Milli Məclisin iclasında...
23.10.2024 [10:52]
19 məsələ müzakirə edilib
Oktyabrın 22-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 19 məsələnin daxil edildiyini bildirib. Əvvəlcə iclasda millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını əngəlləməkdə davam edir.
“Ermənistan konstitusiyası mütləq dəyişdirilməlidir”
Onun sözlərinə görə, sülh üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır: “ABŞ Prezidenti Bayden Azərbaycana tezliklə sülh sazişini imzalamağı təklif edir. Amma indiki halda bu mümkün deyil. Sülh sazişinin imzalanması üçün Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməlidir. İndi Ermənistan hakimiyyəti iddia edir ki, guya Ermənistan konstitusiyasında və Müstəqillik Bəyannaməsində əksini tapan məsələlər Azərbaycana qarşı ərazi iddiaları deyil. Amma xatırlatmaq istəyirəm ki, 1996-cı ildə ATƏT-in Lissabon sammiti zamanı Levon Ter-Petrosyan sammitdə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı sənədə imza atmamışdı. O, mövqeyini belə əsaslandırmışdı ki, konstitusiyamıza əsasən “Dağlıq Qarabağ” Ermənistanın tərkibindədir. Digər bir fakt isə odur ki, Robert Köçəryan Azərbaycan SSR-də doğulub. O, Ermənistan vətəndaşı deyildi. Yalnız 1997-ci ilin martında Ermənistanın baş naziri təyin edilməsinə görə həmin ildən bu ölkədə yaşamağa başlamışdı. Koçaryan 1998-ci il prezident seçkilərində iştirak edəndə, erməni müxalifəti buna etiraz etmişdi. Çünki Ermənistan konstitusiyasına əsasən prezidentliyə namizəd ən azı 10 il bu ölkənin vətəndaşı olmalıdır. O zaman məsələyə Konstitusiya Məhkəməsi rəy verərkən Ermənistan parlamentinin “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarına” istinad etdi və Koçaryana seçkilərdə iştirak etməyə icazə verdi”.
Z.Əsgərovun fikrincə, bu faktlar Ermənistanın riyakarlığının göstəricisidir: “Onlar bu gün bir söz, sabah isə başqa söz deyirlər. Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Ona görə də, Ermənistan konstitusiyası mütləq dəyişdirilməlidir”.
Millət vəkili Qüdrət Həsənquliyev isə bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da seçkilərdə tədricən onlayn səsvermə sisteminə keçməyi təklif edib.
Parlamentin komitə sədri Zahid Oruc çıxışında Qərbin Gürcüstanla bağlı planlarından bəhs edib: “Gürcü xalqı gələcəyini özü müəyyənləşdirməlidir. Biz yaxşı görürük ki, Azərbaycana qarşı mübarizə həm də Gürcüstan üzərindən aparılır. Qərb dövlətləri Saakaşvilinin üzərinə qoyduqları missiyanı indi Paşinyana həvalə ediblər. Ukrayna, Suriya, Əfqanıstan hadisələri bir ibrətdir. Biz Gürcüstanda ictimai-siyasi xaos, regionda beynəlmiləl döyüşlər deyil, sabitlik və təhülkəsizlik tərəfdarıyıq”.
Təşəbbüs Qrupu vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışacaq
Çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, 200 il bundan əvvəl Cənubi Qafqaza köçürülüb gətirilən ermənilərin və onların havadarlarının xalqımıza qarşı düşmənçilik hərəkətləri nəticəsində vətəndaşlarımz bu illər ərzində saysız-hesabsız məhrumiyyətlərə, deportasiya və soyqırımlarına məruz qalıb.Torpaqlarımız zəbt olunub, insanlarımız öldürülüb, yurd-yuvasından didərgin salınıb. Yalnız 4 il bundan əvvəl - 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatı nəticəsində bu bədnam siyasət durdurulub, düşmən öz layiqli cəzasını alıb. Lakin sonrakı hadisələr sübut etdi ki, düşmən bu müharibədən nəinki heç bir nəticə çıxarmayıb, xalqımıza qarşı mina terrorunu və informasiya müharibəsini bu gün də davam etdirir, sürətlə silahlanır.
Onun sözlərinə görə, bu münaqişənin əvvəlində Qərbi Azərbaycandan vəhşicəsinə qovulub çıxarılmış azərbaycanlıların geriyə - öz doğma evlərinə qayıtmağına belə razılıq vermirlər: “Belə həlledici məqamda - 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına gəlişi və oradakı tarixi çıxışı soydaşlarımızın Qərbi Azərbaycana qayıdış mübarizəsində yeni səhifə açmış oldu. Prezidentin diqqət və qayğısı, ələlxüsus bu məsələni ən mötəbər beynəlxalq formatlarda qaldırması Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə siyasi və insan hüquqları kontekstində ciddi şəkildə qəbul olunmasını təmin edib. Bu ümummilli məsələdə Milli Məclisin fəaliyyəti də diqqətçəkəndir. Təkcə onu xatırlatmaq kifayətdir ki, keçən il Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə dinləmə keçirilib, qayıdışımızın müxtəlif aspektləri geniş müzakirə olunub. Oktyabrın 21-də isə Milli Məclisin sədri Sahibə Qafarova Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılması barədə sərəncam imzalayıb”. Ə.Ələkbərli əmin edib ki, bu qrup ümummilli maraqlar naminə qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq.
Cari məsələlərlə bağlı çıxışlardan sonra gündəlikdəki qanun layihələri müzakirə olunub. Əvvəlcə Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda (üçüncü oxunuş) dəyişikliklər edilib.
Üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Turizm haqqında” qanuna təklif olunan dəyişiklikdə isə turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsi (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilir. Belə ki, layihə sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Müzakirələrdən sonra dəyişikliklər qəbul edilib.
Ekosidə görə cinayət məsuliyyəti tətbiq ediləcək
Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə isə Azərbaycanda ekosidə görə cinayət məsuliyyəti tətbiq edilməsi nəzərdə tutulur. Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Məcəlləyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.
İclasda “Siyasi partiyalar haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi məsələsinə də baxılıb. Belə ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə nəzarətlə bağlı yeni qayda müəyyən edilir. Bu, “Hesablama Palatası haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. Belə ki, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
“Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olundu
İclasda həmçinin “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə edilib. Layihə haqqında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Bildirilib ki, qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir. Birinci fəsildə istifadə olunan əsas anlayışların mənaları, qanunun tətbiq dairəsi müəyyən edilib. İkinci fəsildə mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tələblər, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət və s. məsələlər öz əksini tapıb. Üçüncü fəsildə isə yekun müddəalar müəyyən olunub.
Qanun layihəsinə əsasən, qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından, fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.
Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma, dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma 5 iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin qurumla qarşılıqlı əlaqədə həyata keçirilməlidir. Müzakirələrdən sonra sənəd qəbul olunub.
Qeyd edək ki, fasilədən sonra millət vəkilləri iclasın gündəliyində olan digər məsələləri də müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32

