/ / Azərbaycan Diplomatik Akademiyasında MADİA magistr proqramı üzrə məzunların buraxılış mərasimi keçirilib
Azərbaycan Diplomatik Akademiyasında MADİA magistr proqramı üzrə məzunların buraxılış mərasimi keçirilib
18.05.2013 [17:38]
Mayın 17-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) MADİA magistr proqramının 2013-cü il məzunlarının buraxılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru, professor Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verib, akademiyanın fəaliyyəti üçün davamlı dəstəyə görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Hafiz Paşayev deyib: “Bizim son məzunlarımız daha şanslıdırlar. Onlar bu tədris mərkəzinin açılışında burada idilər və hətta Prezident İlham Əliyevlə və Mehriban xanım Əliyeva ilə xatirə şəkli də çəkdirmişdilər. Biz cənab Prezidentə və Azərbaycanın birinci xanımına akademiyaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq və ümid edirik ki, ADA bu etimadı doğruldacaqdır”.
Hafiz Paşayev MADİA proqramı barədə məlumat verib. Bildirilib ki, ADA təsis olunduğu vaxtdan bir çox layihələr həyata keçirməsinə baxmayaraq, MADİA proqramı xüsusi əhəmiyyətə malikdir.
Rektor vurğulayıb: “Bu gün biz təkcə 28 tələbəni məzun etmirik. Biz, eyni zamanda, 28 qlobal lideri və məsuliyyətli vətəndaşı məzun edirik. Bizim ilk buraxılışımız 2011-ci ildə olmuşdur. Həmin məzunların 16-dan 15-i işlə təmin olunmuş, biri isə təhsilini davam etdirmişdir. MADİA-nın 2012-ci il proqramı üzrə təhsilini başa çatdırdıqdan sonra 14 məzun müxtəlif təşkilatlarda işlə təmin olunmuşdur. Bilirəm ki, MADİA-2013 də bu prosesin davamı olacaqdır. Çünki onların bəziləri hətta diplomlarını almadan işlə təmin olunmuşlar, digərləri isə sınaq müddəti keçirlər”.
Məzunlar arasında ABŞ, Ukrayna, Gürcüstan, Rusiya, Qambiya, Pakistan, Fici, Keniya və Argentina vətəndaşlarının olduğunu bildirən rektor onların akademiyada Beynəlxalq Təqaüd Proqramı əsasında təhsil aldıqlarını qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizin təhsil sahəsində əldə olunan uğurlarından danışıb.
ADA-da təhsil almağın əhəmiyyətini vurğulayan nazir deyib: “Düşünürəm ki, siz akademiyanın adında olan “diplomatik” sözünün əsl mənasını başa düşürsünüz”.
M.Cabbarov deyib ki, Azərbaycanın çox böyük uğurlara imza atdığı bir dövrdə ölkə gənclərinin yüksək səviyyəli təhsil almaları mühüm məsələlərdən biridir. Azərbaycan əhalisinin çoxu gənclərdən ibarətdir və onlar ölkəmizin həyatında mühüm rol oynayırlar.
2013-cü il məzunları adından çıxış edən qambiyalı Ndey Haddi Cenq mükəmməl təhsilə görə ADA-nın rəhbərliyinə, o cümlədən professor-müəllim heyətinə təşəkkürünü bildirib.
Sonda məzunlara diplomlar təqdim edilib.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, elmi dairələrin nümayəndələri, tələbələrin yaxınları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09

