Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15.08.2013 [08:42]
Avqustun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılıb.
Bu məsələ barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, Azərbaycan Liberal Demokrat Partiyası Rəyasət Heyətinin qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Ağasi oğlu Əliyevin namizədliyi irəli sürülüb. Namizədliyin irəli sürülməsinin təsdiq olunması üçün sənədlər 2013-cü il avqustun 9-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiqi üçün əsasların olmasını müəyyən edib.
Komissiya qərara alıb ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Sonra Cavid Nadir oğlu Şahverdiyev Liberal Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi, Mayisə Səfxan qızı Cəfərova isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınıblar.
MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə də baxıb. Qeyd edilib ki, Vətəndaş və İnkişaf Partiyası Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Nadir oğlu Əliyevin namizədliyi irəli sürülüb. Namizədliyin irəli sürülməsinin təsdiqi üçün sənədlər 2013-cü il avqustun 9-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyası irəli sürülmüş namizədliyin təsdiq olunması üçün əsaslar müəyyən edib və Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiqi barədə qərar çıxarıb.
Otuz bir nəfər Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi, 2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.
İclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49

