Şəkidə yeni müasir tipli penitensiar kompleks istifadəyə verilib
30.07.2013 [09:34]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən və beynəlxalq aləmdə təqdir edilən genişmiqyaslı islahatlar çərçivəsində ədliyyə sahəsində də köklü və mütərəqqi dəyişikliklər aparılır. Penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür və penitensiar infrastruktur müasirləşdirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iyulun 29-da Şəkidə yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilib.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ombudsman Elmira Süleymanova, yerli məhkəmə, hüquq mühafizə orqanlarının və digər qurumların rəhbərləri, ədliyyə işçiləri, Milli Məclisin deputatları, Əfv Komissiyasının, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın hərtərəfli, o cümlədən regionların sosial-iqtisadi tərəqqisini vurğulayıb, genişmiqyaslı məhkəmə və ədliyyə, xüsusilə penitensiar islahatlardan danışıb.
Bildirilib ki, dövlətimizin başçısının hər bir Azərbaycan vətəndaşına xüsusi diqqət və qayğısı nəticəsində əhalinin ən həssas təbəqələrindən olan təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunması üzrə əsaslı tədbirlər görülüb, bu məqsədlə yeni mühüm qanunlar qəbul olunub. Təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti, ərzaq, tibb və digər təminatları yaxşılaşdırılıb, səmərəli ictimai nəzarət mexanizmi qurulub, cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində başqa dövlətlərə örnək olan nailiyyətlər əldə olunub. Bir çox dövlətlər Azərbaycanın bu sahədə müsbət təcrübəsindən bəhrələniblər.
Qeyd edilib ki, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən geniş tədbirlər çərçivəsində beynəlxalq standartlara tam cavab verməyən müəssisələrin əvəzinə yeni müasir obyektlər inşa olunur. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında penitensiar kompleks, Bakıda isə müasir tipli istintaq təcridxanası inşa olunaraq istifadəyə verilib.
Şəkidə konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən bu penitensiar kompleksin istifadəyə verilməsinin təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və gələcək sosial adaptasiyasına xidmət edəcəyi bildirilib.
Şəki şəhər İcra hakimiyyətinin başçısı, Ombudsman, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri çıxışlarında regionların hərtərəfli inkişafına, xüsusilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən mütərəqqi islahatların aparılmasına verdiyi müstəsna əhəmiyyətə və hər bir vətəndaşa bəslənilən xüsusi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları müəssisə ilə tanış olub, təqsirləndirilən şəxslər və məhkumlar üçün yaradılmış müasir şəraiti yüksək qiymətləndiriblər.
Tanışlıq zamanı diqqətə çatdırılıb ki, Şəki penitensiar kompleksi müxtəlif rejim korpuslarından, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir.
Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılıb, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunub.
Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa edilib. Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılıb, su anbarları, nasosxana qurulub.
Sonda nazir müəssisənin kollektivinə uğurlar arzulayıb, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Eyni zamanda, səfər çərçivəsində nazir Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən müasir məhkəmə kompleksinin tikintisinin gedişi ilə tanış olub, lazımi tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

