/ / Azərbaycan demokratik dəyərlərin qorunması və inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir
Azərbaycan demokratik dəyərlərin qorunması və inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir
05.03.2013 [00:10]
Prezident İlham Əliyev: Bu gün Azərbaycanda bütün kütləvi informasiya vasitələrinin sərbəst işləməsi üçün hər cür şərait, tam fəaliyyət, söz, fikir ifadə azadlığı, sərbəst internet mövcuddur
Qısa zaman ərzində iqtisadi inkişafına görə, yerləşdiyi Cənubi Qafqaz regionunun lider ölkəsinə, böyük bir coğrafiyada aparıcı siyasi aktora çevrilən Azərbaycan dövləti informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsinin də yüksək səviyyəli inkişafını təmin edib. Bu gün ölkəmiz internet istifadəçilərinin sayına görə, istər MDB məkanında, istərsə də dünyada ilk sıralardan birini tutur və ildən-ilə bu istifadəçilərin sayı artır.
Təsadüfi deyil ki, Azərbaycan son dövrlərdə internet, azad sözün inkişafı ilə bağlı bir sıra əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu, ölkəmizin həmin sahədə əldə etdiyi uğurların göstəricisidir. Ölkəmizdə keçirilən MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev də bildirib ki, informasiya təhlükəsizliyi məsələləri bu gün enerji, ərzaq təhlükəsizliyi və bütövlükdə təhlükəsizlik məsələləri ilə yanaşı müzakirə olunur. “Hazırda, informasiya-kommunikasiya texnologiyaları hər bir evə daxil olur. Azərbaycanda bu istiqamətdə böyük iş görülüb. Müstəqillik illərində bütün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bizdə yüzlərlə qəzet nəşr olunur, onlarla informasiya agentlikləri, telekanallar fəaliyyət göstərir. Yəqin ki, azərbaycanlı həmkarlarınız son zamanlar ölkəmizdə bu sahədə görülən işlər barədə sizə daha ətraflı məlumat verəcəklər. Hərçənd ki, müstəqilliyin bütün dövrləri bu sahədə islahatlarla müşayiət olunmayıb. Deməliyəm ki, müstəqilliyin ilk illərində Azərbaycanda senzura mövcud idi. Həmin qurum Prezident Heydər Əliyevin qərarı ilə ləğv olundu. Mən deyərdim ki, məhz bu tarixi qərardan sonra Azərbaycanın həyatında kütləvi informasiya vasitələri sahəsində köklü islahatlar başladı. Bu gün Azərbaycanda bütün kütləvi informasiya vasitələrinin sərbəst işləməsi üçün hər cür şərait, tam fəaliyyət, söz, fikir ifadə azadlığı, sərbəst internet mövcuddur. Mən bunu da nailiyyətlərimizdən biri hesab edirəm. Sərbəst internetin mövcudluğu ilə yanaşı, sevindirici haldır ki, Azərbaycan əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir”.
Həqiqətən də, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub. Ölkəmizdə 2013-cü il Prezident İlham Əliyev tərəfindən “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə Sərəncam verilib. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı internet xidmətlərdən istifadəsini təmin etmək məqsədilə “Evlərə optika” layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilib. Bütün bunlar ölkəmizdə İKT-nin daha sürətli inkişafının təmin edilməsinə zəmin yaradır. Bu, isə öz növbəsində insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə yol açacaq ki, müasir inkişafın əsas prinsipləri də məhz bu amillərə söykənir. Bu gün ölkəmizdə azad sözə, azad internetin inkişafına dövlət tərəfindən hər cür dəstək göstərilir. İstər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur, internet istifadəçiləri sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. 2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzularından olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən birinin də məhz Azərbaycan olması, bu məqamları təsdiqləyir. Vurğulamaq lazımdır ki, internet azadlığının təmin edilməsinin daha da təkmilləşdirilməsi Azərbaycan dövlətinin inkişaf strategiyasının tərkib hissəsidir.
Vurğulamaq lazımdır ki, ölkəmizdə söz azadlığının təmini Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, azad sözün inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə imkan verdi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması isə ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirildi. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində ölkəmiz dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb, nüfuz qazanıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

