/ / Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib
10.01.2013 [01:28]
Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib.
AzərTAc xəbər verir ki, tədbirdə ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin elmi-nəzəri əhəmiyyətindən danışıb, müəllifin yüksək vətənpərvərlik ruhu ilə qələmə aldığı bu yazının Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin xidmətlərinə kölgə salmaq istəyənlərə vaxtında və olduqca mükəmməl elmi-siyasi cavab olduğunu vurğulayıb.
Rektor bildirib ki, məqalə Səfəvilər dövləti ilə bağlı aparılmış ciddi elmi araşdırmalar əsasında yüksək intellektual təfəkkürlə yazılıb. Burada Şah İsmayılın xalqımız qarşısında böyük xidmətləri - mərkəzləşmiş dövlət yaratması, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırması, diplomatiya mənbəyi yaratması, ədəbi-mədəni irsi mühafizə və inkişaf etdirməsi bir daha vurğulanıb. Əslində ciddi tarixi və sosial-siyasi tədqiqat xarakterli məqalənin başlıca qayəsi tarixi keçmişimizi, kimliyimizi dünyaya olduğu kimi təqdim etməkdir.
T.Əfəndiyev deyib ki, tarixi həqiqətlərin üzə çıxarılmasında böyük rolu olan bu qiymətli əsərin üslubuna əzəmətli bir qürur hissi də xasdır. Bu isə milli iftixar və dövlətçilik məsuliyyətindən irəli gəlir. Müstəqilliyimizi bərpa etdiyimiz illər ərzində Azərbaycanda dövlət quruculuğu sahəsində böyük işlər görülüb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin tarixi inkişaf strategiyasına uyğun olaraq Prezident İlham Əliyev ölkəmizi iqtisadi, siyasi, mədəni-mənəvi baxımdan ən yüksək dünya standartları səviyyəsinə qaldırmağa nail olub.
Rektor vurğulayıb ki, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi məqaləsi tarixi varislik və çağdaş siyasi inkişaf kontekstində hazırlanmış proqram sənədi kimi dəyərləndirilə bilər.
Universitetin prorektoru, professor Rafiq Sadıqov məqalədə Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə sənətə və sənətkarlara yüksək qiymət verilməsindən bəhs olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, məqalənin ana xəttini tarixi mənbələrə əsaslanaraq Azərbaycan dövlətçiliyinin zəngin ənənələrə malik olmasının sübutu, bu məlum həqiqətə hələ də şübhə ilə yanaşanların məntiqsiz düşüncələrinin faktlarla təkzibi prinsipi təşkil edir.
Professor Nizaməddin Şəmsizadə bildirib ki, akademik Ramiz Mehdiyevin bu məqaləsi müasir Azərbaycanın siyasi-ideoloji prioritetlərini müəyyənləşdirən tarixi əsərdir.
Tədbirdə ADMİU-nun professorları Əlikram Tağıyev, Gülşən Əliyeva, dosent Vəfa Əliyev çıxış edərək yüksək vətənpərvərlik ruhunda qələmə alınmış yazı ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, akademik Ramiz Mehdiyevin məqaləsi orta əsrlərin araşdırılması baxımından metodoloji əhəmiyyətə malik dəyərli tədqiqat mənbəyidir.
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

