Eks-prokuror canilərə azadlıq istəyir..
03.08.2024 [10:55]
İşğalçı Ermənistanın və bu ölkənin xaricdəki havadarlarının respublikamıza qarşı qərəzlə yoğrulmuş koordinasiyalı fəaliyyətlərini müxtəlif qarayaxma kampaniyaları üzərindən həyata keçirmələri artıq bir ənənə halını alıb. Belə qarayaxma kampaniyalarına bir qayda olaraq mühüm beynəlxalq tədbirlər ərəfəsində start verilir. Bununla ermənilər və onların xaricdəki Luis Okampo kimi havadarları daha çox “populyarlıq” və “beynəlxalq dəstək” qazanmağa cəhdlər göstərirlər. Təbii ki, belə cəhdlər uğursuzluqla nəticələnir. Çünki qaraguruhun təbliğatı reallığı əks etdirmir, cəfəng erməni iddiaları üzərində qurulur.
Okamponun COP29 ərəfəsində qaldırdığı hay-küy
Hər zaman dünyanın gələcəyi naminə xoş məramdan çıxış edən və qlobal həmrəyliyin gücləndirilməsinə davamlı töhfələr verən Azərbaycan cari ilin noyabrında COP29 konfransına ev sahibliyi edəcək. Hazırda çox aktual olan iqlim çağırışlarının müzakirə olunacağı bu konfrans BMT-nin ən mühüm tədbirlərindən biridir. Tədbirə çoxsaylı qonaqlar, o cümlədən də ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları qatılacaqlar. Konfransın gündəliyi qlobal istiləşmənin fəsadları, kiçik ada dövlətlərinin mövcudluq problemi, maliyyələşmə və bu kimi ciddi məsələləri əhatə edir. Bir sözlə, artıq xeyli müddətdir ki, Bakının ev sahibliyi edəcəyi COP29 dünyanın diqqət mərkəzindədir və ölkəmiz bir növ beynəlxalq birliyin ümid yerinə çevrilib. Belə bir mühüm tədbir ərəfəsində xaricdə erməni lobbisinin formalaşdırdığı Azərbaycanofob qaraguruh yenidən fəallaşıb. Həmin garaguruhda yer alanlardan biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okampodur. Adı Qərbdə respublikamıza qarşı qərəzli davranışlar nümayiş etdirənlərin siyahısında ön sıralarda gələn Luis Moreno Okampo bu günlərdə yenidən fəallaşıb. O, aldığı sifarişlər əsasında dünya ermənilərinə noyabrda Azərbaycanda keçiriləcək COP29-a qarşı kampaniyaya başlamağa çağırış edib. “Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdıqca Ermənistanda bəzi dairələr, erməni diasporu, Qərb ölkələrində Luis Okampo kimi irqçilər “Bakıda saxlanılan ermənilərin azad edilməsi” ilə bağlı hay-küy kampaniyasına başlamışlar”, - deyə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Ermənistana zəruri xatırlatmalar
Ermənistan işğalçı dövlətdir. Bu ölkə təxminən otuz il ərzində Azərbaycanın ərazilərinin 20 faizini öz nəzarəti altında saxlayıb, bir milyondan artıq soydaşımızı doğma ev-eşiyindən didərgin salıb. İşğal altında qalan ərazilərimizdə onilliklər boyunca ermənilər tərəfindən ağlasığmaz vandalizm əməlləri törədilib - şəhər və kəndlərimiz, tarixi mədəni-dini abidələrimiz dağıdılıb, təbii sərvətlərimiz talanıb, meşə fondumuz qırılıb, çaylarımız hədsiz dərəcədə çirkləndirilib. Erməni qaniçənləri tərəfindən Xocalı soyqırımı törədilib. Münaqişənin davam etdiyi illərdə Ermənistana məxsus silahlı qüvvələr bir qayda olaraq yaşayış məntəqələrini, dinc insanları atəşə tutub, ən ağlasığmaz yerlərdə çoxsaylı minalar basdırblar ki, bunlar da ağır müharibə cinayətləridir. Postmüharibə dövründə Azərbaycana yönəlik qərəzli açıqlamalarla çıxış edən Ermənistan öz cinayətlərini niyə unudur? Bəyanatda işğalçı ölkəyə zəruri xatırlatmalar edilib. Sənəddə oxuyuruq: “Özünü “tolerant” hesab edən Ermənistan cəmiyyəti, insan hüquqlarından, dəyərlərdən dəm vuran həmin dairələr, ilk növbədə, Ermənistan hakimiyyətinə 30 il ərzində Azərbaycan ərazilərini nə üçün işğal altında saxladıqları barədə sual verməli, işğala görə üzr istəməyi tələb etməli, bununla bağlı ictimai müzakirələrə başlamalı, 4000-ə qədər azərbaycanlı itkinin taleyinin müəyyənləşdirilməsinə çağırmalıdırlar.
Açıq internet resurslarında Ermənistan ordusunun xüsusilə Birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən çoxlu foto və videolar var. Erməni cəmiyyəti, ilk növbədə, öz hakimiyyətindən, “müstəqil məhkəmə sistemi”ndən həmin hərbçilərin, sahə komandirlərinin cəzalandırılmasını tələb etməli idi”.
Ermənilər milli müstəsnalıq hüququna malikdirlərmi?
Adı çoxsaylı korrupsiya qalmaqallarında hallanan sabiq baş prokuror Luis Moreno Okamponun Bakıda saxlanılan separatçılara azadlıq istəməsi, bu məqsədlə çirkin kampaniyaya başlamasının heç bir məntiqi izahı yoxdur. “Bütün bunların baş vermədiyi təqdirdə, “Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları qeyri-səmimilikdən, cığallıqdan, milli müstəsnalığın təbliğindən, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək Azərbaycana qarşı çirkin təbliğatdan başqa bir şey deyil”, - deyə Qərbi Azərbaycan İcmasının Bəyanatında bildirilir.
Sabiq baş prokurorun erməni separatçılarının azadlığa buraxılması məqsədilə kampaniyaya başlaması onun bütövlükdə beynəlxalq hüquq sisteminə, yumşaq desək, arxa çevirməsi anlamına gəlir. Bakıda saxlanılan separatçıların siyahısına nəzər salaq:
Ruben Vardanyan - qondarma rejimin keçmiş “dövlət naziri”,
Araik Arutyunyan - separaçı rejimin keçmiş “rəhbəri”,
Bako Saakyan - separatçı rejimin keçmiş “rəhbəri”,
Arkadi Qukasyan - separatçı rejimin keçmiş “rəhbəri”,
David İşxanyan - uydurma parlamentin “sədri”,
David Babayan - uydurma rejimin keçmiş “xarici işlər naziri”,
Levon Mnatsakanyan - uydurma rejimin keçmiş “müdafiə naziri”,
David Manukyan - uydurma rejimin “müdafiə nazirinin keçmiş müavini”,
Vaqif Xaçaturyan- Xocalı qatili (68 yaşlı bu şəxs artıq məhkəmə qərarı ilə15 il müddətinə həbs edilib),
Rəşid Beqlaryan- Xocalı qatili (61 yaş),
Mədət Babayan- Xocalı qatili (71 yaş),
Vigen Eulcekçyan - (43 yaş).
Adları çəkilən separatçıların əməlləri hər kəsə bəllidir. Onlar Azərbaycana qarşı dövləti cinayət törədiblər. Bundan başqa onlardan bir çoxunun qanlı cinayətlərdə iştirakı təsdiqlənib. Separaçı rejimin keçmiş “rəhbəri” Araik Arutyunyan Azərbaycan şəhərlərinə raketlərdən atəş açmaq əmrini şəxsən verdiyini özü etiraf edib. Bütün bunlardan sonra separatçıların cəzalarını çəkmədən azadlığa çıxmaları mümkündürmü? Əsla! Zamanında separatçılar Bakıya çay içməyə gələcəklərini və yaxud tanklarını paytaxtımızadək sürəcəklərini bildirirdilər. İndi onlar tankları ilə birlikdə arzuladıqları ünvandadırlar. Fərq ondadır ki, tankları qənimət kimi, özləri isə cinayətkarlar kimi Bakıya gətiriliblər. Cinayətkarların yeri isə dəmir barmaqlıqların arxasıdır. İndi onlar layiq olduqları yerdə oturub layiq olduqları cəzalarını gözləyirlər. Okampoların ucuz kampaniyaları isə heç nəyə yaramır və heç nəyi dəyişməyəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

