Moldova parlamentinin üzvü: Qanlı Yanvar Azərbaycan tarixinin dönüş nöqtəsidir
21.01.2025 [20:18]
1990-cı il yanvarın 20-si Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin soyuq yanvar gecəsində iğtişaşların qarşısını almaq, Konstitusiya quruluşunu qorumaq adı ilə sovet qoşunları Bakıya daxil oldu. Əslində, bu hərbi işğalın məqsədi azərbaycanlıların azadlıq, suverenlik və milli kimliyinin qorumaq istəyindən irəli gələn vətəndaş etirazlarını yatırtmaq idi.
Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot bildirib.
O, həmin vəhşi əməliyyatda desant və tank bölmələri də daxil olmaqla 26 mindən çox hərbçinin iştirak etdiyini vurğulayıb: “Fövqəladə vəziyyət elan edilmədən şəhərə texnika gətirildi və çoxlu sayda mülki vətəndaşın ölümü ilə nəticələnən toqquşmalar başladı”.
“Rəsmi məlumatlara görə, həmin faciəvi gecədə 147 nəfər ölüb, 700-dən çox insan yaralanıb, onlarla insan itkin düşüb. Ölənlər arasında təkcə fəallar deyil, sadə vətəndaşlar, qadınlar, uşaqlar, tibb işçiləri və jurnalistlər də var. Sadəcə olaraq dinc yaşamaq, səsinin eşidilməsi və öz müqəddəratını təyin etmək hüququna malik olmaq istəyən insanlar haqsız və qəddar zorakılığın qurbanına çevrildilər. Həmin hadisələr xalqın yaddaşında silinməz iz buraxmaqla yanaşı, onun azadlıq və suverenlik əzmini də gücləndirdi. Bu qurbanlar azadlıq və müstəqillik arzusunun rəmzi oldu və hamımıza azad olmaq hüququ üçün bəzən ödənilməli olan yüksək qiyməti xatırlatdı. Azərbaycan xalqı üçün həmin gecə nəinki böyük faciənin, həm də sarsılmaz azadlıq iradəsinin rəmzinə çevrildi. Ağrı və itkilərə baxmayaraq, Qanlı Yanvar milli birliyi möhkəmləndirdi, müstəqillik əldə etmək prosesini sürətləndirdi”, - deyə moldovalı deputat qeyd edib.
Bununla belə, deputat hesab edir ki, belə faciələrin təkrarlanmaması çox vacibdir. Qanlı Yanvar qurbanlarının xatirəsi azadlığın qiymətini, insan hüquqlarını və sülhü müdafiə etməyin zəruriliyini xatırlatmalıdır.
“Bu gün otuz ildən çox vaxt keçsə də biz görürük ki, Azərbaycan xalqı həmin çətin günlərdən necə çıxa bilib, milli kimliyini qoruyub saxlayaraq güclü dövlət qurub. Bu, ruhlandırıcıdır və hamımıza xatırladır ki, xalqın birliyi, ədalət istəyi həmişə qalib gəlir”, - deyə Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri sözlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

