QAİ Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə çağırıb
22.07.2024 [11:05]
Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada 2-ci Qlobal Media Forumunda etdiyi çıxışında Qərbi Azərbaycan mövzusunu müfəssəl şəkildə təqdim etməsinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna verdiyi birmənalı dəstəyə görə dərindən təşəkkür edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilib.
Bəyanatda, eyni zamanda, bildirilir: "Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Xatırladaq ki, Rusiya İmperiyasında 1897-ci ildə aparılmış əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə, azərbaycanlılar indiki Ermənistan ərazisində çoxluq təşkil edirdilər. Həmin dövrdə Cənubi Qafqazdakı azərbaycanlı əhalinin 25 faizi, o cümlədən, onların qeydiyyata alınmış məscidlərinin 30 faizi məhz indiki Ermənistan ərazisində idi. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların 300-ə yaxın məscidi, çoxsaylı qəbiristanlıqları və digər mədəni abidələri yer üzündən silinib. Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Onlar öz evlərini qətliam, qorxu mühitinin yaradılması və dövlət orqanlarının zor tətbiq etməsi nəticəsində tərk etməli olublar. Xaricdən ermənilərin gətirilməsi üçün 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya edilməsi və onların çoxunun fərqli iqlim şərtlərinə dözməyib həlak olması Qərbi azərbaycanlıların taleyinin faciəvi səhifələrindən biridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırır.
Həmçinin özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququna münasibətdə biganəliklərinə və bu mövzuda ayrı-seçkiliyə son qoymalıdırlar".
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

