Xocalı soyqırımına həsr edilmiş fotosərginin İsrail şəhərlərində nümayişi davam edir
21.08.2013 [09:32]
Azərbaycanın Xocalı şəhərində törədilmiş faciənin qurbanlarının xatirəsinə həsr edilmiş “JUSTICE FOR KHOJALY” sənədli səyyar fotosərginin İsrail şəhərlərində “yürüşü” davam edir.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (Azİz) AzərTAc-a bildiriblər ki, bu tədbir Heydər Əliyev Fondunun və Dağ Yəhudilərinin “STIMEGİ” beynəlxalq təşkilatının dəstəyi ilə “Azİz” Assosiasiyası tərəfindən təşkil edilib.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisələr Azərbaycan tarixinə Dağlıq Qarabağ münaqişəsi kimi yazılmış hadisələr zəncirinin bir elementi olub. Həmin hadisələri əks etdirən sənədli fotoşəkillər bu dəfə İsrailin Or-Akiva şəhərində nümayiş etdirilir.
2013-cü ilin fevral ayında Təl-Əviv universitetinin diaspor muzeyində start götürmüş fotosərgi İsrailin müxtəlif şəhərlərində Azərbaycan xalqının üzləşdiyi, bəşəriyyətə qarşı ən amansız aktlardan biri olan faciə ilə İsrail sakinlərini tanış edir.
O dəhşətli gecədə Rusiyanın 366-cı motoatıcı alayının dəstəyinə arxalanan silahlı erməni quldur dəstələri əksəriyyəti qadınlar, qocalar və uşaqlar olmaqla Xocalının 613 sakinini xüsusi qəddarlıqla qətlə yetirdilər. İnsanlar faciədən yaxa qurtarmaq üçün evlərini vaxtında tərk etməyə macal tapmadılar. Qatillərin əlindən qaçıb gizlənə bilənlər isə soyuq fevral günlərində Qafqaz dağlarından keçərək yaxınlıqdakı Azərbaycan şəhər və kəndlərinə çatmağa çalışırdılar. Onların çoxu dağlarda dondu, salamat qalanlar isə bir milyonluq qaçqınlar ordusuna qoşuldular. Xocalı hadisələri Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaq. Bu şəhər bir gecədə yerlə yeksan edildi, onun sakinləri isə yalnız azərbaycanlı olduqlarına görə amansızlıqla qovuldu və vəhşicəsinə məhv edildi.
Tədbiri “Sholumi” dağ yəhudilərinin mədəniyyət və ənənələrinin qorunub saxlanması mərkəzinin direktoru, sərginin təşkilat komitəsinin rəhbəri Şaul Siman-Tov açıb.
“Azİz” Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman sərginin açılış mərasiminə gələn şəhər sakinlərinə 1992-ci ilin fevral ayında Xocalıda baş vermiş dəhşətli hadisələr haqqında məlumat verib.
Sonra Or-Akiva şəhərinin meri Simxa Yosipov çıxış edib. O, fotoşəkillərdə gördüyü mənzərələrdən sarsıldığını bildirərək Azərbaycan xalqına qarşı törədilmiş qəddarlığa görə dərindən təəssüfləndiyini söyləyib və ekspozisiyanın müddəti başa çatdıqdan sonra onu şəhərin daha iki sərgi zalında nümayiş etdirilməsini xahiş edib.
Beynəlxalq STMEGİ xeyriyyə fondunun İsraildəki nümayəndəsi Robert Abramov deyib ki, bütövlükdə Dağlıq Qarabağ münaqişəsi və o cümlədən Xocalı faciəsi barədə mümkün qədər daha çox insanın məlumatlanması üçün bu cür tədbirlər keçirilməsi zəruridir.
Dağ yəhudiləri gənclərinin “KEŞEV” təşkilatının başçısı Pavel Yelizarov da görüşdə çıxış edib. O, deyib ki, gənclərin humanizm və vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün bu cür tədbirlərin çox böyük əhəmiyyəti var.
Sonda “Azİz” Assosiasiyasının baş direkltoru Lev Spivak çıxış edib. O, sərginin təşkil olunmasına yaradılan imkana və açılış mərasimində şəxsən iştirak etməsinə görə Or-Akiva şəhərinin meri Simxa Yosipova təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

