/ / YAP-ın Sədr müavini Əli Əhmədov Brüsseldə Avropa Xalqları Partiyasının nümayəndələri ilə görüşüb
YAP-ın Sədr müavini Əli Əhmədov Brüsseldə Avropa Xalqları Partiyasının nümayəndələri ilə görüşüb
05.03.2013 [00:09]
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Brüsseldə, Avropa Parlamentinin (AP) və Avropa Xalqları Partiyasının (AXP) nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə Avropa Parlamentinin üzvü, AXP-nin Beynəlxalq əlaqələr xidmətinin rəhbəri xanım Yoanna Yaretska-Qomezlə AXP və YAP arasında ikitərəfli əlaqələr müzakirə olunub və bu əlaqələr yüksək qiymətləndirilib. Qeyd olunub ki, 2011-ci ildə AXP-nin Buxarestdə qəbul edilmiş Yeni Əməkdaşlıq Platformasına xüsusi diqqət yetirilməli və ikitərəfli əlaqələr bu sənəd üzərində qurulmalıdır.
Avropa Parlamentinin üzvü, AXP-nın vitse-prezidenti Korin Vortman-Kul ilə görüşdə YAP-ın AXP ilə həyata keçirdiyi birgə layihələr yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub. Habelə, YAP gənclərinn AXP-də və Avropa Parlamentində keçirdiyi qısa müddətli təcrübə xüsusi qeyd olunub və belə layihələrin davam etdirilməsi müsbət tendensiya kimi dəyərləndirilib.
Litvanın keçmiş Prezidenti, hal-hazırda Avropa Parlamentinin deputatı V.Landsbergislə görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilmiş bir neçə böyük beynəlxalq forum xüsusi qeyd edilib və belə tədbirlərin keçirilməsinin ölkənin xaricdəki imicinin yüksəlməsində müsbət rol oynadığı AP deputatı tərəfindən vurğulanıb.
AP tərəfindən təşkil edilmiş işçi naharda Latviyadan və Almaniyadan olan deputatlar xanım İnese Vaydera və İnqo Fridrix iştrak ediblər. Nahar zamanı AP və Milli Məclis, AXP və YAP arasında olan munasibətlər müzakirə edilib, Avropanın Azərbaycana olan marağı, AXP və YAP arasında olan əməkdaşlığın səmərəli inkişafı qeyd olunub.
AP-nin üzvü, AXP-nin Azərbaycanla bağlı məruzəçisi, Ruminiyalı xanım Monika Makovey ilə görüşdə Azərbaycanda gedən siyasi proseslər müzakirə edilib, YAP-ın bu proseslərdə yaxından və fəal iştrakı müsbət amil kimi qeyd edilib. Habelə, YAP-ın AXP-yə inteqrasiya məsələləri, bu istiqamətdə gələcəkdə aparılacaq işlər müzakirə edilib və xanım Monika Makovey bu əlaqələrin inkişafına olan dəstəyini qeyd edib.
Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədovun AXP-nin Baş katibinin müavini Kristian Kremerlə keçirdiyi görüşdə AXP-nin YAP-la genişlənən əlaqələri, gələcək layihələr müzakirə edilib. Qeyd olunub ki, hər iki tərəfdən olan səfərlər bu əlaqələrə müsbət təsir göstərir və belə səfərlərin davamlı olması qərara alınıb.
Görüşlərdə Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev işkirak edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

