Tarixi qərar…
24.06.2025 [12:39]
1993-cü il iyunun 24-də Ali Sovet Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi ilə bağlı qərar çıxarıb
Tarixin bu günündə - 1993-cü il iyunun 24-də Azərbaycanın müstəqil dövlət quruculuğu yolunda çox mühüm addım atılıb. Söhbət həmin tarixdə parlamentin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin böyük siyasətçi Heydər Əliyevə verilməsindən gedir.
Müstəqilliyimizin ilk illərində Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarının həyata keçirdiyi səriştəsiz, diletant siyasət bütün sahələrdə ölkəni çətin duruma salmışdı. Gənc respublikada ictimai-siyasi sabitlik pozulmuşdu, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü, iş yerləri bağlanmışdı, insanlar hətta gündəlik zəruri tələbat mallarını əldə etməkdə çətinlik çəkirdilər. Eyni zamanda, ölkədəki xaosdan istifadə edən Ermənistan təcavüzkarlıq siyasətini genişləndirərək Azərbaycanın bölgələrini bir-birinin ardınca zəbt edirdi. İnsanların sabahkı günə ümidləri qalmamışdı və XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi tam real idi.
Belə bir vəziyyətdə xalq sınanmış Lideri, o dövrdə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb etdi. Vətənini çox sevən Heydər Əliyev ölkənin üzləşdiyi çətin durumda xalqının istəyinə qarşı çıxa bilməzdi və çıxmadı da. O, həmin təlatümlü dövrdə hakimiyyətə gəlməyin bütün çətinliklərini və məsuliyyətini göz önünə alaraq xalqın istəyinə razılıq verdi - 1993-cü il iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu, 15 iyunda isə Azərbaycan Ali Sovetinin Sədri seçildi.
Həmin dövrdə Prezident vəzifəsini AXC-nin sədri Əbülfəz Əliyev (Elçibəy) tuturdu. Lakin o, mühüm postda qeyri-ciddilik nümayiş etdirirdi. İyunun 17-dən 18-nə keçən gecədə prezident Əbülfəz Əliyevin Bakını tərk etməsi haqqında məlumat yayıldı - məlum oldu ki, dövlət başçısı müvafiq qurumların təmsilçilərini xəbərdar etmədən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Kələki kəndinə gedib və orada yaşamağa qərar verib. Bundan xəbər tutan Ali Sovetin sədri Heydər Əliyev dəfələrlə prezidentin Bakıya gəlib vəzifəsini yerinə yetirməsinə çağırış etsə də, Əbülfəz Elçibəy ölkəni Kələkidən idarə edəcəyi ilə bağlı məsuliyyətsiz açıqlama verdi. Baş verənlər fonunda reallığı düzgün dəyərləndirən parlament 24 iyun tarixli iclasında dövlət başçısı səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi ilə bağlı qərar çıxardı. Bu, ölkənin gələcəyi və müstəqilliyimizin qorunması baxımından olduqca mühüm əhəmiyyət daşıyan bir qərar idi. Çox keçmədi ki, Heydər Əliyevin aldığı müdrik qərarlar sayəsində respublikamız xaosdan qurtuldu və inkişafa istiqamətləndi…
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24

