Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Joze Marten Jan-Pyer: "Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik"

Joze Marten Jan-Pyer: "Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik"

29.03.2025 [15:57]

"Bakı Təşəbbüs Qrupunun yaradılması və bir sıra konfransların keçirilməsi bizə imkan verdi ki, müstəmləkə, insanlara qarşı zülmlər barədə daha çox məlumat ötürə bilək".

Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib.

"Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik. Bizim xalqlar artıq qətiyyətlə vuruşurlar. Hər bir mübarizə imkan verir ki, biz birgə azadlığımızı daha da möhkəmləndirək. Biz xaricdən dəstək almalıyıq. BMT bu məsələdə bizim üçün strateji tərəfdaş ola bilər. Biz bütün beynəlxalq təşkilatlarına, qeyri-hökumət təşkilatlara çağırış edirik ki, müstəmləkədən əziyyət çəkənlərə dəstək olsunlar. Müstəmləkədən əziyyət çəkən xalqların hüquqlarının qorunması təmin olunmalıdır", - deyə o bildirib.

Paylaş:
Baxılıb: 226 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31