Ölkəmizin qazandığı uğurlarda YAP üzvlərinin böyük rolu var
20.02.2013 [01:44]
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın Masallı rayon təşkilatının fəalları ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Masallı rayon təşkilatının fəalları ilə görüş keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Əliyev bildirib ki, hazırda rayon təşkilatının 8 min nəfərə yaxın üzvü var: “Rayon təşkilatının üzvləri dövlətçiliyə hər zaman sadiqdirlər. Bundan sonra da təşkilatın üzvləri ölkə başçısının yürütdüyü siyasəti müdafiə edəcəklər”.
Görüşdə çıxış edən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov hazırda bütün respublikada olduğu kimi, Masallıda da böyük abadlıq və quruculuq işlərinin aparıldığını deyib: “Masallıda yeni sosial obyektlər istifadəyə verilir, yollar çəkilir, yaşayış məntəqələri qazlaşdırılır və digər əhəmiyyətli işlər görülür. Bu, bir tərəfdən rayonun abadlaşdırılmasına xidmət edirsə, digər tərəfdən də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir”.
Əli Əhmədov bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi sayəsində Azərbaycanda çox böyük iqtisadi irəliləyişə nail olunub. Ölkə iqtisadiyyatı qısa dövr ərzində böyük inkişaf mərhələsi keçib. YAP İcra katibinin sözlərinə görə, qazanılan uğurlarda iqtidar partiyası olan YAP üzvlərinin böyük rolu və payı var.
YAP-ın Sədr müavini ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirib və bu ilin payızında keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayıb. O, YAP Masallı rayon təşkilatının bütün üzvlərini seçki prosesində daha fəal olmağa çağırıb.
Görüşdə, həmçinin, YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov da çıxış edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin danılmaz olduğunu qeyd edən Ş.Əbilov Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib. O, Masallı sakinlərinin qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin namizədliyini müdafiə edəcəklərini deyib.
Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov quruculuq işlərinin əhalinin rifahının yüksəlməsinə xidmət etdiyini bildirib. İcra başçısı Masallı sakinlərinin ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayıb.
Əli Əhmədov həmçinin, YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvləri ilə də görüşüb. Görüşdə qeyd olunub ki, gənclər Azərbaycan cəmiyyətində böyük və xüsusi çəkiyə malikdirlər. Onlar cəmiyyətin ən fəal üzvləridirlər və müasir dünyagörüşünə sahibdirlər. Bildirilib ki, hər bir cəmiyyətin gələcəyi bu cəmiyyətin gənc üzvləri ilə bağlıdır. “Çox sevindiricidir ki, Azərbaycanın fəal gənclərinin böyük bir hissəsi YAP-ın sıralarındadır və onlar dövlətimizin başçısının həyata keçirdiyi siyasəti ürəkdən bəyənirlər. Gənclərin bu siyasəti ürəkdən dəstəkləməsi ondan xəbər verir ki, ölkəmizdə Prezidentin həyata keçirdiyi siyasət bütün xalqın maraqlarına uyğun olduğu kimi, eyni dərəcədə Azərbaycan gəncliyinin də istək və arzularına tam cavab verir” - deyə, YAP-ın Sədr müavini vurğulayıb.
YAP-ın Sədr müavini son dövrlər sosial şəbəkələrdə gənclərin fəallığının artdığını da diqqətə çatdırıb: “Lakin az sayda olsa da, bəzi müxalifət dairələrinin respublikada görülən böyük işlərə kölgə salmaq cəhdlərinə rast gəlinir”.
Əli Əhmədov qeyd edib ki, Masallı gəncləri də sosial şəbəkələrdə fəal olmalı və ölkəmizin nüfuzuna xələl gətirməyə çalışan təxribatçılara tutarlı cavab verməlidirlər. O, bir daha gəncləri Prezident İlham Əliyevin ətrafında birləşməyə səsləyib.
Tədbirdə çıxış edən gənclər də, ölkə başçısının yürütdüyü daxili və xarici siyasəti bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.
Görüşün sonunda YAP-ın Sədr müavini Əli Əhmədov gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, millət vəkilləri Cavanşir Paşazadə və Nəriman Əliyev iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

