Əlimərdan bəy Topçubaşovun xatirəsi bütün türk xalqları tərəfindən minnətdarlıqla yad olunur
31.05.2013 [02:44]
Dünən Azərbaycan Mətbuat Şurasının və “Kaspi” qəzetinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Prezidentinin “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 25 fevral tarixli Sərəncamını diqqətə çatdırıb.
Ə.Amaşov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qurucularından biri, Cümhuriyyət parlamentinin ilk sədri Ə.Topçubaşovun xalqımızın diplomatiya tarixində müstəsna xidmətlərindən danışıb.
Qeyd edilib ki, Ə.Topçubaşov təkcə Azərbaycan xalqının deyil, bütün Rusiya müsəlmanlarının milli azadlıq hərəkatı tarixində əvəzsiz xidmətləri olmuş nadir şəxsiyyətlərdən biridir. O, dövrünün yüksək təhsil almış hüquqşünası, elm və ictimai xadimi, milli ruhlu naşiri olub.
Elmi konfransda “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva “Əlimərdan bəy Topçubaşov və azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə edib.
S.Vəliyeva bildirib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında hər bir tədqiqat materialı yeni faktların üzə çıxmasına şərait yaradır. Ə.Topçubaşovun yaradıcılığı ilə tanışlıq Azərbaycan xalqının tarixi keçmişinin ən vacib məqamlarının mənzərəsini əks etdirir.
Məruzəçi Ə.Topçubaşovun ictimai-siyasi fəaliyyətinin püxtələşməsində məktəb rolunu oynayan “Kaspi” qəzetini xüsusilə vurğulayaraq deyib: “Kaspi” qəzeti 1898-ci ildən - Ə.Topçubaşovun bu qəzetə redaktor təyin olunduğu vaxtdan “müsəlman Kaspisi” adlandırılmışdır. Onun redaktorluğu dövründə qəzetin gündəlik tirajının on minə çatması, Rusiya imperiyasının bütün ərazisində yaşayanlara, xüsusilə türkdilli və müsəlman dininə məxsus xalqlara göndərilərək onları birliyə səsləməsi Əlimərdan bəyi ümummüsəlman lideri kimi yüksək dəyərləndirirdi”.
Sona Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan xalqının milli şüurunun oyanmasında, müstəqillik uğrunda mübarizədə, dövlətçilik məfkurəsinin formalaşmasında Ə.Topçubaşovun misilsiz xidmətləri olmuşdur və bu gün onun böyük əhəmiyyətə malik çoxşaxəli fəaliyyəti geniş tədqiqat mövzusu kimi işlənməlidir.
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev mövzu ilə bağlı məruzələr ediblər. Qeyd olunub ki, Ə.Topçubaşov ömrünün sonunadək xaricdə olan mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirib.
Həyatını yalnız öz xalqının deyil, həm də bütün Rusiya müsəlmanlarının azadlığı uğrunda mübarizəyə həsr etmiş Əlimərdan bəy Topçubaşovun xatirəsi bu gün təkcə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda, bütün türk xalqları tərəfindən minnətdarlıqla yad edilir.
Sonra məruzələr ətrafında çıxışlar olub, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

