Tanınmış ingiltərəli jurnalist Pol Stil Qəbələdəki piano fabrikinin onu valeh etdiyini yazır
30.12.2012 [13:27]
Böyük Britaniyanın “baldhiker.com” saytının yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin Qəbələyə səfəri ilə bağlı yazdığı silsilə məqalələrdən biri də burada fəaliyyət göstərən “Beltmann” piano fabriki haqqındadır.
“Baldhiker.com” saytında yerləşdirdiyi məqaləsində Pol Stil yazır: “Azərbaycanın gözəl Qəbələ şəhərinə səfərimin hər günü bir-birindən maraqlı keçdi. Şəhərdə olduğum hər yer məni heyrətləndirdi.
Səfər zamanı mən Qəbələdəki “Beltmann” piano fabriki ilə də tanış oldum. Digər gördüyüm maraqlı yerlər kimi, bu fabriklə də bağlı təəssüratım belə oldu: Nadir, valehedici və fərəhləndirici”.
İngiltərəli jurnalist yazır: “Fabrikin qapısında məni müəssisənin baş dizayneri holland Hans Leferink qarşıladı. Müəssisənin yaranma tarixi ilə maraqlandım. Mənə məlumat verildi ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu “Beltmann” piano fabriki 1983-cü ildə Almaniyaya köçürülmüş və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərmişdir. 2008-ci ildə yeni “Beltmann” piano fabrikinin yaradılması ideyası yaranmış və həmin il Qəbələdə müəssisənin inşasına başlanılmışdır. 2009-cu ildə isə fabrikdə üç pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalının əsası qoyulmuşdur. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki bu fabrikdə istehsal olunur. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Mən müəssisədə istehsal prosesini izlədim. Pianoların hazırlanmasında nə qədər incəliyin olduğunu görmək həqiqətən çox maraqlı idi. Keyfiyyətli pianolar hazırlamaq üçün hər bir incəliyə xüsusi diqqət yetirilir. Maraqlısı budur ki, müəssisədə Qəbələnin yerli sakinləri işləyirlər. Piano istehsalı üçün istifadə olunan materialların yüksək keyfiyyəti də diqqətimdən yayınmadı. Etiraf edim ki, həyatımda bu cür mənzərənin şahidi olmamışdım. Ona görə də mən istehsal prosesini çox böyük heyranlıqla izlədim”.
Müəssisədə hazır pianolara da baxdığını yazan Pol Stil qeyd edir ki, Hans Leferinkin ifasında musiqi parçasını da dinləyib. O qeyd edir ki, bu, həqiqətən də çox təsirli idi.
İngiltərəli jurnalist yazır ki, Qəbələ Azərbaycanın ən gözəl şəhərlərindən biridir: “Zəngin tarixi, füsunkar təbiəti, əsrarəngiz gözəlliyi olan bu şəhərdə hər il yüksək səviyyəli Beynəlxalq Musiqi Festivalı və pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir. Bu festivallarda dünya şöhrətli sənətkarlar iştirak edirlər.
Ümumiyyətlə, Azərbaycan xalqı bütün dünyada qonaqpərvərliyi ilə yanaşı, sənətə sevgi və hörməti ilə də tanınır. Təsadüfi deyildir ki, Azərbaycanda demək olar, hər evdə piano, milli musiqi alətləri olan saz və ya tar vardır”.
Pol Stilin bu məqaləsi də maraqlı fotoşəkillərlə müşayiət olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

