Seçkilər ikinci tura qaldı
02.07.2024 [11:00]
Birinci turda Pezeşkianın qələbə qazanması Ermənistanı narahat edib
İyunun 28-də İran İslam Respublikasında baş tutan növbədənkənar prezident seçkiləri gərgin mübarizə şəraitində keçdi. Bəzi siyasi analitiklər seçkinin nəticələrini gözlənilməz saysa da, birinci turda qələbə qazanan “islahatçı namizəd” Məsud Pezeşkian seçkiyə qədərki bütün sorğularda yüksək faizlə öndə olmuşdu. Qeyd edək ki, seçkinin nəticələrinə görə, 24 milyon 535 min 185 səs hesablandıqdan sonra Pezeşkian 10 milyon 415 min 991 səs, Cəlili 9 milyon 473 min 298 səs toplayıb, digər namizəd Məhəmməd Bağer Qalibaf isə 3 milyon 383 min 340 səs toplayıb.
İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib ki, 14-cü prezident seçkilərinin ikinci turu iyulun 5-də keçiriləcək. İkinci turda mübarizə Məsud Pezeşkian və Səid Cəlili arasında gedəcək. İki namizəd arasındakı “deulə” qədər isə teledebatlar baş tutacaq.
Xatırladaq ki, seçkilərin birinci turunda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalı idi - heç bir namizəd bu baryeri aşa bilmədiyi üçün seçki ikinci tura qalır. Digər namizədlər isə artıq ikinci turda mübarizədən kənarda qalacaq. Düzdür, birinci turda Pezeşkian açıq üstünlük qazansa da, bu qalibiyyətini ikinci turda da reallaşdırması çətin olacaq. Çünki birinci turda məğlub olan digər namizədlər - parlament sədri Məhəmmədbağır Qalibaf və sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi Cəlilini dəstəkləyir. Hətta seçkiyə qədər namizədliyi qeydə alınmış, sonradan marafondan könüllü şəkildə çəkilmiş digər iki namizəd - Əmir Hüseyin Qazizadə-Haşimi və Tehran meri Əlirza Zəkani də öz namizədliklərini məhz mühafizəkar namizədlərin lehinə geri çəkdiklərini bəyan etmişdilər.
Vurğulayaq ki, hazırda İran prezidentliyinə namizəd olan əslən azərbaycanlı Məsud Pezeşkiyan 1954-cü ildə İranın Mahabad vilayətində doğulub. Tibbi təhsilə malik Pezeşkian Təbriz Tibb Elmləri Universitetinin rektoru olub. İslahatçı prezident Məhəmməd Hatəminin birinci prezidentliyi dövründə səhiyyə nazirinin müavini, ikinci dövründə isə səhiyyə naziri postunu tutan Pezeşkian bir sıra addımları ilə şöhrət qazanıb. Xüsusilə, kəndlərdə tibb xidmətlərinin yaxşılaşdırılması ilə bağlı layihələri onun hazırki qələbəsinin əsas təməli sayılır. Qeyd edək ki, bəzi keçmiş İran siyasətçiləri - Əli Laricani, Cavad Zərif və Məhəmməd Hatəmi bu seçkilərdə Pezeşkianı dəstəklədiklərini bildiriblər.
Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlili isə digər namizədlərin də favoritinə çerilib. 1965-ci ildə Məşhəddə doğulan Cəlili siyasi elmlər üzrə təhsil alıb. O, İranın ali dini liderinin ofisində çalışıb. Hazırda Məsləhət Şurasının üzvüdür. Bundan öncə də dövlət başçısı olmaq uğrunda mübarizə aparan Cəlili bütün hallarda məğlub olub - Rəisinin seçildiyi 2021-ci il seçkilərində namizədliyini mərhum dövlət başçısının xeyrinə geri götürüb.
Yeri gəlmişkən, İrandakı seçki prosesi Ermənistanda da ciddi şəkildə izlənilir. Birinci turda azərbaycanlı əsilli namizədin qələbə qazanması sosial şəbəkələrdə geniş müzakirə edilir - Pezeşkianın ikinci turda da qələbə qazanacağını Ermənistan cəmiyyəti özü üçün “faciə” sayıb. Hətta erməni əsilli iranlı ekspert Janna Vardanyan bildirib ki, Məsud Pezeşkianın qələbəsi Ermənistan üçün arzuolunmazdır. O deyib ki, İranın islahatçı qanadına aid olan M. Pezeşkian etnik azərbaycanlıdır və o, keçmişdə bir sıra anti-erməni bəyanatlar verib. Janna Vardanyan deyib ki, Pezeşkian Qarabağ münaqişəsi kontekstində hər zaman Azərbaycanı dəstəkləyib: “Ermənistan üçün hazırkı seçkilər, o cümlədən Pezeşkianın etnik mənşəyini nəzərə almaqla, vacibdir. Yarışın favoritlərindən biri azərbaycanlıdır ki, bunu özü də gizlətmir. Siyasətçi dəfələrlə kifayət qədər problemli və ziddiyyətli bəyanatlar verib ki, bu da İranda bir çoxlarının onu separatçı istəklərdə və hətta pantürkist ideyaları müdafiə etməkdə ittiham etməsinə səbəb olub. Bundan əlavə, Pezeşkian seçki kampaniyası zamanı dəfələrlə etnik kart oynayıb, türkdilli qruplara kifayət qədər loyal bəyanatlar verib, Şərqi Azərbaycan vilayətində türk məktəblərinin açılmasına çağırıb və s. Pezeşkian deputat olarkən bir neçə dəfə, o cümlədən Qarabağ münaqişəsi kontekstində ermənilər əleyhinə bəyanatlar verib. Bu baxımdan bu siyasətçinin seçkilərdə qalib gəlməsi erməni tərəfi üçün arzuolunmaz ssenaridir”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

