Baş nazir NATO-nun Baş katibi olacaq
22.06.2024 [10:40]
Alyansın 32 üzv dövləti Mark Ruttenin baş katib vəzifəsinə namizədliyini dəstəkləyib
Dünyanın aparıcı hərbi ittifaqı sayılan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti bu ilin sentyabrında başa çatacaq. 2014-cü il oktyabrın 1-dən Alyansa rəhbərlik edən Stoltenberq Norveç nümayəndəsi kimi iki seçki dönəmində quruma rəhbərlik edib. Xatırladaq ki, baş katib Şimali Atlantika Müqaviləsi Təşkilatının ən yüksəkvəzifəli şəxsi sayılır və təşkilatın işinin əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Qurumda baş katib postunu ənənəvi olaraq avropalılar daşıyır. Bu strukturlaşma ABŞ-ın NATO-dakı təsirini balanslaşdırmağa hesablanıb. Belə ki, Alyansda ən yüksək hərbi vəzifə sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması da xahiş oluna bilər.
Stoltenberqin də səlahiyyət müddəti iki dəfə uzadılıb. 2022-ci ildə müddəti başa çatdıqda Ukrayna böhranı ilə əlaqədar daha bir il vəzifəsini icra edib. Ötən ilin avqustunda müttəfiqlər onun vəzifədə qalma müddətini daha bir il - 2024-cü ilin oktyabrına qədər uzatmaq qərarına gəlmişdilər. “Mənim üçün şərəfdir ki, NATO üzrə müttəfiqlər səlahiyyət müddətimi 1 oktyabr 2024-cü ilə qədər uzatmaq qərarı veriblər”, - deyə Stoltenberq o zaman bildirmişdi.
Qeyd edək ki, daha əvvəl alyansın başçısı postuna namizədlərdən Danimarkanın baş naziri Mette Frederediksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uelles və İspaniyanın baş naziri Pedro Sançes alyansa üzv olan ölkələrin tam dəstəyini qazana bilməmişdilər. Ötən il Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin də NATO-nun baş katibi vəzifəsinə namizəd olacağı barədə məlumatlar yayılmışdı. Lakin bu il fevralın 19-da xanım Lyayen Avropa Komissiyasının sədri vəzifəsi üçün ikinci müddətə namizədliyini elan edib.
Alyansın rəhbəri vəzifəsinə iddialı namizədlərdən birinin də Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson olduğu bildirilirdi. Hələ 2022-ci ilin avqustunda Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti yazmışdı ki, NATO-nun hazırkı başçısı Yens Stoltenberq vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın Baş naziri postundan istefa verən Boris Conson alyansın növbəti baş katibi ola bilər. Boris Consonun özü isə bu posta namizəd olacağını ötən ilin fevralında bəyan etmişdi. O, NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürməsini belə açıqlamışdı: “Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”. Amma Yens Stoltenberqin səlahiyyət müddətinin uzadılması səbəbindən ötən il alyansa yeni rəhbər seçilmədi.
Bu ilin mart ayında isə Rumıniya Prezidenti Klaus Yohannis NATO-nun Baş katibi vəzifəsinə namizəd olacağını bəyan etdi. Dövlət başçısı brifinqdə bildirib ki, Rumıniya Prezidenti kimi iki mandat zamanı əldə etdiyi təcrübəni nəzərə alaraq Alyansın, həm də Avropanın üzləşdiyi problemləri dərindən dərk edərək bu qərarı qəbul edib.
Lakin adı çəkilənlərdən heç biri NATO Baş katibi vəzifəsinə yetərli dəstək ala bilmədi. Alyansın yeni Baş katibi Niderlandın Baş naziri Mark Rutte olacaq. Belə ki, artıq NATO-nun bütün 32 ölkəsi Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb. Yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində reallaşacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək. Bir müddət əvvəl Rumıniya Prezidenti Klaus İohannis də NATO-nun baş katibi postuna namizədliyini Mark Ruttenin xeyrinə geri götürmüşdü. Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-ın da NATO-nun növbəti ?aş katibi postunda Niderlandın Baş naziri Mark Rutteni görmək istədiyini bildirib.
Qeyd edək ki, Mark Rutte 1967-ci il fevralın 14-də Haaqada anadan olub. O, siyasi karyerasına hələ 2002-ci ildə başlayıb. Daha sonra o, Sosial Məsələlər və Məşğulluq üzrə Dövlət Katibi vəzifəsinə təyin edilib, burada Rutte sosial təminat, maliyyə yardımı və iş şəraitinə cavabdeh olub. Hökumət istefa verəndən sonra deputat olub, sonra yenidən bu vəzifəyə təyin olunub. 2006-cı ilin mayından 2023-cü ilin avqustuna qədər Rutte Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri olub. O, 2010-cu ilin oktyabrından etibarən 14 il Niderlandın Baş naziri vəzifəsini daşıyıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35

