Leyla Yunus növbəti dəfə ermənilərin sifarişini yerinə yetirir
31.12.2012 [16:15]
“Eurovision-2012” öncəsi ermənipərəst dairələrin tapşırığı ilə Azərbaycanın milli maraqlarına zidd mövqe tutan “hüquq müdafiəçisi” yenidən öz ampluasındadır
Xəbər verildiyi kimi, “hüquq müdafiəçisi” adı altında əsl simasını pərdələməyə çalışan, ermənipərəst addımları ilə ictimai qınaq obyektinə çevrilən Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun yeni “layihəsi” ortaya çıxıb. Ermənistanın “Erkramas” qəzetinin məlumatına görə, 2012-ci ilin sentyabr ayından faktiki olaraq fəaliyyət göstərən və ermənilərin “Region” Araşdırmalar Mərkəzi ilə Leyla Yunus tərəfindən birgə reallaşdırılan “İctimai müzakirələr” adlı veb-saytın 2013-cü ilin yanvar ayının 16-da Bakıda, yanvar ayının 18-də isə Yerevanda rəsmən təqdimatı keçiriləcək.
Təbii ki, Leyla Yunusun bu addımının hüquqi baxımdan Azərbaycan vətəndaşı olan bir şəxs üçün xəyanətdən başqa adı yoxdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, analoji xəyanət L.Yunusun bu qəbildən olan növbəti addımıdır. Buna qədər də Azərbaycanın dövlət imicinə zərbə vurmaq üçün “növbə” gözləyənlərin sırasında birincilərdən olan, dövlətimizin hansısa iqtisadi-siyasi, mədəni uğurlarına ləkə yaxmaq üçün bütün yollara əl atan L.Yunus xəyanətkar mövqedə olduğunu öz əməlləri ilə dəfələrlə “sübut” edib. Elə bir neçə ay öncə ölkəmizdə reallaşdırılan “Eurovision-2012” mahnı yarışması öncəsi L.Yunusun rəhbərliyi ilə aparılan anti-“Eurovision” kampaniyaları buna misaldır. Həmin vaxt puldan ötrü hər yola baş vuran, xarici ianələrin qarşılığında dövlətinə və xalqına belə asan şəkildə xəyanət edib qarayaxma kampaniyasına başlayan Leyla Yunus və dostları sifarişlər yerinə yetirir, yalan, pafos dolu təbliğat qurmağa, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırdırlar. Amma, hər zaman olduğu kimi, bu dəfə də onların “oxu” daşa dəydi, bütün dünya ictimaiyyəti, həmin tədbirdə iştirak edən şəxslər ölkəmizin iqtisadi inkişafını yüksək dəyərləndirdilər, Azərbaycanın demokratik prinsiplər üzrə inkişaf etdiyini ifadə etdilər. Belə demək mümkündürsə, həmin müsbət fikirlər başda Leyla Yunuslar olmaqla bütün anti-Azərbaycan kampaniyası iştirakçılarına tərs şillə xarakteri daşıdı...
Bəli, Azərbaycan vətəndaşının ən birinci vəzifəsi öz xalqının, dövlətinin marağını qorumaqdır. Leyla Yunus və onun kimilərinin isə ermənilərlə müttəfiqliyi, dostluğu Azərbaycanın milli maraqlarına qarşı yönəlib. Amma unudurlar ki, bu zərərli ünsürlər o qədər kiçik və acizdirlər ki, onların nə dedikləri, nə düşündükləri, hansı mövqedə olmaları Azərbaycan xalqı üçün heç bir maraq kəsb etmir. Azərbaycan xalqı hər bir nüansı, hər bir addımı dəyərləndirə bilən bir cəmiyyətdir və xalqımız dövlətimizin inkişafını, qüdrətini, mədəni, iqtisadi, siyasi nailiyyətlərini də, leylayunusların erməni dəyirmanını fırlatmaq cəhdlərini də görür. Elə Leyla Yunusları narahat edən də bu faktdır. O və onun kimiləri yaxşı bilirlər ki, nə qədər cəhd göstərsələr də dövlətin, xalqın mənafeyinə ziyan verə bilməyəcəklər.
Amma bir azərbaycanlı olaraq Xocalı soyqırımını törədənlərlə, Azərbaycan torpağını işğal edib xalqımızı öz yurdundan, evindən didərgin salanlarla, illərdir ki, bu işğalı davam etdirənlər və ən əsası tarixi düşmənlərimizlə müttəfiqlik, əməkdaşlıq hansı mənəvi çərçivəyə sığır? L.Yunus etiraf edir ki, onun ermənilərlə işbirliyinin tarixi “uzundur”. Demək ki, hər dəfə Azərbaycan xalqının, dövlətinin əleyhinə aparılan kampaniyaların mənbəyi də elə ermənilərə və ya ermənipərəst anti-Azərbaycan dairələrə gedib çıxır. Bir daha analoji sual meydana çıxır, görəsən, L.Yunus bütün bu illər ərzində ermənilərlə dostluq, müttəfiqlik, işbirliyi etdiyi zamanlarda hüquqi cəhətdən də olsa, Azərbaycan vətəndaşı olduğunu xatırlayırdımı???
Ümumiyyətlə, milli mənsubiyyəti müəyyən dövrlərdə müzakirə mövzusuna çevrilən L.Yunus növbəti dəfə göstərdi ki, maddiyyat qarşılığında Azərbaycan dövlətini və xalqını, onun marağını da tapdaya bilir. Əlbəttə ki, bu, L.Yunus üçün “su içmək” qədər asandır. Çünki “hüquq müdafiəçisi” adı altında gizlənən bu şəxsin bütün fəaliyyətinin əsasında bu amil dayanıb. Ermənipərəst dairələr tərəfindən maliyyələşdirilən və illərdir xalqımıza qarşı nifrətlə dolub daşan L.Yunus bunu artıq özünə peşə edib. Nə edəsən, hərənin bir peşəsi var...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

