Bakıda diplomatik akademiyaların 40-cı Ümumdünya Forumu işə başlayıb
28.09.2012 [16:41]
AzərTAc xəbər verir ki, tədbiri açan ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Akademiyanın yeni tədris kompleksi barədə məlumat verib. Rektor bildirib ki, bu kompleksdə tədris prosesi yeni metodlarla aparılır. Regionda ilk dəfə olaraq bu tədris kompleksində alternativ enerji mənbələrindən istifadə olunur. Azərbaycan neft və qazla zəngin ölkə olsa da, biz alternativ enerjini inkişaf etdirmək niyyətindəyik. Çünki bu, gələcəyə bir töhfədir. Kompleksdə energetika və ətraf mühitlə bağlı yeni mərkəz açılıb.
Fəaliyyətə başladığı dövrdən sürətlə inkişafda olan Akademiyanın beynəlxalq əlaqələrini genişləndirdiyini vurğulayan Hafiz Paşayev ADA-nın dünyanın başqa diplomatik akademiyaları ilə bir çox sahələrdə, o cümlədən alternativ enerji sahəsində də fəal əməkdaşlıq etdiyini deyib. Bildirilib ki, ADA bir çox proqram və layihələr həyata keçirməklə öz fəaliyyətini durmadan genişləndirir.
Corctaun Universitetinin Diplomatiya Araşdırmaları İnstitutunun direktoru Paula Nyuberq Azərbaycan Diplomatik Akademiyasının müasir tələblərə cavab verən yeni tədris kompleksində belə mühüm tədbirin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu bildirib.
Vyana Diplomatik Akademiyasının direktor köməkçisi Nadya Vozoniq çıxış edərək diplomatların, Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının, gənc professorların bu sahədəki fikirlərinin öyrənilməsi, eləcə də beynəlxalq münasibətlər və beynəlxalq biznes sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından Forumun əhəmiyyətini vurğulayıb.
ADA-nın prorektoru Fariz İsmayılzadə çıxışında Akademiyanın sürətli inkişaf yolundan və beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, ildən-ilə inkişaf edən bu təhsil ocağında 2009-cu ildən tədris proqramının genişləndirilməsinə və “Beynəlxalq əlaqələr və diplomatiya” sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılıb. 2011-ci ildən etibarən isə “Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər” üzrə bakalavr ixtisasları yaradılıb. Ən müasir tələblərə cavab verən Akademiyada hazırda 19 ölkədən olan tələbələr də təhsil alır.
Forumun əhəmiyyətindən danışan F.İsmayılzadə iştirakçılara tədbirin gündəliyi və müzakirə olunacaq mövzularla bağlı məlumat verib.
Sonra Forum işini panel iclaslarında davam etdirib.
Moderatoru ADA-nın müəllimi Kavus Abuşov olan “Kiçik dövlətlərin diplomatiyası” mövzusundakı birinci panel iclasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Xorvatiya Diplomatik Akademiyasının rektoru, səfir Mladen Adrliç və Belçikanın Avropa Kollecinin professoru Siqlind Gstöhl qloballaşmanın hazırkı kontekstində kiçik dövlətlərin üzləşdiyi çağırışları, qlobal iqtisadiyyata və siyasi institutlara inteqrasiya olunarkən, eyni zamanda, milli suverenliyi və mədəni dəyərləri qorumaq cəhdləri məsələlərini müzakirə ediblər.
“Enerji və ətraf mühit diplomatiyası” mövzusundakı ikinci panel iclasının moderatoru ADA-nın Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzinin rəhbəri, professor Elnur Soltanov, çıxış edənlər isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia olublar. Bu panel iclasında dövlətlərin xarici siyasətində enerjinin rolu vurğulanıb, həmçinin beynəlxalq aləmdə iqlim dəyişikləri və ətraf mühit məsələlərinin artan əhəmiyyəti önə çəkilib, bu istiqamətdə müzakirələr aparılıb.
Forum işini bu gün “Dünya siyasətində dəyişikliklərin mənzərəsi” və “Regional təşkilatların diplomatiyasının inkişafı” mövzularındakı panel iclasları ilə davam etdirəcək.
1972-ci ildə təsis olunmuş Foruma Vyana Diplomatik Akademiyası (Avstriya) və Corctaun Universiteti (ABŞ) həmsədrlik edirlər. Ötən il bu tədbir ABŞ-ın Boston şəhərində keçirilib. Növbəti il isə Forumun Serbiyanın Belqrad şəhərində keçirilməsi gözlənilir. ADA 2007-ci ildən Forumun fəal iştirakçısıdır.
“Diplomatik təlim üzrə beynəlxalq Forum” adlanan bu toplantının mövzusu “XXI əsrdə diplomatik təlim: Təcrübə mübadiləsi və yeni çağırışların görüşməsi”dir. Forumda 60 ölkənin diplomatik təhsil verən ali məktəblərinin 90-dan artıq rektor və dekanı iştirak edir. Tədbirdə diplomatik təlim, qlobal siyasi məsələlər və onların müasir təhsilə təsiri müzakirə olunur. Mövzular arasında enerji diplomatiyası, kiçik ölkələrin diplomatiyası, qlobal siyasi dəyişikliklər, regional təşkilatların inkişafı və ekoloji məsələlər var.
Forum sentyabrın 30-dək davam edəcək. Tədbirin sonunda ADA ilə Perunun, Qətərin, Koreya Respublikasının, Mərakeşin, Macarıstanın və Serbiyanın diplomatik akademiyaları arasında əməkdaşlıq sazişləri imzalanacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

