərbaycan bütün dünyada mətbu azadlığın təmin edildiyi, azad şəkildə internetdən istifadənin mümkün olduğu dövlətlərdən biri kimi tanınır. Bu məqamlar isə “qiymətləndirmə”nin real faktlar əsasında deyil, konkret güclərin transmilli maraqlarına xidmət edən detallar əsasında tərtib edilməsini göstərir. Digər tərəfdən, dövlətimizin əldə etdiyi nailiyyətlərə, müstəqil xarici siyasət kursumuza, Qarabağın azadlığı üçün apardığımız mübarizəyə, separatizmin sona çatdırılması kimi müsbət bir presedenti formalaşdırmağımıza “ermənipərəst cavabı”n belə olması təəccüblü qarşılanmamalıdır. Bu kimi təşkilatlar beynəlxalq aləmin Azərbaycanın uğurlarına dəstək verməsindən, yeni iqtisadi-siyasi dönəmdə Azərbaycanın uğurlu təmsilçiliyindən daha da aqressivləşirlər. Beləliklə də, özlərini ifşa edirlər...
Yalan iddialar...
O ki qaldı, Qarabağla bağlı “iddia” və ya yalanlara, “Freedom House”un tutduğu yol “arxadan atılan daşa” bənzəyir. Azərbaycan 4 ilə yaxındır ki, özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bütün dünya, beynəlxalq aləm hüquqi və tarixi ədalətin bərpasını - Qarabağın erməni işğalından azad edilməsini, separatizmdən qurtulmasını dəstəkləyib. Azərbaycan atdığı bütün addımlarda, apardığı bütün siyasi fəaliyyətdə yalnız və yalnız beynəlxalq hüquqa əsaslanıb. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur - Qarabağ iqtisadi rayonu var. “Freedom House” kimi bütün kartları açılmış “təşkilatların” nəyi necə adlandırması isə heç nəyi dəyişmir.
Yaxşı olardı ki, Azərbaycana münasibətdə ikili standartlara müraciət edən təşkilat öz hesabatlarında Ermənistanla bağlı həqiqətləri əks etdirərdi. Bu ölkənin Konstitusiyasında Azərbaycanın ərazilərinə qanunsuz və əsassız iddialar yer almaqdadır. 30 ilə yaxın bölgədə sabitliyə təhdid olan Ermənistan bu gün də yalançı iddialarından əl çəkmək istəmir və regionda əbədi sülhün formalaşmasına maneçilik törədir. Yaxşı olardı ki, “Freedom House” beynəlxalq hüquq müdafiəçisi qismində bu amilə diqqət yetirərdi.
Amma görünən budur ki, ermənipərəst maraqların əsirinə çevrilmiş “Freedom House” da digər anti-Azərbaycan mərkəzlər, hətta dövlətlər kimi ölkəmizə qarşı şər-böhtandan əl çəkmək niyyətində deyil. Bu təşkilat unudur ki, Azərbaycanı bu kimi yalanlarla və ya qərəzlərlə tutduğu ədalətli yoldan çəkindirmək mümkün deyil. Ortada bir fakt var - bu kimi addımlarla, “ öz imicini erməni maraqlarına qurban verməklə “Freedom House heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir qurum olduğunu bir daha nümayiş etdirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

