Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub
21.01.2025 [19:25]
Məzahir Pənahovun sədrliyi ilə yanvarın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 14 yanvar tarixli iclas protokolu təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsinə baxılıb. Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən də daim geniş və səmərəli istifadə edilib. Xüsusilə qeyd olunub ki, 2008-ci ildən etibarən ölkəmizdəki seçkilərdə uğurla tətbiq olunan veb-kamera layihəsi səsvermə günü şəffaflığın daha böyük miqyasda təmin edilməsinə mühüm töhfə verməklə, seçkilərin izlənməsinə qatılan çoxsaylı aşkarlıq institutları, müşahidəçilər, media nümayəndələri, habelə peşəkar seçki mütəxəssisləri tərəfindən təqdirlə vurğulanıb və yüksək qiymətləndirilib.
İclas iştirakçılarının diqqətinə o da çatdırılıb ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameraların tətbiqi layihəsi Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə sıx qarşılıqlı faydalı əməkdaşlığı şəraitində gerçəkləşdirilib.
Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi əhatə olunmaqla, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasını qərara alıb. Komissiyanın qərarında veb-kameraların quraşdırılması üçün zəruri olan fəaliyyətin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilərək başa çatdırılması və veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısının dərc edilməsi də nəzərdə tutulub.
İclasda, eləcə də qarşıdan gələn bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə seçkilərin yekunlarının müəyyən olunması məsələsi müzakirə edilib. Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu cür bələdiyyələr üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyənləşdirilib.
Media subyektləri nümayəndələrinin də bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32

