/ / Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı keçirilir
Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı keçirilir
23.05.2013 [01:50]
Mayın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xarici İşlər Nazirliyinin, NATO-nun, ABŞ Dövlət Departamentinin, ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransı işə başlayıb.
AzərTAc xəbər verir ki, konfransı açan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev tədbirin məqsədinin enerji təhlükəsizliyinə mümkün risklərin çevik şəkildə qarşısının alınması yollarını və təhlükəsizlik sahəsində elmi əməkdaşlığın gücləndirilməsi imkanlarının müzakirə etməkdən ibarət olduğunu bildirib.
Hafiz Paşayev ADA və NATO arasındakı mövcud əməkdaşlıq əlaqələrindən danışıb, konfransın bu əməkdaşlığın inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Tədbirin əhəmiyyətini vurğulayan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu qeyd edib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır. O, deyib: “Rumıniya NATO və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə bundan sonra da dəstək olacaqdır”.
Tədbirdə çıxış edən NATO-nun Meydana Gələn Təhlükəsizlik Çağırışları İdarəsinin enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Ruhle terrorizm və kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirilib ki, NATO Azərbaycan ilə terrorizm və kibercinayətkarlıqla mübarizə, təhlükəsizliyin təmin olunması kimi sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycan NATO-nun fəaliyyətinə böyük töhfə verir, sülhməramlı əməliyyatlarda fəal iştirak edir.
Enerji təhlükəsizliyi üzrə əsas məruzə ilə çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar qlobal enerji sahəsində baş verən dəyişikliklər, enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrin rolu və digər məsələlər haqqında danışıb. Vurğulayıb ki, Azərbaycan NATO üzrə tərəfdaşları üçün alternativ enerji tədarükünün artırılmasında mühüm rol oynayır.
Diplomat diqqətə çatdırıb ki, ABŞ Azərbaycan qazını Avropaya daşıyacaq əlavə kəmər marşrutu ilə bağlı qərarın qəbul olunmasını gözləyir və istənilən marşrutun seçilməsinə neytral yanaşır. Əsas odur ki, bu layihə Avropanın qaz təchizatını şaxələndirəcək və Azərbaycan qazının Avropaya nəql edilməsi üçün geniş imkanlar yaradacaq.
Azərbaycan və ABŞ arasındakı dialoqun bundan sonra da davam edəcəyini bildirən Riçard Morninqstar deyib: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində maraqlıyıq. Amma bu məsələnin enerji layihələrinin icrasına aidiyyəti yoxdur. Enerji sahəsi vacib bir məsələ olsa da, ABŞ Azərbaycanda sabitliyin təmin edilməsini daha önəmli problem hesab edir”.
Tədbir “Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Xəzər regionunun rolu”, “Terrorizm və enerji infrastrukturunun təhlükəsizliyinə ondan irəli gələn təhdidlər”, “Enerji infrastrukturlarına kiber risklər” mövzularında panel iclaslarla davam etdirilib.
Konfrans işini bu gün başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43

