“...Azərbaycanlıyam!” platin qələm mükafatının təqdimatı keçirilib
19.02.2013 [01:08]
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mükafat Azərbaycanın görkəmli şəxslərinə təqdim olunub
Fevralın 16-da “Four Seasons Hotel Baku” mehmanxanasında Milli Qəhrəman Çingiz Mustafayev Fondu, ANS şirkətlər qrupuna daxil olan “VMF”, həmçinin, tanınmış “Caran d`Ache” şirkəti tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “...Azərbaycanlıyam!” məhdud saylı platin qələm mükafatının təqdimatı keçirilib. Qeyd edək ki, mükafat Azərbaycana layiqli xidmət göstərən siyasi və dövlət xadimləri, tanınmış elm, mədəniyyət, incəsənət adamları üçün nəzərdə tutulur.
Tədbirdə ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev deyib ki, məhdud saylı platin qələm seriyası Ulu öndər Heydər Əliyevin böyük regionun ümumi mənzərəsini dəyişməsi ilə nəticələnən fəaliyyətinə hörmət əlaməti olaraq hazırlanıb. Ümummilli lider Heydər Əliyevin daha çox heykəltəraşlıq təsvirinə bənzəyən portreti və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” məşhur ifadəsi məhz bu məqsədlə qələmin üzərində yüksək sənətkarlıq və zövqlə əks etdirilib. “Hər biriniz çalışdığınız sahənin lideri olmaqla Azərbaycan tarixində silinməz səhifələr yazmısınız. Məhz ona görə də, bu tədbirə dəvətlisiniz. Bugünkü tədbir Böyük Azərbaycanlı, müasir tariximizin banisi Heydər Əliyevin adı ilə bağlıdır”, - deyə V.Mustafayev vurğulayıb.
Qeyd olunub ki, incəsənət əsərləri yaradanlar, dövlət və ictimai xadimlər, kolleksiyaçılar, tarixlə maraqlanan insanlar üçün nəzərdə tutulan bu seriya yüksək beynəlxalq standartlara cavab verən mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan, hər bir qələm nadir sənətkarlıq nümunəsi və vahiddir.
Tədbirdə İsveçrənin məşhur “Caran d’Ache” şirkətinin baş direktoru Silvio Laurenti rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Daha sonra mərasimdə mükafata layiq görülən 23 nəfər haqda məlumat verilib. Mükafata layiq görülənlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ Xalq rəssamı Tahir Salahov, Xalq artisti Polad Bülbüloğlu, Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ Xalq artisti Zeynəb Xanlarova, Xalq rəssamı Ömər Eldarov, Fəxri neftçi Xoşbəxt Yusifzadə, Xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kamança ustası Habil Əliyev, Xalq şairi Vaqif Səmədoğlu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist, millət vəkili Elmira Axundova olub.
Öncə mükafat tədbirdə iştirak edən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə təqdim olunub. Şeyx isə öz növbəsində belə bir mükafata layiq görüldüyünə görə şad olduğunu vurğulayıb: “Qələm müqəddəsdir. “Quran”da da qələm haqqında qeyd olunub. Qələm həyat yaranmamışdan əvvəl yaranıb. Bunu kim düşünübsə, çox gözəl düşünüb. Bu ən qiymətli hədiyyələrdən biridir. Mən özüm üçün muzey düzəltmişəm və mən bir vaxt həyatda olmayanda bu qələm də mənə aid muzeydə olacaq”.
Tədbirdə mükafata layiq görülən digər şəxslər də öz ürək sözlərini deyərək Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mükafata layiq görülməklərindən qürur duyduqlarını, bundan sonrakı fəaliyyətlərində də Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, tanınmış “Caran d`Ache” şirkətinin məhsulu olan “Platin” qələmi yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikaldır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

