/ / Sosial-iqtisadi sahədə qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir
Sosial-iqtisadi sahədə qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir
06.02.2013 [03:12]
Sosial-iqtisadi sahədə qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir.
AzərTAc xəbər verir ki, bu fikir fevralın 5-də Nərimanov rayon İcra Hakimiyyətində keçirilmiş və 2012-ci ilin sosial-iqtisadi yekunlarına, cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda xüsusi vurğulanıb.
Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş büstü önünə gül dəstələri düzüb, Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olmuş bu insanın xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin hesabat məruzəsində Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının indiki mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunmuş nailiyyətlərdən bəhs edilib. Bildirilib ki, rayonda iqtisadiyyatın inkişaf etdirilməsi, müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, əhaliyə kommunal xidmətlərinin göstərilməsi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, gənclərin asudə vaxtının təşkili, idmanın inkişafı və digər sahələrdə uğurlar qazanılıb. Hesabat dövründə sənaye məhsulu istehsalının ümumi həcmi (xidmətlər də daxil olmaqla) 1 milyard 851,9 milyon manat təşkil edib, əvvəlki illə müqayisədə 93 faiz artıb. Məhsulun ümumi həcminin 83,5 faizi dövlət sektorunun payına düşür. Sənaye müəssisələri üzrə orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 5,9 faiz çox - 435,2 manat olub. Rayon ərazisində 928,7 milyon manatlıq tikinti işləri aparılıb. Bu sahədə 11 846 nəfər çalışır. Tikinti təşkilatları üzrə orta aylıq əmək haqqı 464,9 manata çatıb.
Ötən il pərakəndə əmtəə dövriyyəsi 869,9 milyon manat təşkil edib. Əhaliyə 304,5 milyon manatlıq pullu xidmət göstərilib və artım sürəti 14,6 faiz olub.
İşsizliyin aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində hesabat dövründə Nərimanov rayonunda 5477 yeni daimi iş yeri açılıb.
Yığıncaqda rayonda aparılan abadlıq və yenidənqurma işlərindən də geniş bəhs edilib. Daxili imkanlar hesabına məhəllələrin abadlaşdırıldığı, yeni istirahət guşələrinin yaradıldığı, yolların çəkildiyi, təhsil və səhiyyə müəssisələrinin təmir olunduğu, istilik sistemlərinin bərpası istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Məruzədə rayon əhalisinin aztəminatlı təbəqəsinə diqqət və qayğının artırılması istiqamətində görülmüş işlərdən də danışılıb. Bildirilib ki, Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2778 ailəyə ünvanlı sosial yardım təyin olunub, 275 tənha ahıl vətəndaşa evlərində sosial-məişət xidməti göstərilib.
Məruzə ətrafında çıxış edən natiqlər 2012-ci ildə rayonda həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər. Çıxışlarda xüsusi vurğulanıb ki, Nərimanov rayonunun ictimaiyyəti dövlətimizin başçısının müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətini ürəkdən bəyənir.
Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və başqaları diqqəti yanvarın 15-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasına, orada ölkə başçısının proqram xarakterli nitqinin əsas müddəalarına cəlb ediblər. Bildirilib ki, sosial-iqtisadi sahədə qazanılan uğurlar Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir.
Sonda keçən ilin yekunlarına görə təhsil, mədəniyyət, səhiyyə, idman, inşaat və digər sahələr üzrə fərqlənənlər mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

