/ / Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında əməkdaşlıq haqqında İşçi Proqramı imzalanıb
Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında əməkdaşlıq haqqında İşçi Proqramı imzalanıb
18.09.2013 [09:34]
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində sentyabrın 17-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
AzərTAc xəbər verir ki, qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzib, hakimlərin iş şəraiti ilə tanış olub, məhkəmə tarixi muzeyinə baxıblar.
Dubay Məhkəmələrinin baş direktoru muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid bin Həzimin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev arasında görüş olub.
Görüşdə Ali Məhkəmənin sədri R.Rzayev qonaqlara ənənə və dəyərlərlə biri-birinə yaxın olan Azərbaycan və ərəb xalqları arasında həmrəyliklə bağlı çoxsaylı nümunələrin mövcudluğunu qeyd edib. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı səfərlərin, iki ölkə arasında bağlanmış iqtisadi müqavilələrin, humanitar sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırıb.
Ali Məhkəmənin sədri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf edərək beynəlxalq təşkilatlar çərçivəsində də genişlənəcəyini vurğulayıb. Bildirilib ki, respublikamızda məhkəmə-hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyi Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində də öz əksini tapıb.
Ramiz Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimizin məhkəmə orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Əhməd Səid bin Həzim isə Dubayda məhkəmələrin fəaliyyət dairəsi barədə məlumat verib, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Görüşdə məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Respublikası Ali Məhkəməsi və Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında əməkdaşlıq haqqında İşçi Proqramı imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

