Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bəyan edib
19.01.2013 [03:23]
Son günlər kütləvi informasiya vasitələrində Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar yayılmaqdadır. Bu məlumatlarda ölkənin görkəmli sənət adamlarının adı hallandırılır. Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Rasim Balayev yanvarın 18-də bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Son zamanlar Rüstəm İbrahimbəyovun təsis etdiyi və mənim katib olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqı barədə mediada müxtəlif söz-söhbətlər dolaşmaqdadır.
Bildirirəm ki, mən Rüstəm İbrahimbəyovu istedadlı dramaturq və rejissor kimi tanımışam, hazırda da bu fikirdəyəm. Biz uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqında birgə çalışmışıq və İttifaqın yaranmasında məqsəd Azərbaycan kino sənətinə dəstək və töhfə vermək olmuşdur. Mən bir Azərbaycan ziyalısı və kino sənətinin inkişafında rolu olan şəxs kimi hesab edirəm ki, həqiqətən hər bir ziyalı lazım gəldikdə millətinin, xalqının sözünü deməyi bacarmalıdır. Lakin bu gün dünyada Azərbaycan Respublikasının uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu bir dövrdə hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Onun yanında olmaqdır. Bu vəzifə üçün isə hər kəs öz sahəsində bilik və bacarığını ölkəmizin inkişafına yönəltməlidir.
Şəxsiyyətinə hörmət bəslədiyim Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm.
Bütün mediadan, digər insanlardan bu məsələni siyasiləşdirməməyi və bu bəyanatın sırf yaradıcılıqla məşğul olmaq istəyimdən irəli gəldiyini nəzərə almalarını xahiş edirəm.
Rasim Balayev
Bakı şəhəri, 18 yanvar 2013-cü il”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

