Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Qvineya-Bisau XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qvineya-Bisau XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb

02.12.2024 [15:10]

Azərbaycanın və Qvineya-Bisaunun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzaladıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu mexanizmin olması, mütəmadi əsasda siyasi məsləhətləşmələrin keçirilməsi dolğun məlumatların qarşılıqlı şəkildə verilməsi baxımından əhəmiyyətlidir.

Nazir deyib ki, görüşdə Cənubi Qafqaz bölgəsində gedən proseslər, postmünaqişə dövrü, işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30