Azərbaycan və Türkiyə parlamentariləri bir arada...
20.12.2024 [09:54]
Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. 2021-ci ildə imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isə əlaqələrimizi daha zirvələrə yüksəldir.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi, parlament müstəvisində də inkişaf edir. Bu fakt Milli Məclisin sədri Sahibə Qafarovanın qardaş ölkəyə rəsmi səfəri zamanı da vurğulanıb. Səfər çərçivəsində Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “2024 TÜBA və TÜBİTAK Elm Ödülləri Mərasimi”ndə iştirak edib. Tədbirdə Milli Məclisin sədri Türkiyə Prezidenti ilə görüşüb.
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla da görüşüb. Numan Kurtulmuş iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, ortaq tarixə, dilə, dinə, milli-mənəvi dəyərlərə malik xalqlarımızın birliyinin və həmrəyliyinin bizim üçün ən böyük dəyər olduğunu söyləyən Sahibə Qafarova isə vurğulayıb ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur.
Görüşdə vurğulanıb ki, ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdədir. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyin rəsmi ifadəsi və möhürüdür. Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edilib, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırkı yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunverici orqanlarımız arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.
Söhbət zamanı parlamentlərimizin, dostluq qruplarının, həmçinin parlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüşdən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər. Numan Kurtulmuş bu səfərin parlamentlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan və Türkiyənin regionda sülh və sabitliyin, inkişafın təmin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri, həmçinin ölkələrimizin liderliyi ilə Türk dünyasının daha da güclənməsi, Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətində atılan addımları təqdir edib. O, Azərbaycanın bu istiqamətdə atdığı addımları tarixi addımlar kimi qiymətləndirib. N.Kurtulmuş Vətən müharibəsində və antiterror əməliyyatları nəticəsində qazanılan tarixi zəfərlərdən sonra regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar yarandığını deyib, Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün sahələrdə hərtərəfli inkişaf etdiyini, böyük nailiyyətlər qazandığını, artıq qlobal miqyasda gedən proseslərə təsir göstərdiyini, sülhə və sabitliyə töhfə verdiyini deyib.
Bildirilib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə yüksəlib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunverici orqanlarımız arasında əlaqələr hazırda çox yüksək səviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə genişlənməkdədir. Parlament sədrləri qarşılıqlı səfərlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də görüşür və müzakirələr aparırlar. Dostluq qrupları sıx dialoq içərisindədir.
İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatlarının da mövcud olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, beynəlxalq platformalarda, parlament təşkilatlarında qarşılıqlı dəstək yüksək səviyyədədir. Parlamentlərimiz də Türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışır.
Qeyd edək ki, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə də görüşüblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52

