Bakıda “Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu” mövzusunda seminar keçirilib
25.05.2013 [09:47]
Əli Həsənov: Gənclərimiz müstəqilliyimizin qədrini daha yaxşı bilməli, ölkəmizin gələcək inkişafının təminatçısı olmalıdırlar
Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin birgə reallaşdırdıqları layihə çərçivəsində “Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu” mövzusunda seminar keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə ölkəmizin 27 regionundan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən 300-dək gənc iştirak edib.
Seminarda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq deyib: “Gənclərin timsalında Azərbaycan dövlətinin gələcəyini görürük. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabah hakimiyyət mexanizmini, dövləti onlara həvalə edəndə narahat olmayaq və bu gənclik dövlətimizin, millətimizin gələcəyini bizdən daha yaxşı idarə etsin. Bu, sözün əsl mənasında ciddi məsuliyyət yaradır. Azərbaycanın həyata keçirtdiyi gənclər siyasətinin təməlində də bu amil dayanır”.
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın gənclər siyasəti Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Ümumiyyətlə, ölkəmizin ictimai-siyasi inkişafının bütün istiqamətlərinin əsası Ulu öndər tərəfindən qoyulub.
Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü ildə baş verən prosesləri xatırladan Əli Həsənov deyib ki, o dövrdə ölkədə anarxiya baş alıb gedirdi. Müstəqilliyimizin ilk illərində milli düşüncəli gəncləri düzgün təşkilatlandıran insanlar olmalı idi. Təəssüf ki, 1991-1993-cü illərdə Azərbaycan gəncliyi düzgün istiqamətləndirilmirdi, onların enerjisindən, potensialından, intellektindən və fiziki imkanlarından səmərəli istifadə olunmurdu. Həmin dövrdə bəzi qüvvələr gəncləri silahlandıraraq, qruplara bölərək öz məqsədləri üçün istifadə edirdilər. Faktiki olaraq Azərbaycan gəncliyi ayrı-ayrı partiyaların çərçivəsində kimlərinsə siyasi iddiasını reallaşdırmaq məqsədilə mübarizəyə qoşulmuşdu. Mübarizənin istiqaməti, amalı isə bəlli deyildi. Dövlət strukturları Azərbaycan gəncliyinin nəzarət altında olması təəssüratı yaradırdı, amma əslində belə deyildi. Gəncliyimiz tam olaraq taleyin ümidinə buraxılmışdı. Belə bir təəssürat yaradılmışdır ki, sanki gənclik nəyinsə uğrunda mübarizə aparır. Ona görə də 1994-cü ildə Ulu öndər Heydər Əliyev ilk növbədə daxili sabitliyin, qanunçuluğun, dövlətçiliyin möhkəmləndirilməsini və gənclərlə işin təşkilini dövlət siyasətinin əsas istiqamətləri kimi qarşıya qoyub.
Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən danışan Əli Həsənov bildirib ki, az bir vaxtda cəmiyyətin avanqardına çevrilən bu partiya gənclərlə işin yeni mexanizmlərini işləyib hazırladı. Gənclər hakimiyyət orqanlarında vəzifələrə irəli çəkildilər, onlara etimad göstərildi.
Əli Həsənov YAP-ın gənc fəallarının timsalında gələcəyin rəhbər kadrlarını gördüyünü bildirərək vurğulayıb ki, Azərbaycan hakimiyyəti sizə arxalanır. Siz qarşıdan gələn prezident seçkilərində fəal olmalısınız. Azərbaycan xalqı Ulu öndərin müəyyənləşdirdiyi siyasəti, Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyir. Təbii ki, Azərbaycanı gözü götürməyən, uğurlarını qısqanan qüvvələr vardır və onlar daim pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Biz belə qüvvələrin məqsədlərini yaxşı bilirik. Azərbaycanın sağlam gəncliyi belə hallara qarşı qətiyyətlə mübarizə aparmalıdır.
Prezident Administrasiyasının rəsmisi seminar iştirakçısı olan gənclərə tövsiyə edib ki, milli dəyərlərə, xalqımızın adət-ənənələrinə hörmətlə yanaşsınlar, Azərbaycan dövlətinin mənafeyini qorusunlar. Ə.Həsənov deyib: “Siz opponentləriniz olan gəncləri özünüzdən təcrid etməyin. Çalışın obyektiv arqumentlərinizlə onları inandırasınız. Çünki hər bir insan istər-istəməz qəlbində ədalət hissinə malikdir. Sonrakı dövrdə o şəxs sizin arqumentləri mütləq şəkildə təhlil edəcək və ədalətli mövqeyə qayıdacaqdır”.
Şöbə müdiri Əli Həsənov deyib ki, indiki gənclər təxminən müstəqilliyimizlə yaşıddırlar. Yəni, gənclərimiz müasir müstəqil Azərbaycanın övladlarıdır. Onlar müstəqilliyimizin qədrini daha yaxşı bilməli, ölkəmizin gələcək inkişafının təminatçısı olmalıdırlar.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

