YAP rəhbərliyi partiyanın Oğuz rayon təşkilatının fəalları ilə görüşüb
15.02.2013 [02:47]
Dünən Oğuz şəhərindəki mədəniyyət mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə partiyanın Oğuz rayon təşkilatı fəallarının görüşü olub.
Tədbirdə YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
AzərTAc xəbər verir ki, tədbiri YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq gündən-günə nüfuzu artmaqda olan Yeni Azərbaycan Partiyasının bu gün nəinki respublikamızda, eləcə də bütün regionda ən güclü siyasi qüvvəyə çevrildiyini, sıralarının ildən-ilə genişlənərək üzvlərinin sayının artıq 600 mini keçdiyini bildirib. Diqqətə çatdırılıb ki, partiyanın İcra Katibliyi vaxtaşırı olaraq yerlərdə olur, partiya üzvləri ilə, fəallarla görüşür, tövsiyələrini verir. Bu gün rayonda təşkil olunan görüş də məhz belə tədbirlərdəndir.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Oğuz rayonunda gördüklərinin, yüksək zövqlə aparılan tikinti-quruculuq işlərinin onlarda xoş təəssürat yaratdığını bildirib. Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi sayəsində Azərbaycanda çox böyük iqtisadi irəliləyişə nail olunub. Ölkə iqtisadiyyatı qısa dövr ərzində böyük inkişaf mərhələsi keçib. Sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatı bu gün dünyanın ən aparıcı beynəlxalq iqtisadi institutları tərəfindən sürətli, yüksək dinamika göstərən iqtisadiyyat kimi qeyd olunmaqdadır. Təbiidir ki, iqtisadiyyatın inkişafı, yaradılan iqtisadi bünövrə Azərbaycanda həyatın bütün sferalarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Şübhəsiz ki, qazanılan uğurlarda iqtidar partiyası olan YAP üzvlərinin böyük rolu və payı var.
Fevralın 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrə toxunan YAP Sədrinin müavini Əli Əhmədov, konfransda qarşıdakı illər ərzində həm regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar, həm də bütövlükdə ölkənin inkişaf strategiyası ilə bağlı çox vacib və əhəmiyyətli vəzifələrin müəyyənləşdirildiyini, bugünkü Azərbaycan cəmiyyətini düşündürən bir çox aktual məsələlərlə bağlı dövlət məmurlarına xüsusi tapşırıqların verildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, indi Azərbaycan cəmiyyətində dövlətimizin başçısının bu istiqamətdəki mövqeyi, tapşırıqları fəal şəkildə müzakirə olunur. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi Heydər Əliyev siyasətinin uğurlarını yüksək qiymətləndirir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və YAP rayon təşkilatı idarə heyətinin üzvü, partiya veteranı Xalid Babayev çıxış edərək təşkilat üzvlərinin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

