Qərəzli müxalifət mətbuatının daha bir yalanı ifşa olundu...
06.10.2012 [16:52]
Son günlər bəzi mətbuat orqanlarında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla bağlı reallığa uyğun olmayan, əsassız və qərəzli məlumatlar yayımlanmaqdadır. Həmin xəbərlərdə iddia olunur ki, guya Yaqub Eyyubovun yaxın qohumlarından biri Qazaxıstanda erməni millətindən olan biri ilə ailə qurub. Həmçinin, qərəzli şəkildə bildirilir ki, həmin toy mərasiminə Yaqub Eyyubovla yanaşı, daha bir neçə yüksək rütbəli məmur da qatılıb. Lakin apardığımız qısa araşdırma zamanı bir daha bəlli oldu ki, qərəzli dairələrin və radikal müxalifətin nəzarətində olan mətbuat orqanları siyasi maraqlar prizmasından ortaya bu cür çirkin iddialar atıblar. Əslində həmin fikirlərin heç bir əsası yoxdur, bu, fiksiyadır.
Toy iddiası tamamilə cəfəngiyatdır, siyasi sifarişdir...
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Yaqub Eyyubovun oğlu Emin Eyyubov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin olunub. Bunu həzm edə bilməyən bəzi maraqlı qruplar isə Yaqub Eyyubova qarşı qarayaxma kampaniyası həyata keçirməyə cəhd göstəriblər və bu məqsədlə də sözügedən cəfəngiyatları ortaya atıblar. Bu cür əsası olmayan məlumatlar əsasında gündəm yaratmağa cəhd göstərən radikal müxalifətin nəzarətindəki mətbuat da qərəzliliyin dərəcəsini artırmaqla, təxribata yol verib, birtərəfli şəkildə məlumatı yaymaqla, həmin qərəzli dairələrin siyasi sifarişinin icraçısına çevrilib. Amma araşdırmalar zamanı bəlli olub ki, məsələ heç də iddia olunduğu kimi deyilmiş.
Əslində, Yaqub Eyyubovun qohumu erməni ilə deyil, əsil-nəcabətli, ziyalı azərbaycanlı ailəsinin nümayəndəsilə evlənib. Həmin toyda isə nəinki, dövlət məmurları, heç Yaqub Eyyubovun özü də ezamiyyətdə olması ilə əlaqədar iştirak edə bilməyib.
Toyu olmuş şəxslərin yaxınlarının gətirdiyi faktlar isə toyla bağlı iddiaların fiksiya olduğunu üzə çıxarıb. Yəni, bildirilib ki, ümumiyyətlə, sözügedən toy mərasimi Qazaxıstanda deyil, Azərbaycanda baş tutub.
Hətta, əsassız şəkildə yazılmış yazıda iddia olunur ki, toy bu yaxınlarda olub. Lakin araşdırma zamanı aydın olub ki, həmin ailənin hazırda 7 yaşlı övladı da var.
Rey Kərimoğlu da ifşa edildi...
Əlavə edək ki, “Yeni Müsavat” qəzetinin 30 sentyabr 2012-ci il tarixli sayında da Yaqub Eyyubovla bağlı qərəzli material dərc olunub. Həmin yazıda iddia olunub ki, guya Baş nazirin müavini Rey Kərimoğlunu təhqir edib və hədələyib.
Əslində isə vəziyyət tamamilə fərqli olub. Sözügedən məsələni bilən şəxslərlə də apardığımız söhbətlər zamanı bildirilib ki, doğrudur, o zaman Yaqub Eyyubov Rey Kərimoğlunu Badamdardakı bağ evinə aparıb, hətta, mərhum anası Nəcəfova Gülzar Mehralı qızının sənədlərini də ona göstərib. Həmin vaxt isə Yaqub Eyyubov tərəfindən Rey Kərimoğluna qarşı hər hansı təhqiramiz hərəkətə yol verilməyib və o, təhdid edilməyib.
Beləliklə də aydınlaşır ki, Rey Kərimoğlu Yaqub Eyyubovun anasının adını, soyadını və atasının adını öz gözlərilə görüb. Amma sonradan yenidən “Gülzar onun analığıdır” yazmaqla Yaqub Eyyubova qarşı olan qərəzini ortaya qoyub.
Bir sözlə, ənənəsinə sadiq qalan müxalifət mətbuatı qəzetlərinin tirajını artırmaq məqsədilə daim bu cür əsassız, ictimai rezonans doğuran materiallar dərc edir. Lakin sonradan həmin məlumatların yalan olması faktı üzə çıxarkən, demokratiya və söz azadlığı çətiri altında gizlənərək, məsuliyyətdən boyun qaçırmağa çalışır. Ümid edirik ki, demokratikləşən və modernləşən Azərbaycanda müxalifət mətbuatı bundan sonra siyasi sifarişləri yerinə yetirən rupor olmayacaq, qərəzli materiallar dərc etməyəcək. Çünki, mətbuatın əsas funksiyası cəmiyyəti düzgün informasiya ilə təmin etməkdir...
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

