Azərbaycan xalqı prezident seçkilərində özünün yeganə namizədi kimi cənab İlham Əliyevi görür
25.12.2012 [15:55]
Əli Əhmədov: Prezident seçkiləri Yeni Azərbaycan Partiyasının və partiyamızın Sədri İlham Əliyevin növbəti böyük qələbəsi olacaq
“Azərbaycan 2013-cü ilə indiyədək qazandığımız uğurlar əsasında daxil olur. Bu inam üçün kifayət qədər ciddi əsaslar var. Həm iqtisadiyyatın inkişaf etdirilməsi, həm insanların rifahının yüksəlməsi, həm də ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü ilin böyük layihələr və böyük nailiyyətlər ili olacağına dərindən inanırıq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
2013-cü ilin ölkəmizdə növbəti prezident seçkiləri ili olacağını deyən Əli Əhmədov bildirib ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin ümumi rəyi artıq qəti şəkildə ifadə edilməkdədir. Onun sözlərinə görə, həm YAP, həm də bütün Azərbaycan xalqı 2013-cü il prezident seçkilərində özünün yeganə namizədi kimi cənab İlham Əliyevi görür.
“Hesab edirəm ki, belə bir rəyin qəti şəkildə formalaşmasının ciddi əsasları var. Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçib, iqtisadiyyatımız sürətlə inkişaf edib, bu illər ərzində beynəlxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazanıb. İqtisadi yüksəliş nəticəsində insanların rifahında çox ciddi dəyişikliklər baş verib, yoxsulluq həddinin 49 faizdən 7 faizə qədər aşağı salınması, 1 milyondan çox yeni iş yerlərinin açılması insanlarımızın rifahının köklü surətdə dəyişməsinə səbəb olub. Azərbaycanın modernləşməsi, yeniləşməsi, iqtisadiyyatdan başlamış həyatın bütün sferalarında yeni texnologiyaların tətbiq edilməsi Prezident İlham Əliyevin siyasətinin çox mühüm nailiyyətlərindəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəticəsində bölgələrin sürətli inkişafı, simasının dəyişməsi, çoxlu iş yerlərinin açılması bütövlükdə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi dövründə yüksəlişinin ayrı-ayrı səhifələridir. Bu, ümumilikdə Azərbaycanın müasir həyatının yeni mənzərəsinin formalaşmasına gətirib çıxarıb. Bütün bu reallıqlar, o cümlədən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, mövqelərinin güclənməsi, çox əhəmiyyətli beynəlxalq layihələrdə Azərbaycanın həlledici iştirakçı kimi çıxış etməsi və s. addımlar vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətini formalaşdırıb” – deyə, YAP-ın İcra katibi bildirib.
Əli Əhmədov qeyd edib ki, bu münasibət qəti şəkildə Azərbaycan vətəndaşlarının 2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi ilə əlaqədar mövqeyini formalaşdırıb. Onun sözlərinə görə, Azərbaycan xalqının mövqeyi bundan ibarətdir ki, Prezident İlham Əliyevin növbəti beş ildə ölkəmizə başçılıq etməsi ötən illər ərzində Onun rəhbərliyi ilə sürətli inkişafımızın növbəti beş ildə də davam etməsi deməkdir.
“Bütün bunlara görə, Azərbaycan vətəndaşları növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini qəti şəkildə özləri üçün müəyyən ediblər. İnanıram ki, 2013-cü ilin prezident seçkiləri Azərbaycan vətəndaşlarının yüksək fəallığı ilə, demokratik ab-havada keçiriləcək. Hesab edirəm ki, bu seçki Yeni Azərbaycan Partiyasının və partiyamızın Sədri İlham Əliyevin növbəti böyük qələbəsi olacaq. Eyni zamanda, bu seçki bütövlükdə xalqımızın qələbəsi kimi 2013-cü ilin siyasi tarixinin səhifəsi kimi yadda qalacaq” – deyə, YAP Sədrinin müavini vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

